məq sözü azərbaycan dilində

məq

Yazılış

  • məq • 89.0110%
  • MƏQ • 6.5934%
  • Məq • 4.3956%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hüseyn Cavid məqbərəsi
Hüseyn Cavid məqbərəsi — Naxçıvan şəhərində böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış memarlıq-xatirə kompleksi. Kompleks Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Abidənin layihəsinin müəllifi Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin "Start" inşaat şirkəti tərəfindən inşa edilmişdir. == Tarixi == Heydər Əliyev ədəbiyyatımızın korifey nümayəndələrindən biri olan Hüseyn Cavid şəxsiyyətinə, ailəsinə, irsinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il 21 iyulda “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqa dövlət səviyyəsində yüksək qiymət verilib, sənətkara münasibət köklü şəkildə dəyişib. Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci il oktyabrın 26-da şairin nəşi Sibirdən Bakıya, sonra isə doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə gətirilərək evinin qarşısında torpağa tapşırılıb, 1981-ci ildə şəhərin mərkəzində Hüseyn Cavidə olan ehtiramı əks etdirən məqbərə ucaldılıb. Böyük sənətkarın 100 illik yubileyi ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər keçirilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Heydər Əliyev şairin qızı Turan xanımın xahişini müsbət həll edərək 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarını Bakıdan, Ərtoğrul Cavidin məzarını isə Naxçıvandan Cavid türbəsinə gətirmək barədə göstəriş vermişdi.
Hüseynbəy məqbərəsi
Hüseynbəy məqbərəsi (başq. Хөсәйенбәк кәшәнәһе) — Hacı Hüseynbəyin dəfn olunduğu yer. O, müasir Başqırdıstan ərazisinin ilk imamı olmuşdur (ilk ali dimi rəhbəri). Onun qəbri Çişmin rayonu, Çişmi qəsəbəsində yerləşən Akzirat qəbrstanlığında yerləşir. Müsəlmanların müqəddəs yerlərindən sayılır. == Hüseyn bəyin həyatı == Ömər bəy oğlu Hüseyn bəy XIV əsrin əvvəllərində Türküstan şəhərində anadan olmuşdur. Hələ uçaq ikən yerli mədrəsədə təhsil almışdır. Burada dini biliklərə yiyələnmiş, Yəsəvi sufi qardaşlığına daxil olmuşdur. Bir müddət sora o, Məkkəyə həc ziyarətinə getmişdir. XIV əsrin əvvəllərində başqırd xanı Türküstana müraciət edərək islamın ğlkəsində yayılması məqsədi ilə ora imamın göndərilməsini istəmişdir.
Həyat məqsədi (film, 2004)
Həyat məqsədi (Rom: Lakshya; Az: Məqsəd) 2004-cü ildə Farhan Akhtarın rejissorluğu və Riteş Sidhvaninin prodüseri olduğu hind dilli yetkinlik dövründə olan insanlar üçün nəzərdə tutulan müharibə dram filmidir. Baş rollarda Amitabh Bachchan, Hrithik Roshan və Preity Zinta, köməkçi rollarda isə Boman Irani, Om Puri, Amriş Puri və Anjula Bedi oynamışdır. 1999-cu ildəki Kargil müharibəsinə əsaslanan film, Hindistan ordusuna qatılan və sevgilisi Romila Duttanın onunla fəxr etməsi üçün özünü əsgərə çevirən Dehlidən olan məqsədsiz və tənbəl oğlan Karan Şeirgilldən bəhs edir. == Süjet xətti == Əsərin qəhrəmanı gününü eyş-işrətdə keçirən gənc Karandır. O atasının və ailə biznesini idarə edən böyük qardaşının pulu hesabına yaşayır. Karan bütün günü dostları ilə əylənir və gözəlçə Romi ilə eşqbazlıq edir. Günlərin birində döyüş filminə baxdıqdan sonra Karan dostları ilə birlikdə hərbi xidmətə yollanmaq qərarına gəlirlər, lakin hərbi xidmət onların düşündüyü kimi heçdə asan olmur. Üzləşdiyi çətinliklərə dözə bilməyən Karan, evə qayıtmaq məcburiyyətində qalır. Qayıdışı ilə ailəsinin və Rominin hörmətini birdəfəlik itirdiyini hiss edən Karan, hərbi xidmətini davam etdirmək qərarına gəlir.
