Leq sözü azərbaycan dilində

Leq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Leq • 57.1429%
  • leq • 28.5714%
  • lEQ • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Leq çarlığı
Leq çarlığı — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Leglərin ölkəsi" ("Lezgan") və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır. İndiki Müşkür ərazisində yaradılmış Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lezgan həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər ləzgi tayfalarını birləşdirən, daha güçlü tayfa olan lezglər araya gətirmişdi və çarlığa da onların adı verilmişdi. "Lezgan" lezglərin (ləzgilərin) ölkəsi deməkdir. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi. Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lezganın təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi. Bu vaxt Lezgan özü də iki yerə bölünür və tarixi ədəbiyyatda Qərbi Lezgan və Şərgi Lezgan terminləri peyda olur.
Abdelhadi Leqdali
Abdelhadi Leqdali (8 fevral 1966) — Mərakeşi təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdelhadi Leqdali Mərakeşi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Alfons Leqro
Alfons Leqro (fr. Alphonse Legros; 8 may 1837[…], Dijon, Kot-d’Or – 8 dekabr 1911[…], Uotford, Hartfordşir) — fransız rəssam və ofort peşəkarı; impressionizm cərəyanına bağlı idi. == Bioqrafiya == Verona şəhərində bir mühasibin ailəsində anadan olmuşdur. Onun məmləkətində rəsm çəkməyə başladı. Bir yeniyetmə kimi, dekorativ və sənətşünas Nikolado ilə oxuduğu Dijon Gözəl Sənətlər Məktəbinə daxil oldu. 1851-ci ildə Parisə getdi, lakin yolda Lyon şəhərindəki Müqəddəs Nik Nikki kilsəsinin şapelini çəkən rəssam Jean-Batista Baçot ilə oxuduğu Lyonda altı ay qaldı. İlk olaraq 1857-ci ildə Paris salonunda (Ata portreti) sərgiləndi. Bundan sonra, ciddi oyma ilə məşğul olmaq başladı. Parisdə Legros dekorativ sənətkar Çarles-Antoine Cambon ilə birlikdə təhsil aldı. 1855-ci ildə Gözəl Sənətlər Məktəbində axşam dərslərinə qatıldı.
Faruk Leqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Leqizm
Leqizm – e.ə. VI-III əsrlərdə Qədim Çində meydana gəlmiş etik-siyasi təlimdir. == Əsas ideyası == Leqizmin diqqət mərkəzində – dövləti idarəetmə problemidir. Leqistlər hesab edirdilər ki, siyasət əxlaqla bir araya sığan deyil və idarəetmənin başlıca vasitəsi – mükafat və cəzadır, özü də sonuncu daha çox olmalıdır. Leqistlər hamının qanun qarşısında bərabər olduğu müstəbid dövlət nəzəriyyəsi işləyib hazırlamışdılar. Yeganə istisna – qanunların yaradıcısı olan hökmdardır. Leqizmin ən görkəmli nümayəndələri – Şan Yan, Quan Çjun, Tszı Çan, Li Kuy, Şen Buxay və Xay Feydir. E.ə. III əsrdən başlayaraq leqizmin konfutsiçiliyə qarışması prosesi başlanır, nəticədə artıq Xan dövründə müstəqil varlığını dayandırır. == Mənbə == Книга правителя области Шан ("Шан цзюнь шу").
Leqolas
Léqolas (sind. Legolas; /ˈlɛɡɔlas/) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsərinin uydurma personajıdır. O, Meşə Krallığının Sindar elflərinin şahzadəsidir və Tək Üzüyü məhv etmək üçün yola çıxan Üzük Qardaşlığının doqquz üzvündən biridir.
Mişel Leqran
Mişel Leqran (fr. Michel Legrand) — Fransa bəstəkarı, dirijor və caz pianoçusu. == Tarixi == Leqran 1932-ci ilin fevral ayının 24-də Parisdə dünyaya gəlib. Onun bəstəkar atası ailəni Leqran 3 yaşında ikən tərk edib. Erməni əsilli anası isə pianoçu olub. 10 yaşında ikən konservatoriyaya qəbul edilən Leqran həyatında musiqidən başqa dəyərli heç nə olmadığını deyirdi. 50 ildən artıq sürən karyerası boyu o, 3 dəfə Oskar, 5 dəfə Qremmi mükafatına, "Şerber çətirləri" filminə yazdığı müsiqiyə görə Kann festivalında "Qızıl palma budağı"na layiq görülüb. Leqran filmlər üçün 200-dən artıq əsər bəstələyib. Cazın həyatında xüsusi yeri olan bəstəkar dirijor kimi də tanınırdı. Leqran ilk Oskarını 1969-cu ildə "The Thomas Crown Affair", 1972-ci ildə "Summer of '42" və 1984-cü ildə "Yentl" filmlərinə yazdığı bəstələrinə görə alıb.
Nataliya Leqonkova
Nataliya Leqonkova (27 dekabr 1987) — Ukraynalı marafonçu. Nataliya Leqonkova Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nataliya Leqonkova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 46 dəqiqə 8 saniyəyə qət edərək 157 marafonçu sırasında 87-ci yeri tutdu.
