Şahab sözü azərbaycan dilində

Şahab

Yazılış

  • Şahab • 97.4790%
  • şahab • 2.5210%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Şahab məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Şahab məscidi
Şahab məscidi — Naxçıvan şəhərində, Şahab məhəlləsində, Şəhid Milli qəhrəman İbrahim Məmmədov küçəsində tarixi-memarlıq abidəsi. "Şahab" sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin ("Süddü nənə" adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir. Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb.
Qışlaq-i Hacı Şahab (Bükan)
Qışlaq-i Hacı Şahab (fars. ‎‎قشلاق حاجي شهاب‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (26 ailə).
Kamalabad-i Şahabiyə (Qürvə)
Kamalabad-i Şahabiyə (fars. كمال آباد شهابيه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahabad (Maku)
Şahabad (fars. شاه اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Şahabbası xalçaları
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 −1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.
Şahabiyə
Şahabiyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kamalabad-i Şahabiyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şahabiyə (Qürvə)
Şahabiyə (fars. شهابيه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (52 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahablı
Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir (fars. شهاب ‎ (shahâb, meteor); ərəb. شهاب‎ (šihāb, meteor)) Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur. Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar.
Məhəmməd Şahabuddin
Məhəmməd Şahabuddin (benq. মোহাম্মদ সাহাবুদ্দিন; 10 dekabr 1949, Pabna dairəsi[d], Şərqi Pakistan) — Banqladeş hüquqşünası və təqaüdə çıxmış hakimi, 24 aprel 2023-cü ildən Banqladeş prezidenti. 2023-cü ildə Məhəmməd Şahabuddin Banqladeşin 22-ci prezidenti kimi and içmişdir. Onun andiçmə mərasimində Banqladeşin Baş naziri Şeyx Hasina, kabinet üzvləri və yüzlərlə qonaq iştirak etmişdir.

şahab sözünün leksik mənası və izahı

"şahab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şahab nədir? #şahab sözünün mənası #şahab nə deməkdir? #şahab sözünün izahı #şahab sözünün yazılışı #şahab necə yazılır? #şahab sözünün düzgün yazılışı #şahab leksik mənası #şahab sözünün sinonimi #şahab sözünün yaxın mənalı sözlər #şahab sözünün əks mənası #şahab sözünün etimologiyası #şahab sözünün orfoqrafiyası #şahab rusca #şahab inglisça #şahab fransızca #şahab sözünün istifadəsi #sözlük