Minilliyin İnkişaf Məqsədləri
Minilliyin İnkişaf Məqsədləri — 193 BMT üzvü olan dövlət və ən azı 23 beynəlxalq təşkilatın 2015-ci ilədək əldə etməyi qəbul etdikləri səkkiz beynəlxalq inkişaf hədəfidir. Məqsədlər həddindən artıq yoxsulluğun azaldılması, uşaq ölümünün azaldılması, QİÇS kimi epidemiya xəstəlikləri ilə mübarizə və qlobal inkişaf əməkdaşlığının artırılmasıdır. == Tarixi == === Arxa fon === 2001-ci ildə, BMT-nin üzvü olan ölkələr, yoxsul millətlərə daha fəal yardım göstərməyin lazım olduğunu qəbul edərək əsas hədəfləri qəbul etdilər. MİM-lərin məqsədi dünyanın ən kasıb ölkələrində sosial və iqtisadi şəraiti yaxşılaşdırmaqla inkişafı sürətləndirməkdir. Bu hədəflər daha əvvəlki beynəlxalq inkişaf hədəfləri üzərində qurulur və 2000-ci ildə keçirilən bütün dünya liderlərinin BMT-nin Minilliyin Bəyannaməsini qəbul etdiyi səkkiz hədəfi təqdim etdiyi Minilliyin Sammitində rəsmi olaraq təsis edilmişdir. == Məqsədləri == === İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq === Sovet İttifaqının dağılmasından sonra müstəqilliyinin 20-ci ilində Azərbaycan yüksək inkişafa nail oldu. Dövlət, Ümumi Milli Gəlirin adambaşına hesabının 2002-ci ildəki 720 dollar göstəricisindən 2011-ci ildə 5, 290 dollara qalxaraq yuxarı orta gəlirli ölkələr sırasına qoşulması ilə fərqlənir. Azərbaycan sərvətlərin bölüşdürülməsini inkişaf etdirən yüksək inkişaf və siyasətlər və proqramlar nəticəsində 2000-ci illərdə yoxsulluğun əsaslı surətdə azaldılmasına nail oldu. Neft gəlirlərindən yararlanan Azərbaycan əhali üçün məvaciblərin və sosial köçürmələrin artırılması üçün, eləcə də iqtisadiyyatın modernizasiyasına yönəlmiş institusional islahatları genişləndirmək üçün genişhəcmli ictimai sektora aid sərmayə proqramları və bunu dəstəkləyəni siyasət həyata keçirməyə başladı. Bu cəhdlər əsaslı artım və yoxsulluğun azalması ilə nəticələnmişdir.
Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. == Abidə == Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Müqəddəs məqbərə kilsəsi
Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (ivr. ‏כנסיית הקבר‏‎, ərəb. كنيسة القيامة‎, yun. Ναὸς τῆς Ἀναστάσεως, lat. Sanctum Sepulchrum) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə. Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi, dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır. Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir. == Tarixi == Yerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın.
