Sava sözü azərbaycan dilində

Sava

Yazılış

  • Sava • 92.2414%
  • sava • 6.0345%
  • SAVA • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Homare Sava
Homare Sava (d. 6 sentyabr 1978) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 205 oyun keçirib, 83 qol vurub.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az-əbcəd. بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Qot Sava
Qot Sava (rum. Sava Gotul, yun. Σάββας ο Γότθος; 334, Buzeu (judets), Dakiya[d] – 12 aprel 372) — xristian əzabkeş və müqəddəs. Sava 334-cü ildə Buzau çayı vadisində yerləşən bir kənddə anadan olmuşdur. O, indiki Rumıniyanın Valaxiya bölgəsində yaşamış və gənclik illərində xristianlığı qəbul etmişdir. Onun agioqrafiyasında qeyd edilmişdir ki, Sava irqinə görə qot idi. Savanın şəhadət günü Roma əzabkeşliyində 12 aprel, Ortodoks Kilsəsində isə 15 apreldir. Pravoslav Kilsəsi onu "müqəddəs, şanlı və haqlı qalib Böyük Şəhid Sava" kimi xatırlayır. Butler, Alban, Rev., (1866). The Lives of the Fathers, Martyrs and Other Principal Saints: Compiled from Original Monuments and Authentic Records by the Rev.
Sava-Mepen
Sava-Mepen (fr. Savas-Mépin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38476. Kommunanın 2004-cu il üçün əhalisi 797 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 35 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Sava çayı
Sava çayı(bosn. xorv. sloven. serb.: Sava - alman: Save/Sau - macarca: Száva) — Avropada çay. Dunay çayının sağ qollarından biridir. Serbiyanın paytaxtı Belqrad şəhərində Dunay çayı ilə birləşir. Uzunluğu təxminən 990 kilometrdir. Hövzəsi 95719 km2-dir. Axarkən dörd ölkənin sərhəddindən keçir: Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya.
Una çayı (Sava)
Una çayı (xorv. Una) — Xorvatiya və Bosniya və Herseqovina ərazisindən axan çay. Una çayı Sava çayınım sağ qolunu təşkil edir. Uzunluğu 212 km, orta su sərfiyyatı 202 m³/s-dir. Una çayı öz başlanğını Xorvatiyadan, Strajbenis dağlarının şimal-şərq hissəsindən götürür (Dinar öndağlığı). Mənsəb Knin şəhərindən şimalda qərarlaşır. Buradan çay şimala doğru istiqamətlənir. Bosniya və Herseqovina ərazisinə keçdikdən sonra Bixaç şəhər rayonu ərazindən isə şimal-şərqə istiqamətlənir. Bosanski-Novi şəhərindən yuxarıda Bosniya və Herseqovina və Xorvatiya sərhədindən keçir. Buradan Una çayı sərhəd çayına çevrilir.
Damğan savaşı
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular. Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi.
Dünyaların savaşı
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Göyçay savaşı
Göyçay döyüşü (rus. Геокчайский бой, türk. Göyçay/Gökçay Muharebesi) və ya Göyçay basqını (türk. Göyçay/Gökçay Baskını) — 27 iyun – 1 iyul 1918-ci il tarixində Nuru Paşanın başçılıq etdiyi Azərbaycan–Osmanlı koalisiya qüvvələri ilə XI Qızıl Ordu və erməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. İlkin döyüş 30 iyunda başa çatmışdır, lakin kiçik toqquşmalar 1 iyuluna qədər davam etmişdir. Sayca altı dəfə kiçik olmasına baxmayaraq, Azərbaycan–Osmanlı koalisiya qüvvələri erməni–sovet qüvvələrini Qafqaz İslam Ordusunun qərargahı olan Gəncəyə çatmamış məğlub etməyə nail olmuşdular. Azərbaycan–Osmanlı qoşunları Göyçaydan Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirə bilmişdilər. Döyüş nəticəsində bölgədə erməni–sovet hökmranlığına son qoyulmuşdur. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Gəncədə Osmanlı ordusunun döyüş vəziyyətinə qayıtmasının qarşısını almaq üçün hərbi əməliyyata başlamaq qərarına gəlmişdir. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz İşləri Komitəsinin komandiri Qriqori Korqanov 4 iyun 1918-ci ildə imzaladığı əmrlə Qızıl Ordunun hərəkətə keçməsini xahiş etmişdir.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Həsən Məcidzadə Savalan
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas ; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. Həsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir.
II Artakserksin kadusilərlə savaşı
Kadus yürüşü fars kralı II Artakserksin eramızdan əvvəl 385-ci ildə kaduslulara qarşı hərbi yürüşü idi. Kampaniyanın mənşəyi tarixi mənbələrdə təsdiqlənmir, lakin bu, yəqin ki, xərac ödəməkdən imtina etdikləri üçün kadusilərin üsyanına cavab idi. Kadusilər (Gellər) Midiya Atropatenasının Xəzər dənizinin cənub-qərb sahilində, 39° və 37° şimal eni paralelləri arasında, Kadusiya və ya Kaduziya (İranın Gilan vilayəti) adlanan dağlıq bölgəsində yaşayırdılar. Bu ərazi, ehtimal ki, şimalda Kir və ya Kuruş çayı (bu gün Azərbaycanda Kür çayı, tarixən Arran və ya Qafqaz Albaniyası kimi tanınır), cənubda isə Amardus çayı (indiki Sefidrud çayı) ilə həmsərhəd olub və müasir İranın Gilan və Ərdəbil əyalətləri.Strabon kadusları əsasən piyada döyüşən və qısa nizə və ya nizə ilə yaxşı istifadə edən döyüşkən dağ skif tayfası kimi təsvir edir. Artakserks, Plutarxa görə, 300.000 piyada və 10.000 süvaridən ibarət hərbi ekspedisiya təşkil etdi. O, ekspedisiyaya şəxsən komandanlıq edirdi və onu müşayiət edən zabitlər arasında Tiribaz və Datam da var idi. Düşmən ərazisinə doğru irəliləyən ordu tezliklə aclıqdan əziyyət çəkməyə başladı. Dağlarda yemək qıt idi, hətta bəzi armudlar, almalar və digər ağac meyvələri bu qədər döyüşçünü qidalandırmaq üçün kifayət etmirdi. Ordu əvvəlcə öz yük heyvanlarını, sonra isə öz atlarını yeməyə məcbur oldu. Tiribaz kampaniyanı həll etmək və ordunu xilas etmək üçün bir çarə tapdı.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kompüter savadlılığı
