Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir.
Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır:
Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır:
Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir.
Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar :
İstalif
Fərze
Kələkan
Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər.
Güldərə
Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-dəricə danışan qızılbaşlar), 40%-i puştunlar.