Məqalat
Məqalat — klassik Azərbaycan poeziyasında mənzum hekayə. Hər məqalat bitkin süjet xəttinə, surət və xarakterlərə malik olan müstəqil əsərdir. Məsələn, Nizaminin "Sirlər xəzinəsi" poeması 20 məqalatdan ibarətdir. Məzmununa görə məqalatlar əsasən didaktik xarakter daşıyır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Məqam (musiqi)
Məqamat
Məqamat – Seyid Yəhya Bakuvinin əsəri. Bu əsərdə mənəvi səfərin yeddi mərtəbəsindən (məqamından) bəhs edilir. Məlum olduğu kimi təsəvvüf yoluna girən şəxsin Allaha yetişmək üçün əxlaqi baxımdan kamilləşməsi vacibdir. İnsanın mənfi sifətlərdən xalis olub, müsbət sifətlər qazanması üçün mənəvi səfər htiyacı vardır. Bu əsərdə həmin məqamlar sıra ilə verilərək izah olunmuşdur. Mütəfəkkirə görə, birinci məqam seyr iləllah, ikinci məqam seyr lillah, üçüncü məqam seyr əlallah, dördüncü məqam seyr məallah, beşinci məqam seyr fillah, altıncı məqam seyr-anillah, yeddinci məqam seyr billahdır. Bir çox məcmuələrdə bu əsər Mənazilül-aşiqin əsərinin içində verilmişdir.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Məqbul (Sayınqala)
Məqbul (fars. مقبول‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə (7 noyabr 1908, Ağdaş – 19 fevral 1967, Daşkənd) — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (9 mart 1965, Lənkəran – 8 dekabr 2022, Lənkəran) — azərbaycanlı aktrisa == Həyatı == Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb. "Mahmud və Məryəm"də qulluqçu qız, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi rollarını ifa edib. Azad Azərbaycan televiziyasında yayımlanan 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı ilə yadda qalıb.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məqsəd Həsənov
Məqsəd Nur
Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri. == Həyatı == Məqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir.
Məqsəd Səttarov
Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu – 2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur. == Əmək fəaliyyəti == Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Aka­de­­miyası Fəlsəfə və Hüquq İnsti­tutunda şö­bə müdiri və Azərbaycan EA Fəlsəfə ka­fed­ra­sının müdiri vəzi­fələrində çalışıb. == Elmi fəaliyyəti == Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə dokto­ru, 1964-cü il­də elmlər doktoru disser­tasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının müxbir üzvü seçilib. Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm­çinin ictimai şüu­run inkişaf qanunauyğunluqları isti­qa­mət­lərini əhatə edib. Azərbaycanın mə­nə­vi-mədəni həyatında islamın yeri və rolu, Azər­­baycanda ateist fikir kimi məsələləri, ic­timai şüurun strukturu və onun ün­sür­lə­ri­nin qarşı­lıq­lı təsiri, ictimai şüurun yeni­ləş­di­ril­məsi və sağlamlaş­dırıl­ması yollarını araş­dırıb.
Məqsəd Tələbə
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır. Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir. == Format == Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir. Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri. Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H. Əliyevin məzarını ziyarət etsinlər.
Məqsəd tələbə (veriliş, 2012)
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır. Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir. == Format == Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir. Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri. Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Məqsəd İsayev
Məqsəd Müzəffər oğlu İsayev (7 iyun 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Məqsəd İsayev 1994-cü ildə Bakıda anadan olmuşdur. Məqsəd 9 yaşı olarkən Əli Abuzərovun rəhbərliyi altında Bakı olimpiya idman liseyində futbolla məşğul olmağa başlamışdır. O, beş il bu liseydə təhsil almışdır. Məqsəd Tiflisdə yerləşən rus-gürcü müasir humanitar universitetinin idarəetməsinin fakultəsinin tələbəsi olmuşdur. == Klub karyerası == === Çempionat === Məqsəd İsayev Neftçi Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasına 2009-cu ildə Neftçi klubunun gənclərdən ibarət U-17 millisində başlamışdır. İki il burada çıxış etdikdən sonra Neftçi Bakı klubunun əvəzedici komandasına keçmişdir. Məqsəd 2013-cü ildən Neftçi Bakı klubunun əsas heyətinin oyunçusudur.

"məq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məq nədir? #məq sözünün mənası #məq nə deməkdir? #məq sözünün izahı #məq sözünün yazılışı #məq necə yazılır? #məq sözünün düzgün yazılışı #məq leksik mənası #məq sözünün sinonimi #məq sözünün yaxın mənalı sözlər #məq sözünün əks mənası #məq sözünün etimologiyası #məq sözünün orfoqrafiyası #məq rusca #məq inglisça #məq fransızca #məq sözünün istifadəsi #sözlük