Kompüter savadlılığı — elementar istifadədən kompüter proqramlaşdırmasına və qabaqcıl problemlərin həllinə qədər bacarıq səviyyələri ilə kompüterlərdən və əlaqəli texnologiyadan səmərəli istifadə etmək biliyi və bacarığı. Kompüter savadlılığı kiminsə kompüter proqramları və tətbiqlərini istifadə etməsindəki rahatlıq səviyyəsinə də aid edilə bilər. Digər dəyərli bir nüans isə kompüterlərin necə işlədiyini başa düşməkdir. Kompüter savadlılığı kompüter proqramlaşdırmasından fərqləndirilə bilər: bu kompüter proqramlarının istifadəsində tanışlıq və bacarığa deyil, onların dizaynına və kodlaşdırılmasına diqqət yetirir. Böyük Britaniya və ABŞ də daxil olmaqla müxtəlif ölkələr milli kompüter savadlılığının yüksəldilməsi üçün təşəbbüslər irəli sürüb. Kompüter savadlılığı rəqəmsal platformalarda ünsiyyət qurmaq və ya məlumat tapmaq bacarığı olan rəqəmsal savadlılıqdan fərqlənir. Müqayisəli olaraq, kompüter savadlılığı kompüterlərdən istifadə etmək və onların necə işlədiyinə dair əsas anlayışı saxlamaq qabiliyyətini ölçür. İnsanın kompüter savadlılığı adətən anket vasitəsilə ölçülür ki, bu da onların mətn yazmaq və dəyişdirmək, kiçik kompüter əməliyyat problemlərini aradan qaldırmaq və kompüterdəki məlumatları təşkil etmək və təhlil etmək qabiliyyətini yoxlayır. Kompüter istifadəçiləri kompüter savadlarını artırmaq üçün hansı kompüter bacarıqlarını təkmilləşdirmək istədiklərini ayırd etməli və bu bacarıqlardan daha məqsədyönlü və dəqiq istifadə etməyi öyrənməlidirlər. Kompüter savadlılığı haqqında daha çox öyrənməklə, istifadəçilər istifadə etməyə dəyər olan daha çox kompüter funksiyalarını kəşf edə bilərlər.
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Mahmud Savalan
Maliyyə savadlılığı
Maliyyə savadlılığı — Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir. İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: "Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur". Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır. Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine Mərkəzi Bank "Maliyyə savadlılığı" layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı. Layihə haqqında Elmin İnkişafı Fondu "Gənc alimlər və maliyyə savadlılığı" "Gənc alimlər və maliyyə savadlılığı" müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir?
Masaaki Savanobori
Masaaki Savanobori (d. 12 yanvar 1970) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 16 oyun keçirib, 3 qol vurub.
Məzrayə-i Savarə (Vərziqan)
Məzrayə-i Savarə (fars. مزرعه سواره‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (32 ailə).
Məşəl savaşı
Məşəl savaşı və ya Niyazabad döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Neft və cahan savaşı
Neft və cahan savaşı - kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rzanın müəllifi olduğu kitab. Kitab İkinci dünya müharibəsində böyük neft uğrunda gedən mübarizədən, Bakı neftinin son dərəcə önəmli rolundan və neftin həlledici amil olmasından bəhs edir. Həmçinin kitabda savaşın başlama səbəbləri, onun gedişatı və Almaniyanın məğlubiyyət səbəbləri qeyd edilmişdir. Bakı neftinin qorunmas üçün görülmüş tədbirlər, bunun uğrunda atılan addımların məzmunuda oxucuya çatdırılır. Xüsusilə 1941-ci ilin qışından başlayaraq SSRİ ərazisində yerləşmiş alman qüvvələrin ərzaq və yanacaq sıxıntıları əksinə olaraq qarşılarındakı sovet ordusunun bunlarla daha yaxşı təchiz olunduqları ətraflı şərh edilir.
Nəcməddin Savalanov
Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985; İmişli, Azərbaycan — ö. 8 may 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb. Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi. Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Perihan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Pərixan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Qalacıq-i Savalan (Ərdəbil)
Qalacıq-i Savalan (fars. قلعه جوق سبلان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 796 nəfər yaşayır (181 ailə).
Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında
Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War) — britaniyalı jurnalist və yazar Tomas de Vaalın 2003-cü ildə çap olunmuş kitabı. ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 2008-ci ildə Azərbaycan, 2014-cü ildə isə erməni dilinə tərcümə olunub. Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır. Kitabın əksər hissəsi müəllifin Cənubi Qafqaza 6 aylıq səfəri vaxtı bölgədə apardığı 120 orijinal müsahibənin materiallarına əsaslanır. Əsərdə Moskva və ABŞ-nin Siyasi Büroya dair arxivinin ilkin mənbələrinə də müraciət edilmişdir. Əsərin fəsilləri münaqişənin sovet dövründə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən həll edilməyərək necə dərinləşdirildiyini, Siyasi Büronun münaqişəni həll etməkdə səriştəsizliyini, müharibənin necə başlayıb necə başa çatmasını, beynəlxalq ictimaiyyətin bu münaqişəni niyə həll edə bilməməsini ətraflı şəkildə təsvir edir.
Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında
Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War) — britaniyalı jurnalist və yazar Tomas de Vaalın 2003-cü ildə çap olunmuş kitabı. ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 2008-ci ildə Azərbaycan, 2014-cü ildə isə erməni dilinə tərcümə olunub. Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır. Kitabın əksər hissəsi müəllifin Cənubi Qafqaza 6 aylıq səfəri vaxtı bölgədə apardığı 120 orijinal müsahibənin materiallarına əsaslanır. Əsərdə Moskva və ABŞ-nin Siyasi Büroya dair arxivinin ilkin mənbələrinə də müraciət edilmişdir. Əsərin fəsilləri münaqişənin sovet dövründə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən həll edilməyərək necə dərinləşdirildiyini, Siyasi Büronun münaqişəni həll etməkdə səriştəsizliyini, müharibənin necə başlayıb necə başa çatmasını, beynəlxalq ictimaiyyətin bu münaqişəni niyə həll edə bilməməsini ətraflı şəkildə təsvir edir.
Qavqamel savaşı
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Qayıqda üç kişi, (köpəkdən savayı)
Qayıqda üç adam (İti nəzərə almasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. Cerom Klapka Cerom 21 iyun 1888 ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, “Qayıqda üç kişi (İti nəzərə almasaq)” ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında “Qayıqda üç kişi (İti nəzərə almasaq)” romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.

