* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 58.24 |
2003 | ••••••••• | 63.78 |
2004 | ••••••••• | 62.66 |
2005 | •••••••••• | 68.83 |
2006 | •••••• | 38.07 |
2007 | ••••••••• | 65.97 |
2008 | •••••••••••••••••• | 129.85 |
2009 | •••••••••••••••••••• | 148.62 |
2010 | ••••••••••••••••• | 122.18 |
2011 | ••••••••••••••• | 107.15 |
2012 | ••••••••••• | 78.56 |
2013 | ••••• | 35.45 |
2014 | ••••••••• | 65.73 |
2015 | ••••••••• | 66.52 |
2016 | •••••••••••••••••• | 132.06 |
2017 | ••••• | 35.12 |
2018 | ••••• | 29.82 |
2019 | •••• | 26.29 |
2020 | ••••• | 32.89 |
1 is. [fars. “şah öldü”] 1. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun. Şahmat da həyat kimidir – mübarizəsiz və ehtirassız oynayanda ləzzət vermir. M.İbrahimov. // Şahmat oyunu üçün fiqurlar komplekti. [Yusif şahmatı bir kənara itələyir:] Həvəsim yoxdur. Qalsın sonraya. M.İbrahimov. [Adil:] Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə … hərəkət etməsini istəyirdim. İ.Əfəndiyev. 2. Şahmat taxtası kimi (xana-xana şəklində) olan. Dəyirmi binanın ətrafındakı xiyabanın qırmızı əqiq daşları şahmat taxtası şəklində döşədilmişdi. M.S.Ordubadi. Xüsusilə minaatanlar şahmat qaydasilə düz vurur, vzvodun bir addım da olsun irəli getməsinə aman vermirdilər. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / şahmat1 Farscadır. “Şah öldü” mənasını əks etdirir. “Mən bu işə mat qalmışam” deyirik, mənası “təəccübdən donmuşam”, “ölü vəziyyətdəyəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) İran VI əsrdə, Sasani şahı I Xosrovun hakimiyyəti vaxtı çiçəklənərək maarifçilik dövrünü yaşayırdı. Hökmdar əqli inkişafı təşviq edir və əcnəbilərdən öyrənilməsi mümkün olan yeni hər bir şeylə maraqlanırdı. Həmin dövrdə İranla Hindistan arasında ticarət və mədəni münasibətlər xüsusilə inkişaf edirdi. Şahın Hindistana göndərdiyi şəxsi həkimi geri qayıdanda özü ilə həmin ölkədə geniş yayılmış maraqlı və ağıl tələb edən bir oyun da gətirdi. Oyunun məğzi kvadrat lövhə üzərində müxtəlif fiqurları hərəkət etdirməkdə idi. Bu, haradasa hərbi əməliyyatları xatırladırdı. Oyunun mərkəzi fiquru kral idi. Kral təhlükə ilə üzləşdikdə hücumda olan oyunçu bunu “kral” deyərək nəzərə çatdırırdı. Bu isə, öz növbəsində, “kraldan muğayat olun, o təhlükədədir” demək idi. Farslar “kral” sözü əvəzinə “şah” sözünü işlətməyə başladılar. Şah məruz qaldığı hücumdan qaça bilmədiyi təqdirdə hücuma keçən “şah mat”, yəni “kral öldü” deyirdi və bununla da oyun başa çatırdı. Bu oyun Qərbdə də şöhrət qazandı. Fiqurların hərəkət etdiyi kvadrat lövhə – şahmat lövhəsidir (yəni oyunçunun “şah” deyə bildiyi oyunun oynandığı lövhə). (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / şahmat1 ŞAHMAT [Həmidə:] Bu saat çağırım gəlsin, söhbət eləyin, şahmat oynayın, uşaq da onacan yatar (Anar); ŞƏTRƏNC (arx.) Oynamış sanki səninlə şətrənc; Şahı çıxmış oradan, qalmış mat (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / şahmat2 I сущ. шахматы: 1. игра на доске в 64 клетки между белыми и чёрными фигурами. Şahmat oynamaq играть в шахматы, şahmat üzrə dünya çempionatı чемпионат мира по шахматам, şahmat nəzəriyyəsi теория шахмат, şahmat həvəskarı любитель шахмат, şahmatla məşğul olmaq заниматься шахматами, şahmat üzrə beynəlxalq qrossmeyster международный гроссмейстер по шахматам 2. набор фигур для такой игры. Şahmat almaq купить шахматы, şahmatı düzmək расставить шахматы II прил. шахматный. Şahmat turniri шахматный турнир, şahmat taxtası шахматная доска, şahmat fiqurları шахматные фигуры, şahmat yazı sistemi шахматная нотация, şahmat məktəbi шахматная школа, şahmat tacı шахматная корона, şahmat saatı шахматные часы
Azərbaycanca-rusca lüğət / şahmat1 I. i. chess; ~ oynamaq to play chess; bir əl / partiya ~ oynamaq to play a game of chess II. s. chess; ~ oyunu game of chess; ~ turniri chess tournament; ~ fiqurları chess-men; ~ taxtası chess-board; ~ partiyası game of chess; ~ qaydası ilə (forması ilə) in chess-board order; in staggered rows; ~ debütü chess opening
Azərbaycanca-ingiliscə lüğət / şahmat1 is. échecs m pl ; ~ oynamaq jouer aux échecs ; bir əl ~ oynamaq faire une partie d’échecs ; ~ taxtası échiquier m
Azərbaycanca-fransızca lüğət / şahmat1 [fars. “şah öldü”] сущ. 1. шахмат (1. къугъунин тӀвар; 2. шахматдин фигураяр, шахматар; шахматдин кьул; 3. шахматдин кьул хьтин, тӀама-тӀама); 2. шахматдин.
Azərbaycanca-ləzgicə lüğəti / şahmatf. və ə. «şah öldü» bax şətrənc.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti