müq sözü azərbaycan dilində

müq

Yazılış

  • müq • 77.7778%
  • Müq • 19.0476%
  • MÜQ • 3.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. == Müqavilənin tarixi və şərtləri == Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Hacı Əli xan Müqəddəm
Hacı Əli xan Hüseyn xan oğlu Müqəddəm (1807-1867) — Qacarlar dövlətinin ictimai-siyasi xadimi. == Həyatı == Əli xan Hüseyn xan oğlu 1807-ci ildə Marağa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Əli xan Məhəmməd şah Qovanlı-Qacar və Nasirəddin şahın hakimiyyəti illərində sarayda çalşmışdı. 1845-ci ildə nazir (maliyyə məmuru) vəzifəsini daşımışdı. Məhəmməd şahın qadınlarından biri ondan şikayət etmiş, şah onun varidatını müsadirə edib, çubuqlatdırmışdı. O, canının qorxusundan Qum şəhərinə qaçmış, Həzrəti Məsumənin türbəsində bəstə oturmuşdu. Haci Mirzə Ağası Bayat Qumun valisinə əmr etmişdi ki, onu zəncirə vurub Tehrana göndərsinlər. Əli xan Təbrizə Nasirəddin mirzənin yanına gəlir və Mələk Cahan xanım Məhdi Ülya tərəfindən dəstəklənmişdi. Xanımın Həcc səfərində iştirak etmişdi.
Herat müqaviləsi
Herat müqaviləsi — Qaraqoyunlular və Teymurilər arasında bağlanmış sülh müqaviləsi. == Tarixi == Qaraqoyunlu hökmdarı Cahan şah Teymuri Sultan Şahruxun 1447-ci ildə ölümündən sonra Teymuri şahzadələri arasında hakimiyyət uğrunda baş verən mübarizədən istifadə edərək 1450-ci illərdə Əcəm İraqını, bütün Qərbi İranı və Şərqi İranın bir hissəsini ələ keçirdi. Cahanşah 1458-ci ilin iyulunda irəliləyərək Xorasanı da ələ keçirdi və Teymurilərin paytaxtı Herata daxil oldu. Lakin burada möhkəmlənə bilmədi. Teymuri sultanı Əbu Səidlə sülh müqaviləsi bağlayan Cahanşah Xorasanı Teymurilərə güzəştə getdi, digər bölgələr isə Qaraqoyunlu hakimiyyəti altında qaldı.
Həmədan sülh müqaviləsi
Həmədan müqaviləsi — 1727-ci ildə əfqanlarla Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. == Haqqında == I Pyotrun ölümündən sonra onun varisləri I Yekaterina (1725–1727), II Pyotr (1727–1730) və Anna İvanovnanın (1730–1740) dövründə Səfəvi dövləti ilə münasibətdə müəyyən dəyişiklik baş verdi. Rusiya Səfəvi dövlətinin Osmanlı dövləti tərəfinə keçməsinə yol verməmək üçün bəzi güzəştlərə getməli oldu. XVIII yüzilin 20-ci illərində Səfəvi dövlətinin böhranı xeyli dərinləşmişdi. Bundan istifadə edən əfqanların Səfəvi dövlətinə qarşı işğalları başladı. Mirmahmudun yürüşləri İsfahanın tutulması və onun şah elan edilməsi ilə (1722–1725) nəticələndi. Antiəfqan qüvvələri Mazandaranda Təhmasib ətrafında mərkəzləşməyə başladı. Əfqanların öz daxilində də çəkişmələr genişləndi, 1725-ci ilin aprelində Mahmud öldürüldü. Əşrəf şah elan olundu (1725–1729). Hakimiyyətə gələn Əşrəf 1726-cı ildə osmanlılara qarşı çıxdı, Əşrəf bu dəfə də düşüncəli hərəkət edərək, üz-üzə gəlməyə tələsmir.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
I Ferdinand (Müqəddəs Roma imperatoru)
I Ferdinand (10 mart 1503[…] və ya 10 mart 1503, Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[…] və ya 25 iyul 1564, Vyana) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi. Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi. == Həyatı == Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu. 1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi.
I Fransisin müqəddəs ailəsi (Rafael)
X Leonun iki kardinalla portreti (it. Sacra Famiglia di Francesco I) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. X Leonun iki kardinalla portreti əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
I Jozef (Müqəddəs Roma imperatoru)
I Jozef (26 iyul 1678[…], Vyana – 17 aprel 1711[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Eleonora Maqdalenadır. Atasının İspaniya taxtı uğrunda Fransa kralı XIV Lüdoviklə girişdiyi taxt mübarizəsini davam etdirən Jozef qardaşı Karlın taxt iddiasını davam etdirsə də, bu cəhdləri heç bir nəticə vermədi. == Mənbə == David Crowe (2004): A History of the Gypsies of Eastern Europe and Russia (Palgrave Macmillan) ISBN 0-312-08691-1 p. XI p. 36–37 Eder, Karl (1961), "Ferdinand III.", Neue Deutsche Biographie (in German), vol. 5, Berlin: Duncker & Humblot, pp. 85–86 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
I Leopold (Müqəddəs Roma imperatoru)
I Leopold (9 iyun 1640[…], Vyana – 5 may 1705[…], Vyana) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır. İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı. == Mənbə == O'Connor, John T. (1978). Negotiator out of Season. Athens, GA: University of Georgia Press. ISBN 0-8203-0436-0 Mckay, Derek (1997).
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanoranın oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kalmar müqaviləsi
Kalmar müqaviləsi (1397–1523) — üç Skandinaviya krallığı olan İsveç, Danimarka və Norveçi birləşdirən müqavilə. 25 sentyabr 1397-ci ildə üç krallığın nümayəndələri arasında imzalanmışdır, nəticədə hər üç krallığın bir monarx tərəfindən idarə olunduğu Kalmar İttifaqı yaradılmışdır. Müqavilə hər krallığın müxtəlif hüquqi strukturlarını birləşdirmirdi. İsveç kralı I Qustav 6 iyun 1523-cü ildə Kalmar İttifaqını tərk etmiş, beləliklə müqavilə süquta uğramışdır.
Kemp-Devid müqaviləsi
Kemp-Devid müqaviləsi, Misir prezidenti Ənvər Sadat ilə, İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir. Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə normala döndü. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq Menaxem Begin və Ənvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT; rus. Организация Договора о коллективной безопасности, Organizacija Dogovora o kollektivnoj bezopasnosti, ODKB) — 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı post-Sovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər post-Sovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. Yeni yaradılmış təşkilatın baş katibi vəzifəsinə Nikolay Bordyuja təyin olundu. 23 iyun 2006-cı ildə Özbəkistan KTMT-nin tam hüquqlu üzvü elan olundu və 28 mart 2008-ci ildə özbək parlamenti üzvlüklə bağlı qanunu ratifikasiya etdi. 2012-ci ildə isə Özbəkistan təşkilata üzvlükdən imtina etdi.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
Kоmpyеn sülh müqaviləsi (1918)
Birinci Kompyen sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kompyen sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Linux və Windows-un müqayisəsi
Linux və Windows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində işlədilir, 1,8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1,4%-i isə Windows istifadə edir. Bundan əlavə Google, Twitter, Facebook, Amazon, IBM kimi böyük şirkətlər, kosmosun tədqiqində NASA, bir çox dövlət məktəblərdə və universitetlərdə, müasir maşınlar, hostinq şirkətlərinin 70%-i Linux istifadə edir. == Xərclər == 2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəli proqram təminatının xərcləri azaltdığını dedi. Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.
Lissabon müqaviləsi
Lissabon müqaviləsi (rəsmi adı — «Roma müqaviləsinə və Avropa Birliyi haqqında Maastrixt sazişinə dəyişikliklər edilməsi barədə Lissabon müqaviləsi », ing. Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establishing the European Community) — 13 dekabr 2007-ci ildə Lissabonda Jeronimuşda Avropa Birliyinin sammitində imzalanmış beynəlxalq müqavilə. Avropa Birliyini idarəetməsində islahatlar etmək məqsədi ilə qüvvəyə minməmiş Avropa Birliyi Konstitusiyasını əvəz etmək və AB-nin qüvvədə olan sazişlərinə düzəlişlər etmək üçün imzalanıb. == Mənbə == Q&A: The Lisbon Treaty – BBC News The 'Treaty of Lisbon' Arxivləşdirilib 2007-08-23 at the Wayback Machine – EurActiv The EU following the Lisbon Treaty – Eur-charts visualization Церемония подписания Лиссабонского договора [1] Arxivləşdirilib 2008-03-15 at the Wayback Machine (video) Лиссабонский договор на языках ЕС [2] Консолидированные тексты учредительных договоров без учета Лиссабонского договора (на 29.12.2006) [3] Arxivləşdirilib 2019-06-03 at the Wayback Machine Консолидированные тексты учредительных договоров с учетом Лиссабонского договора [4] Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine Саркози Н. Реформа ЕС: что нам нужно сделать. // Третий путь. 25.04.2007. [5] Arxivləşdirilib 2008-04-13 at the Wayback Machine Смирнов В. Мини-Конституция для макси-Европы. // Вся Европа. № 11 (16) 2007. [6] Соколов С. Еврореформконституция.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Madrid müqaviləsi (13 yanvar 1750)
Madrid anlaşması Beynəlxalq müqavilə olub İspaniya və Portuqaliya arasında 13 yanvar 1750-ci ildə Madriddə imzalanmışdır. Anlaşmada iki ölkə arasında Cənubi Amerikadakı torpaqlarında sərhədlərin müəyyənləşməsini nəzərdə tuturdu.Katolik kilsəsinin dəstəyi ilə imzalanmış Tordesilyas müqaviləsi koloniyada 46-cı horizontalın sərhəd olmasını nəzərdə tuturdu.Bu anlaşmaın şərlərini pozan Portuqaliya ərazini 46-cı horizantaldan qərbə doğru genişləndirildi.Madrid anlaşmasına əsasən hər iki ölkə Tordesil anlaşmasının şərtlərinin ləğv edilməsini qəbul edir.Portuqaliyanın ələ keçirdiyi torpaqlar onun mülkiyyəti elan edilir.Utrxt anlaşmasını 5-7 ci maddələri öz gücünü itirir.26-cı madfələrə bu şərtlər əlavə edilir: Sakremento koloniyası İspaniyaya verilir.Ru Qrandi du Sul vilayyəti Portuqaliyanın nəzarətində qalır.Portuqaliya Uruqvay çayına kiçik dar çıxış əldə edir. Portuqaliya İspaniyanın lehinə Yuxarı La Plata çayı hövzəsində Xapuri çayından qərbindəki torpaqlarını və Sakrementonu imtina etməli olur. İspaniya və Portuqaliya arasında müharibə baş verərsə bu torpaqlar neytral elan edilir.Koloniyada yaşayanlar bu müharibələrə cəlb edilə bilməz. Cənubi Amerikada olan limanlarına xoşlanmayan ölkələrin gəmilərinin və tacirləri buraxılmamalıdır. Bu müqavilənin şərtlərinə görə ardıq indiki Braziliyanın ərazisi formalaşır.Sərhədlərin müəyyənləşməsi üçün Quarani müharibəsinə adlanan Yuxarı Uruqvaya yeddi hərbi missiya təşkil edilir.Madrid anlaşması El Pardo anlaşmasına əsasən ləğv edilir.Bu ərəfədə Portuqaliya Yeddi İllik müharibəyə cəlb edilir.Sakremento yenidən işğal edilir və İspaniya bu torpağı Fonyeneblo və Paris anlaşmasında güzəştə getməli olur. Bununla belə La Plata vitse kralı Braziliyaya hücum edərək portuqaların ordusunu darmadağın edir.Hətta Braziliyanın itirilməsi təhlükəsi yarandığından San İldefonso anlaşmasını imzalamalı olur. Britaniya dan qələcək dəstək demək olar ki ABŞ İstiqlal müharibəsinə cəlb olması ilə mümkünsüzləsir.
Moskva Atəşkəs Müqaviləsi
Moskva Atəşkəs Müqaviləsi, Finlandiya ilə digər tərəfdən SSRİ və Birləşmiş Krallıq ilə 19 sentyabr 1944-cü ildə imzalanmışdır. Müqavilə ilə Davam müharibəsi başa çatmışdır. == Müqavilə şərtləri və sonrası == 1940-cı ildə Moskva sülh müqaviləsi ilə Finlandiya Karelia və Salla bölgələrini və Fin körfəzində bir çox digər adaları SSRİ-yə vermişdi. Yeni atəşkəs ilə 1940-cı il müqaviləsinə sadiq qalındı, ayrıca olaraq Petsamo bölgəsini Sovetlərə vermiş Finlandiya Porkkala bölgəsini də Sovet İttifaqına 50 il müddətinə verdi. (Bölgənin idarəsi 1956-cı ildə Finlandiyaya buraxıldı). Finlandiya Sovet İttifaqına müharibə təzminatı olaraq 6 il müddətinə 300.000.000 dollar ödəyəcəkdi.
Moskva müqaviləsi (1921)
Moskva müqaviləsi — 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında müqavilə. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir. Sovet Rusiyası ilə Türkiyə arasında növbəti rəsmi görüş 1921-ci il fevralın 26-da başladı. Moskva danışıqlarında Sovet Rusiyasını Q. Çiçerin və C. Qorxmazov təmsil edirdi. Konfransı açan Q. Çiçerin ilk nitqində bildirdi ki, konfransın əsas məqsədi Sovet Rusiyası ilə Türkiyə arasında ötən il ana xətləri cızılmış bir dostluq müqaviləsini imzalamaqdır. Sovet Rusiyası Moskva danışıqlarına Azərbaycan, Gürcüstan və Ermənistanın da qatılmasını israr edirdi. Rus diplomatiyası bununla Cənubi Qafqaz respublikalarının xarici siyasətlərini öz əlində cəmləşdirmək və bunları Türkiyəyə qarşı qoymaq niyyətində idi, lakin Türkiyə nümayəndə heyəti Cənubi Qafqaz respublikaları ilə danışıqlar aparmaq üçün səlahiyyətli olmadığını bildirib qəti olaraq bu təklifə qarşı çıxdı. Əslində Moskva konfransında Azərbaycanla bağlı məsələlər müzakirə mövzusu idi və bu məsələlər Batum məsələsindən sonra daha çox müzakirələrə səbəb olmuşdu. Azərbaycanla bağlı məsələlər ölkə üçün həyati önəmə sahib məsələlər idi ki, bunlardan biri Naxçıvan, digəri isə Azərbaycanın müstəqilliyi məsələsi idi. Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər konfransın 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olundu.
Moskva müqaviləsi (1970)
Moskva müqaviləsi Bu anlaşma SSRİ və Almaniya Federativ Respublikası arasında 1970-ci ilin 12 avqustunda Moskvada imzalanmışdır.Müqavilə imzalama mərasimində SSRİnin nümayyəndəsi Nazirlər Sovetinin sədri A.N.Kosiqin və AFR-sını isə Federal kansler B.Brant təmsil edirdi. == Şərtləri == Bu anlaşmaya əsasən Oder-Neys və Polşa,AFR və ADR arasında sərhədlərini müəyyənləşdirilməsi nəzərdə tutulurdu.Üstəlik dövlət sərhədlərin qorunması və ərazi bütölüyünün tanınmasını hər iki ölkə öz üzərinə götürürdü .Tərəflər Avropada dövlətlərin sərhədlərini təstiqləyirdilər.AFR Şərqi Prusiyaya olan ərazi idiasında əl çəkir.(ikinçi dünya müharibəsində bu ərazilər SSRİ və Polşa arasında bölüşdürülür).SSRİ isə öz növbəsində gələcəkdə əlverişli zaman yetişərsə hər iki ölkənin (AFR VƏ ADR) bir dövlət halında birləşməsinə maniə olmayacağını üzərinə götürür. == Əlavələr == Bu anlaşma təkcə iki ölkə arasında nəzədə tutulan müqavilə deyildi.Bu müqavilə Avropa miqyaslı bir anlaşma olaraq SSRİnin təsir dairəsində olan ölkələrlə Avropa kapitalist ölkələri arasında sərhədi tam təstiqlədirdi.
Moskva sülh müqaviləsi
Moskva sülh müqaviləsi, 1940-cı il martın 21-də Finlandiya Qış müharibəsində məğlubiyyətini qəbul etdikdən sonra Sovet İttifaqı ilə Finlandiya arasında imzalanmış sülh müqaviləsidir. Ancaq 25 iyun 1941-ci ildə Davam müharibəsinin başlaması ilə müqavilə qüvvədən düşmüşdür. == Müqavilədən əvvəlki hadisələr == 29 yanvar 1940-cı ildə Finlandiya hökuməti Sovet İttifaqının ilk sülh təklifini aldı. Bu vaxta qədər Qırmızı Ordu Finlandiyada əsas strateji nöqtələri ələ keçirmək üçün mübarizə aparmışdı. Finlandiya Vıborq şəhəri, Ladoqa gölü və onun bir hissəsi olaraq Kareliya bölgəsində yerləşmişdi. Bundan əlavə, Hanko Yarımadası 30 il Sovet nəzarətində olacaqdı. Finlandiya hökuməti ilk sülh təklifini rədd etdi və İsveç, İngiltərə və Fransaya hərbi yardım tələblərini göndərdi. Finlandiya bu dövlətlərdən və Millətlər Liqasından dəstək almağa ümid edirdi. Fin Ordusunun vəziyyəti getdikcə pisləşirdi. Bu vəziyyət qarşısında Karl Gustaf Emil Mannerheim Sovet İttifaqı ilə sülh danışıqlarına hazırlaşırdı.

"müq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müq nədir? #müq sözünün mənası #müq nə deməkdir? #müq sözünün izahı #müq sözünün yazılışı #müq necə yazılır? #müq sözünün düzgün yazılışı #müq leksik mənası #müq sözünün sinonimi #müq sözünün yaxın mənalı sözlər #müq sözünün əks mənası #müq sözünün etimologiyası #müq sözünün orfoqrafiyası #müq rusca #müq inglisça #müq fransızca #müq sözünün istifadəsi #sözlük