sava sözünün leksik mənası və izahı

  • 1 sif. Öz vaxtında deyil, sonradan cücərən, gecyetişən (faraş əksi). [Gülşən:] Gecikmiş balaca, sava lalələr yaqut kimi şəfəq saçırdı. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sava

sava sözünün rus dilinə tərcüməsi

sava sözünün ləzgi dilinə tərcüməsi

sava sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl, Qafan, Qarakilsə, Meğri, Ordubad, Zəngilan) 1. gec (Qafan, Qarakilsə, Ordubad). – Sava əkilən taxıl bizim dağlarda gəlip yetimir (Qarakilsə); – Bizim bağda bir armıd var, həmişə o, sava yetişir (Qafan); – Bir yağış yağsa, sava zəmilər yaxşı olar (Qafan) 2. gec əkilmiş (Cəbrayıl, Zəngilan). – Bizim bosdan savadı (Cəbrayıl); – Un hexdar pabı:m savadı, i:rmisi herağaşdı (Zəngilan) ◊ Sava olmax (Şahbuz) – gec əkilmək. – Bıyıl əkinimiz sava olub. Savıya qalmax (Qarakilsə) – gecikmək (mövsümə aiddir). – İl savıya qalıp

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sava" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sava nədir? #sava sözünün mənası #sava nə deməkdir? #sava sözünün izahı #sava sözünün yazılışı #sava necə yazılır? #sava sözünün düzgün yazılışı #sava leksik mənası #sava sözünün sinonimi #sava sözünün yaxın mənalı sözlər #sava sözünün əks mənası #sava sözünün etimologiyası #sava sözünün orfoqrafiyası #sava rusca #sava inglisça #sava fransızca #sava sözünün istifadəsi #sözlük