savab sözü azərbaycan dilində

savab

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • savab • 76.2655%
  • Savab • 23.5096%
  • SAVAB • 0.2250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.25 dəfə / 1 mln.
2003 •••••••• 2.76
2004 ••••• 1.68
2005 ••••••••••••••• 5.40
2006 ••••••••• 3.15
2007 ••••••••• 3.17
2008 ••• 0.97
2009 •••••••••••••••••••• 7.20
2010 ••••••••••••• 4.63
2011 ••••••••••• 3.95
2012 •••••••••• 3.53
2013 ••••••••••••• 4.38
2014 ••••••• 2.23
2015 ••••• 1.70
2016 •••••• 1.91
2017 ••••••••• 2.93
2018 •••••• 2.10
2019 ••••••• 2.50
2020 ••••••• 2.25

savab sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İslam dininə görə pis deyil, yaxşı iş görmə (günah əksi). Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. [Gülnaz:] Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq. T.Ş.Simurq. // Canlı dildə, ümumiyyətlə, yaxşı, xeyirli, xeyirxah iş mənasında işlənir. ◊ Savab etmək (eləmək, qazanmaq) – 1) dini baxımdan yaxşı, xeyirli bir iş görmək; 2) ümumiyyətlə, yaxşı, xeyirli bir iş görmək. Heyran göz yaşı ilə sənə yazdı dərdini; Yazsan cavabını, edəcəksən böyük savab. Heyran xanım. [Nəcəfalı:] Gərək elə iş görəsən ki, el savabı qazanasan, bala! B.Bayramov. Savab yiyəsi olmaq – bax savab etmək (görmək, qazanmaq). [Sultan bəy:] Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Ü.Hacıbəyov. Savaba batmaq – bax savab etmək (eləmək, qazanmaq). [Ağafan:] Mirzə, savaba batdınız. Hacı kirə verməmək üçün bəhanə axtarırdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / savab

savab sözünün sinonimləri (yaxın mənalı sözlər)

savab sözünün rus dilinə tərcüməsi

  • 1 рел. душеспасительный, богоугодный

    Azərbaycanca-rusca lüğət / savab
  • 2 I прил. благой (хороший, добрый – о каком-л. деле, поступке и т.п.), богоугодный. Savab iş благое (богоугодное, доброе) дело II сущ. благодеяние (доброе дело – поступок, правильный с точки зрения религии, по законам шариата), богоугодное дело; savab yiyəsi (savab sahibi) благодетель; savab iş görmək совершить благодеяние, богоугодное дело, сделать доброе дело; savab yiyəsi olmaq стать, быть благодетелем; savab yiyəsi olasan чтобы ты творил благие дела; savaba batmaq (savab qazanmaq) заслужить благодарность

    Azərbaycanca-rusca lüğət / savab

savab sözünün inglis dilinə tərcüməsi

  • 1 i. right action; God’s reward for a person’s act or good conduct on earth; good deed, meritorious action; ~ etmək to do* a good deed, to live virtuously; ~ qazanmaq to acquire merit in God’s sight

    Azərbaycanca-ingiliscə lüğət / savab

savab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. саваб, суваб; суваб кар, хъсан кар (“гунагь” акси); ** savab etmək (eləmək, qazanmaq) суваб кар авун, суваб къазанмишун, хъсан (хийирлу) кар авун, хъсанвалун; savab yiyəsi olmaq сувабдин иеси хьун (кил. savab etmək); savaba batmaq кил. savab etmək (eləmək, qazanmaq).

    Azərbaycanca-ləzgicə lüğəti / savab

savab sözünün türk dilinə tərcüməsi

savab sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

əməl, xeyir iş, xeyirxah iş; təmənnasız kömək.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"savab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#savab nədir? #savab sözünün mənası #savab nə deməkdir? #savab sözünün izahı #savab sözünün yazılışı #savab necə yazılır? #savab sözünün düzgün yazılışı #savab leksik mənası #savab sözünün sinonimi #savab sözünün yaxın mənalı sözlər #savab sözünün əks mənası #savab sözünün etimologiyası #savab sözünün orfoqrafiyası #savab rusca #savab inglisça #savab fransızca #savab sözünün istifadəsi #sözlük