Mqer Abeqyan
Mqer (Meger) Manukoviç Abeqyan (erm. Մհեր Մանուկի Աբեղյան; 26 yanvar 1909, Üçkilsə – 20 noyabr 1994, İrəvan) — SSRİ və Ermənistan rəssamı və qrafiki, Ermənistan SSR xalq rəssamı (1960).
== Həyatı ==
Mqer Abeqyan 26 yanvar 1909-cu ildə Rusiya imperiyasında, Üçkilsə şəhərində anadan olmuşdur. O, 1922–1927-ci illərdə İrəvan Rəssamlıq və Sənaye Texnikumunda Stepan Ağacanyan və Sedrak Arakelyanla birlikdə təhsil almışdır. 1927–1930-cu ildə Moskva Ali Rəssamlıq və Texniki İnstitutunda oxumuşdur. 1930–1931-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında oxumuş, baş müəllimi Sergey Gerasimov olmuşdur.
Lirik mənzərələrin, rəngarəng natürmortların, eləcə də portretlərin və landşaft janrlı rəsmlərin, incə əhvali-ruhiyyə ilə hopmuş çoxsaylı dəzgahlı qrafik mənzərələrin müəllifidir. Cənubi Qafqazda baş vermiş inqilabi hadisələrə həsr olunmuş rəsmlər, eləcə də İkinci Dünya müharibəsi hadisələri mövzusuna dair silsilə ofortlar çəkmişdir. 1937–1945-ci illərdə rəssamlıq məktəbində, 1954-cü ildən isə İrəvan İncəsənət və Teatr İnstitutunda dərs demişdir.