Valeri Leqasov
Valeri Alekseyeviç Leqasov (rus. Вале́рий Алексе́евич Лега́сов; 1 sentyabr 1936, Tula, RSFSR, SSRİ – 26 aprel 1988, Moskva, RSFSR, SSRİ) — SSRİ qeyri-üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1981), Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra; 1996). == Həyatı == Valeri Alekseyeviç Leqasov 1 sentyabr 1936-cı il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nın Tula şəhərində, vəzifəli ailəsində anadan olmuşdur. O, 1949–1954-cü illərdə Moskva şəhəri 56 nömrəli məktəbdə təhsil almış, oradan qızıl medalla məzun olmuşdur. Hal-hazırda həmin məktəb onun adını daşıyır. Əlavə olaraq, məktəbin girişində onun bürüncdən hazırlanmış heykəli var.Leqasov 1961-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutundan məzun olmuşdur. O, D. Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutunun Komsomol Komitəsində katib kimi çalışmışdır. Leqasov 1962-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun Molekulyar Fizika Kafedrasından məzun olmuş, orada kiçik və böyük tədqiqatçı, laboratoriya rəhbəri kimi işləmişdir. O, 1967-ci ildə təsirsiz qazlarınbirləşmələrinin sintezi və onların xüsusiyyətlərinin öyrənilməsi üzrə dissertasiyasını müdafiə etmişdir. Leqasov 1972-ci ildə o, öz doktorluq dissertasiyasını (kimya elmləri doktoru) qorumuş, İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun elmi işi üzrə direktor müavini təyin olunmuşdur.
Vladimir Leqoşin
Vladimir Georgiyeviç Leqoşin (rus. Владимир Георгиевич Легошин; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951) == Həyatı == Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi. == Filmoqrafiya == Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru) Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə) Tənha yelkən ağarır (film, 1937) Əsgər cəbhədən gəlirdi (film, 1939) Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film) Təkbətək döyüş (film, 1944) Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə) == Adlar və mükafatlar == Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə == Ədəbiyyat == ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.
Xristofe Lequt
Xristofe Lequt (6 avqust 1973) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Xristofe Lequt Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Xristofe Lequt Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Xristofe Lequt Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əsgər Leqari Pakistana qarşı
Əsgər Leqari Pakistana qarşı — işə 2015-ci ildə Lahor (Pəncab, Pakistan) Ali Məhkəməsində baxılmış, hökumətin 2012-ci ilin Milli İqlim dəyişikliyi siyasətini və İqlim Dəyişikliyi Siyasətinin İcra Çərçivəsini (2014–2030) müəyyən edilmiş məqsədlərə çatmadan pozduğuna qərar vermişdir. Buna cavab olaraq məhkəmə Pakistana ölkənin iqlim məqsədlərinə çatmasına kömək etmək üçün İqlim Dəyişikliyi Komissiyasının qurulmasını tələb edir. == Öncəki vəziyyət == Pakistanın Pəncab şəhərində hüquq fakültəsinin tələbəsi Əsgər Leqari, iqlim dəyişikliyi nəticəsində su qıtlığı və şiddətlənən fırtınalar səbəbindən məhsulun təhlükə altında olduğunu söyləyir. O, dövlətin iqlim dəyişikliyi siyasətinə etinasız yanaşması səbəbindən onun fundamental hüquqlarının pozulduğunu bildirərək ərizə təqdim edir.. O, hökumətin iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar qarşısında "hərəkətsizlik, süründürməçilik və qeyri-ciddilik" nümayiş etdirdiyini yazır. Leqari hesab edirdi ki, bu hərəkətsizlik millətin qida, su və enerji təhlükəsizliyini təhdid edir. Əvvəllər Pakistanda iqlim dəyişikliyi siyasəti ayrı-ayrı əyalətlərin ixtiyarına buraxılmışdı. Bununla belə, Lahor Universiteti və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən aparılan bir araşdırma, əyalətlərin heç birinin həqiqətən effektiv iqlim dəyişikliyi siyasətinin olmadığını müəyyən edir. == Qərar == Lahor Ali Məhkəməsi hökumətin 2012-ci il siyasətini tətbiq etməli olduğuna qərar verir. Hakim Səyid Mənsur Əli Şah bildirib ki, iqlim dəyişikliyi "Pakistanın üzləşdiyi ən ciddi təhlükəni təmsil edir".
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər.Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79

"leq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#leq nədir? #leq sözünün mənası #leq nə deməkdir? #leq sözünün izahı #leq sözünün yazılışı #leq necə yazılır? #leq sözünün düzgün yazılışı #leq leksik mənası #leq sözünün sinonimi #leq sözünün yaxın mənalı sözlər #leq sözünün əks mənası #leq sözünün etimologiyası #leq sözünün orfoqrafiyası #leq rusca #leq inglisça #leq fransızca #leq sözünün istifadəsi #sözlük