qovur sözü azərbaycan dilində

qovur

Yazılış

  • qovur • 98.0392%
  • Qovur • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boz qovurma
== Tərkibi == Qoyun əti – 163q, Ərinmiş yağ – 30q, Baş soğan – 50q, Zəfəran – 0,1q, Keşniş – 15q Şüyüd – 15q, Duz – zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.
Nar qovurma
Bu yeməyin vətəni Göyçaydır. nar — 3 ədəd yumurta — 2 ədəd baş soğan — 1 ədəd Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Qovurma
Qovurma (qırğ. куурдак; qaz. қуырдақ/Qýyrdaq; türkm. gowurdak; uyğ. قورداق/қордақ/qordaq; özb. qovurdoq; monq. Хуурдаг; türk. kavurma; hind. क़ोरमा; urdu قورمہ; benq. কোরমা; fars.
Qovurma bozbaş
Bozbaş və ya Bozartma — Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü "bozardılmış aş" sözlərinin birləşməsindən əmələ gəlmişdir. 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.
Qovurqala
Gavurqala (Ağdam) — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndi ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı. Gavurqala kilsəsi — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqları. Gavurqala – Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndinin cənubunda yerləşən ilk orta əsrlərə aid yaşayış yeri. Govurqala — Azərbaycanın Şəki rayonunun Baş Kəldək (Böyük Gəldək) kəndində yerləşən, 6-cı əsrə aid alban məbədi. Govurqala — Azərbaycanın Qobustan rayonunun Cəyirli kəndində yerləşən qədim qala. Gavurqala (Govurqala / Xaçmaz Govurqalası / Qızlar Qalası) — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-ci əsrə aid istehkam xarakterli tarixi memarlıq abidəsi. Qabur qülləsi — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-14-cü əsrlərə aid müdafiə təyinatlı qüllə. Govurqala — Azərbaycanın Qəbələ rayonunun Bum qəsəbəsi yaxınlığında IX-XIV əsrlərə aid qədim memarlıq abidəsi. Govurqala — Azərbaycanın Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında, Köndələndağın ətəklərindəki Qədim Qəbələ (Kabalaka) şəhərinin xarabalığında qala. Govurqala — Azərbaycanın Laçın rayonunun [[Mişni (Laçın)|Mişni kəndində qala.
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Səbzi qovurma
Səbziqovurma — xörək növü, aş-plov qarası. Xırda tikələrə doğranmış qoyun əti qovrulur, üstünə qızardılmış soğan əlavə edilir. Çox hissə kəvər, həmçinin şüyüd, nanə, keşniş, göy soğan, tərxun, ispanaq və turşəng doğranıb qızarmış ətə qarışdırılaraq bişirilir. Bişənə yaxın abqora (yaxud lümü duzu) tökülür. Plov yanında verilir, ayrıca xörək kimi (bəzən sarımsaqlı qatıqla) də yeyilir. Səbziqovurma bir sıra Yaxın Şərq əlkəsində, o cumlədən Azərbaycanda geniş yayılmışdır.
Turşu qovurma
3x3 sm həcmində doğranmış qoyun əti Baş soğan Şabalıd Albuxara Limon turşusu Sarıkök Duz, istiot Əti yuyub bişirin. Şabalıdı çərtib 5 dəqş qaynar suda bişirin. Sudan çıxarıb, qabığını soyun. Albuxarana 3–4 dəq. suda saxlayıb suyu boşaldın. Baş soğanı həlqəli doğrayıb yağda "ölənədək" (şəffaf olanadək) qızardın. Əti əlavə edib qızardın. Soğan qızılı olmalıdır, ət də qızarılmalıdır. Ayrı bir tavaya bir az yağ və ətin bulyonunu (bişirilmiş ətdən qalmış) töküb balaca odda şabalıdları qızardın. Eyni üsulla albuxaranı da qovurun.
İti qovan kimi qovuruq
"İti qovan kimi qovuruq" — 2020-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı məşhurlaşan ifadə. İfadə Qarabağ döyüşlərində Ermənistan Silahlı Qüvvələrinə qarşı reaksiya üzərində əsaslanıb. Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası, Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı. Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Bunun ardınca, avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Birbaşa hərbi təxribatlarla yanaşı, situasiya 2020-ci ilin avqust ayında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə daha da gərginləşdi. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.

"qovur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qovur nədir? #qovur sözünün mənası #qovur nə deməkdir? #qovur sözünün izahı #qovur sözünün yazılışı #qovur necə yazılır? #qovur sözünün düzgün yazılışı #qovur leksik mənası #qovur sözünün sinonimi #qovur sözünün yaxın mənalı sözlər #qovur sözünün əks mənası #qovur sözünün etimologiyası #qovur sözünün orfoqrafiyası #qovur rusca #qovur inglisça #qovur fransızca #qovur sözünün istifadəsi #sözlük