mət sözü azərbaycan dilində

mət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mət • 88.2540%
  • Mət • 10.1587%
  • MƏT • 1.5873%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Nina" mətbəəsi (film, 1963)
1905-1906-cı illər Azərbaycan mətbuatı
1905-1906 cı illər Azərbaycan mətbuatı
1 mətbuat konfransının tarixi (film, 2015)
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film. Film Qulp studioda istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. == Məzmun == 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
31 mart soyqırımı AXC mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
ABŞ mətbəxi
ABŞ mətbəxi (ing. Cuisine of the United States) və ya amerikan mətbəxi (ing. American cuisine) — ABŞ-də müxtəlif yemək üslublar. Dünyanın müxtəlif hissələrindən mədəniyyət, irq və dinlərin qarışığı Amerika mətbəxinin müxtəlifliyini asanlıqla izah edir. == Bir çox millətlərin mətbəxi == Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların tə’siri nəticəsində formalaşıb. Müxtəlif regionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə tə’sir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir. == Fəstfud == Şübhəsiz, fəstfud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fastfud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan hot-doq, hamburger yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar.
Aralıq dənizi mətbəxi
Aralıq dənizi mətbəxi — Alimlərin ortaq fikrinə görə, Aralıq dənizi mətbəxi və pəhrizi uzun yaşamağın stimuludur. Məşhur mətbəxlərdən biri, öz yeməkləri ilə fərqlənir. Dünyanın ən yaxşı mətbəxlərindən biri kimi sayılır. Hər regionunda fərqli yeməklər bişirilir. == Haqqında == Aralıq dənizi reqionun mətbəxi öz təzəliyi, yüngüllüyü və incə ətiri ilə adamı valeh edir. Deyirlər ki, bu, varlıların dünyasına yol tapmış kasıbların qidasıdır. === “Heyrətləndirici xəbər” === Seynt-Etyen Universitetin alimləri miokard infarktından əziyyət çəkən 600 pasientdən ibarət olan qrup üzərində tədqiqat aparıblar. Pasientlər iki qrupa bölündülər. Birinci qrup az kalorili pəhrizi, ikinci isə zeytun yağı, makaron, təzə meyvə və tərəvəzlər, paxlalar, az miqdarda qırmızı ət, daha çox miqdarda ev quşların əti, balıq, və yemək zamanı qırmızı şərabın istifadə olunması prinsiplərə əsaslanan Aralıq dənizi reqionunun pəhrizini tutmalı idir. Tədqiqatın nəticələri heyrətləndirici oldu.
Argentina mətbəxi
Argentina mətbəxi — Argentina mətbəxi öz yeməkləri ilə məşhurdur. Argentina mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Argentina mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Argentinanın vizit kartoçkası qrildə qızardılmış şirəli mal əti, donuz piyində qızardılmış ləzzətli iri klyoteklər və qeyri-adi qırmızı çaxırdır. Təəssüf ki, Argentinada bu ölkənin yerli əhalisinin mətbəxi inkişaf etməyib. Vaxt keçdikcə, bu yerlərdə məskən salan Hindlilərin mətbəxləri tamamilə unuduldu. Argentinalılar Avropa konkistadorların mətbəxinə varis oldular, və onu çox sevdilər.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Avar mətbəxi
Avar mətbəxi (avar. МагӀарулазул квен-тӀех) — Şimali Dağıstanın orijinal mətbəxlərindən olan Avarların milli, qədim mətbəxi. Avarların əsas milli pəhrizi xingala əsaslanır. == Xüsusiyyətləri == Ənənəvi olaraq, avarlar çoxlu ət yeyirlər. Adətən yeməklər quzu və mal ətindən hazırlanır. Ətdən zəngin şorbalar (çurpa və ya şurva) bişirilir, ətli un yeməkləri hazırlanır və kabab qızardılır. Ən məşhur şorbaları arasında mərcimək şorbası, əvəlik şorbası və adi şorba seçilir. Avar mətbəxinin əsas əlaməti qurudulmuş ətdir. Soyuducu olmadığı zamanlarda qurudulmuş ət uzun müddət qida xüsusiyyətlərini qorumağa imkan verirdi. Daha az tərəvəz, əsasən soğan və pomidor, daha az kartof və badımcan, çoxlu miqdarda müxtəlif göylər, sarımsaq, sirkə və digər isti ədviyyatlar istifadə olunur.
Avstraliya mətbuatı
Avstraliya mediası — Avstraliyada yerləşən kütləvi informasiya vasitələri. Avstraliya ənənəvi və rəqəmsal formatları əhatə edən və əsasən ingilisdilli əhaliyə xidmət göstərən müasir və müxtəlif media sənayesinə malikdir. Avstraliya 2018-ci ildə mətbuat azadlığı reytinqində 180 ölkə arasında 19-cu yerdə qərarlaşmış, lakin 2020-ci ildə 26-cı yerə düşmüşdür.Avstraliyada media müxtəlif formatlarda, o cümlədən radio, televiziya, qəzet və internetlə təmin olunur. Çeşidlərə yerli, regional, ştat, federal və beynəlxalq media mənbələri daxildir. Onlar Avstraliya xəbərləri, siyasəti, problemləri və mədəniyyəti haqqında məlumat verirlər. Ölkənin ən iri qəzetləri: "Herald Sun", "The Sydney Morning Herald", "The Daily Telegraph" və s. Ən böyük teleqraf agentliyi "Australian Associated Press"dir.
Avstriya mətbəxi
Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır. == İçkilər == Qəhvə: avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında, əsasən, mokkonun növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər "Vyana qəhvəsi" ("Kofe lyejski") adını almışdı. İsti şokolad.
Azərbaycan Milli Mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. == Tarixi == 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.."Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Azərbaycan Xalq Cümhuriyyətində mətbuat
Mətbuat AXC dövründə — Azərbaycan mətbuatı tarixində 1918–20 illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi. == İdeya istiqaməti == 1918–20 illər mətbuatın ideya isitiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi.Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin bütün digər ictimai-siyasi qurumları kimi onun dövri mətbuatı da birdən-birə yaranmamışdı. Hələ XIX əsrin 1-ci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875 ildə "Əkinçi" qəzetinin timsalında ilk milli mətbuatı yaratmışdır. "Əkinçi" qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq, XIX əsrin sonlarında Tiflisdə Cəlaləddin və Səid Ünsizadə qardaşlarının "Ziya" (1879–80), "Ziyayi-Qafqaziyyə" (1880–84) və "Kəşkül" (1883–91), XX əsrin ilk illərində isə Məhəmməd ağa Şahtaxtlının "Şərqi-rus" (1903–05) qəzetləri meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Mətbuat haqqında nizamnaməsi
