* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Müharibə, döyüş, vuruşma, dava. Uzun sürdü qanlı savaş, xalqı ağır günlər aldı. A.Şaiq. Ən qanlı savaşlarda qorxu bilməyən… Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. 2. Söyüşmə, dalaşma, dava-dalaş. Yaz gününün yağışı – ər-arvadın savaşı. (Ata. sözü). [Gülşən:] Biz söz dedik, savaş demədik ki. O ki qaldı hazırlığa, hər işimiz yerindədir. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / savaş1 Dilimizdə sözün-savın sözü var. Həmin kəlmədə sav söz kəlməsinin sinonimi kimi işlədilib. Söz və sav tarixi baxımdan eyni kökə malikdir. Hətta söylə, söymək sözləri də onlarla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / savaş2 SAVAŞ [Gülşən:] Bir söz dedik, savaş demədik (Ə.Vəliyev); DALAŞMA Xanpəri ilə Mədətin dalaşma hadisəsi Gülşənin ürəyini bərk əzdi (Ə.Vəliyev); DAVA-DALAŞ.
Azərbaycan dilinin sinonimlər lüğəti / savaş1 SAVAŞ – BARIŞIQ Qurd qardaş, savaş nə gərək, ətin yerini tapmışam (A.Şaiq); Barışıq məsələləri ilə o məşğuldur.
Azərbaycan dilinin antonimlər lüğəti / savaş2 сущ. 1. скандал (ссора, сопровождаемая криками, шумом, дракой и т.п.); размолвка (легкая ссора). Ər-arvadın savaşı – yaz gününün yağışı размолвка между мужем и женой, что весенний дождь; милые бранятся – только тешатся 2. сражение, битва, бой. Savaşa girmək вступить в бой
Azərbaycanca-rusca lüğət / savaş