* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Nazik yayılmış xəmirdən bişirilən çörək növü: yuxa, yayma. Ağ lavaş. Lavaşları qatlamaq. – [Qovurmaçı] iç qovurmasını lavaşın üstünə çəkərək alıcılara uzadırdı. M.İbrahimov. …[Yolçu] lavaşla pendiri tələsmədən böyük iştaha ilə yeməyə başladı. S.Rəhman.
Azərbaycan dilinin izahlı lüğəti / lavaş1 LAVAŞ Bişirdiyin lavaş qalxıb dağ olur; Səngəyin pambıqdan yumşaq olur (M.Rahim); ÜLÜŞ (dial.) Qonşumuz bizə bir Ülüş halva verdi (ADDL); YUXA Yaşmaqlı bir arvad gətirib süfrə saldı, sac çörəyi, yuxa, pendir, şor, qatıq gətirdi (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / lavaş2 1 I сущ. лаваш (плоский, обычно в виде большой лепёшки, пшеничный пресный хлеб). Təzə lavaş свежий лаваш, lavaş bişirmək испечь лаваш II прил. лавашный: 1. относящийся к лавашу, свойственный ему. Lavaş ətri лавашный запах (аромат) 2. предназначенный для лаваша. Lavaş xəmiri лавашное тесто ◊ lavaş qırağı sulayan подхалим, угодник, подлиза; lavaş qırağı sulamaq подхалимничать, угодничать 2 сущ. диал. палочка, завёртка, надеваемая при ковке на губу неспокойной лошади; кляп 3 сущ. см. lavaşana
Azərbaycanca-rusca lüğət / lavaş(Cəbrayıl, Gəncə, Göyçay, Ordubad, Şəki) alça, zoğal və s. meyvədən bişirilib qurudulmuş turşu. – Bazardan lavaş al gəti (Gəncə); – Alça lavaşı turş olur (Göyçay); – Bajım dünən lavaş pişirmişdi (Cəbrayıl); – Umaxanım, lavaşın duzu çox olutdu (Şəki)
Azərbaycan dilinin dialektoloji lüğəti.