Mətbuat haqqında nizamnamə — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat məsələlərini təmzimləyən sənəd. == Nizamnamənin hazırlanması == 1919-cu ilin oktyabrın 30-da Parlament tərəfindən qəbul olunmuşdu. Hökumətin 1919-ci il 30 aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyəndi və onu Parlamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır. == Mətbuat haqqında müzakirələr == Mətbuat azadlığına yekdilliklə tərəfdar olan parlament üzvləri bu qanun layihəsini ən ciddi sənədlərdən biri hesab edirdilər. Bununla belə, layihəsinin Parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçdi. "Hümmət" partiyası və sosialist fraksiyası layihəsinin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurdu.
Azərbaycan milli mətbəxi
Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi — mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. == Ümumi məlumat == Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (təndir, kürə, buxarı, külfə, çala, ocaq, sac, manqal və s.). Kürədə, əsasən, müxtəlif çörəklər, unlu qənnadı məmulatı, həm də gil qablarda piti, bozbaş bişirilir. Manqal, başqa ocaqlardan fərqli olaraq, əsasən şişlik (kabab) bişirmək üçündür. Quruluşuna görə böyük kürəyə bənzəyən və hazırda çox az istifadə olunan külfədə külfə çörəyi, kömbə və s. bişirilirdi. Yeraltı və yerüstü təndirlərin "döymə", "badlı" və "kərpic" növləri var.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. == Azərbaycan mühacirət mətbuatı == Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi idеоlоji münaqişələrin məhsulu kimi оrtaya çıxan mühacirət ümumbəşəri bir prоblеmdir. Mühacirət (latınca «еmiqrо» - köçürəm, çıxıram) - daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin tоplusudur. Mühacirətin tarixi uzaq kеçmişdən başlamışdır. Qədim impеriyaların, sоnralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb оlmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı оlmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı sоyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sоsial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb оlmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sоnra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yеni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yеni qurulmuş sоvеt hakimiyyətinin idеya düşmənləri, kеçmiş sahibkarların əksəriyyəti ölkəni tərk еdərək, mühacirətə gеtmişdi. Ilk dəfə оlaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Azərbaycan mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. == Tarixi == 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.."Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı.
Azərbaycan mətbəxi
Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi — mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. == Ümumi məlumat == Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (təndir, kürə, buxarı, külfə, çala, ocaq, sac, manqal və s.). Kürədə, əsasən, müxtəlif çörəklər, unlu qənnadı məmulatı, həm də gil qablarda piti, bozbaş bişirilir. Manqal, başqa ocaqlardan fərqli olaraq, əsasən şişlik (kabab) bişirmək üçündür. Quruluşuna görə böyük kürəyə bənzəyən və hazırda çox az istifadə olunan külfədə külfə çörəyi, kömbə və s. bişirilirdi. Yeraltı və yerüstü təndirlərin "döymə", "badlı" və "kərpic" növləri var.
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. == Məzmun == Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir.Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir.Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır.Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan mətbəxi (film, 2002)
Azərbaycan mətbəxi sənədli televiziya filmi 2002-ci ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan milli mətbəxinin təkrarsız xörəklərindən, onların hazırlanma texnologiyasından bəhs edir. == Məzmun == Film dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan milli mətbəxinin təkrarsız xörəklərindən, onların hazırlanma texnologiyasından bəhs edir.
Azərbaycan mətbəxinin rəngləri (film, 2009)
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.
Başqırdıstan mətbəxi
Başqırdıstan mətbəxi (Başq: башҡорт аш-һыуы) — başqırdların ənənəvi mətbəxi. Xalqın həyat tərzi onun mədəniyyətinin, ənənələrinin və başqırd mətbəxinin formalaşmasına imkan yaradırdı: kəndlərdə qışlama və isti yerlərdə yaşama rasiona və qidanın hazırlanmasının imkanında yeməklər daxil edirdi. == Ənənəvi yeməklər və məhsullar == Başqırd yeməkləri klassik ədviyyatların az miqdarıyla fərqlənir: yalnız qara və qırmızı istiotu istifadə olunur. Bütün isti yeməklərdə və qəlyanaltılarda ətin bolluğu başqırd yeməklərinin xüsusiyyətidir. "kazının" və at piyinə at kolbasasına başqırdların sevgisi ayrı diqqətə layiqdir: başqırdlar piyin qalın tikələriylə at ətini çox sevirlər. Köçəri həyat tərzi geniş bir sıra uzun müddətli saxlamanın məhsullarının formalaşmasına gətirib çıxardı. Qaynadılmış, qurudulmuş at əti əksəriyyət başqırd milli yeməyini təşkil edirdi. Qoyun əti, süd məhsulları, qurudulmuş giləmeyvələr, qurudulmuş dənlər, bal. Kazı (at kolbasası) kimi belə yeməklər nümunədir. === Üçparmaq === Beşbarmağın ənənəvi başqırd yeməyi qaynadılmış ətdən və salmı-dan (böyük doğranmış əriştənin növlərindən) hazırlanır, soğanla göyərtiylə bol-bol tökülür və gözəl dad verilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.18 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 5.41
2007 ••••••••••• 2.75
2008 •••••••••••••• 3.65
2009 •••• 0.96
2010 0.18
2011 0.26
2012 ••••••••••••• 3.36
2013 ••• 0.58
2014 •• 0.51
2016 •• 0.52
2017 •••• 0.98
2018 ••••• 1.20
2019 ••• 0.70
2020 0.27

