* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | •••••••••••••••• | 0.21 |
2009 | ••••••••••••• | 0.16 |
2010 | ••••••• | 0.09 |
2011 | •••••••••••••••••••• | 0.26 |
2012 | ••••••••••••• | 0.17 |
2013 | •••••••••••• | 0.15 |
2020 | •••••••••••••••••••• | 0.27 |
1 is. 1. “Qovurmaq”dan f.is. 2. Yağda qovrulmuş ətdən ibarət xörək. Odur, küpdə qovurma var, ocağı alışdırın, isidin, dağarcıqdan əppək alın, yeyin. M.Rzaquluzadə. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. // Bəzi mürəkkəb xörək adlarının tərkib hissəsinə daxil olur. Qovurma kabab. İç qovurması.
Azərbaycan dilinin izahlı lüğəti1 Qovurmaq feili ilə qohumdur, kökü qovdur, “yandırmaq” anlamı ilə bağlıdır (əsli köy kimi olub), -ur təsirli feil düzəldir. Qovurğa ilə qohumdur, lakin çox incə fərqləri var. İkinci sözə nisbətən birincidə feillik əlaməti cüzi də olsa özünü biruzə verir. Qovurğa ən çox dənlə (buğda və s.) bağlı işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 yandırma
Azərbaycan dilinin sinonimlər lüğəti2 qızartma — bişirmə
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. кавурма (жареное мясо), жаркое, жарево, поджаренное; 2. поджаривание;
Azərbaycanca-rusca lüğət2 сущ. 1. kavurma (жареное мясо), жаркое 2. поджаривание
Azərbaycanca-rusca lüğət1 fi. 1. frying, roasting; 2. roast, roast meat
Azərbaycanca-ingiliscə lüğət1 is. viande f rôtie (grillée), grillade f
Azərbaycanca-fransızca lüğət1 сущ. 1. f.is. кил. qovurmaq; 2. къавурмаяр.
Azərbaycanca-ləzgicə lüğətiqovurma hörrəsi: (Basarkeçər, Hamamlı) xörək adı. – Unu sajın üsdə qovurullar, so:nra da suya salıf pişirillər, üsdünnən yağ töküllər, olur qovurma hörrəsi (Basarkeçər)
Azərbaycan dilinin dialektoloji lüğəti.