mət sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qaynadılıb suyu çəkilmiş qatı şirə. Meyvə məti. 2. Doşab, mürəbbə və s. bişirilən zaman əmələ bələn köpüyə oxşar şirə. Doşabın mətini yığmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / mət

mət sözünün rus dilinə tərcüməsi

  • 1 густая масса, гуща, сгусток

    Azərbaycanca-rusca lüğət / mət
  • 2 сущ. 1. сироп (густая жидкость из фруктовых, ягодных соков с сахаром) 2. пенка (пенистый верхний слой сиропа при варке варенья)

    Azərbaycanca-rusca lüğət / mət

mət sözünün inglis dilinə tərcüməsi

mət sözünün fransız dilinə tərcüməsi

mət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. мед, метӀ (емишрин ругуна яд кумачир экъи меже); 2. каф (мураба, душаб ва мс. чрадамаз винел акьалтдай).

    Azərbaycanca-ləzgicə lüğəti / mət

mət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Kürdəmir, Qubadlı, Mingəçevir, Şəki, Zaqatala) mürəbbə kəfi. – Mürəbbə məti yidim (Şəki); – Mətə barmax vuranda zincir kimi uzanır (Qubadlı); – Mətdən halva bişirmək olarmı? (Zaqatala)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"mət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mət nədir? #mət sözünün mənası #mət nə deməkdir? #mət sözünün izahı #mət sözünün yazılışı #mət necə yazılır? #mət sözünün düzgün yazılışı #mət leksik mənası #mət sözünün sinonimi #mət sözünün yaxın mənalı sözlər #mət sözünün əks mənası #mət sözünün etimologiyası #mət sözünün orfoqrafiyası #mət rusca #mət inglisça #mət fransızca #mət sözünün istifadəsi #sözlük