* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal. Yusif bazarıdır, hər kəsin mətaı varsa gətirsin. (Ata. sözü). …Bazar-dükanda əlavə heç bir məta yoxdur… C.Məmmədquluzadə. [Tacir:] Hanı mətaın? Malını göstər! Ə.Məmmədxanlı. 2. Qiymətli şey, aztapılan şey. Mətaın məta olunca, bazarın bazar olsun. (Ata. sözü). // Ümumiyyətlə hər hansı bir şey. [Azad, Məryəm, Ziba] deyərdilər, gülərdilər, hərənin nə mətaı olsa idi, ortalığa qoyardı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / məta2 MƏTA’ ə. 1) satılan mal; 2) kapital, sərmayə; 3) matah; 4) qiymətsiz, lazımsız şey. Mətai-cənnət cənnət malı; mətai-dərd (qəm) dərd (qəm) gətirən şey; mətai-rayigan tayı-bərabəri olmayan mal.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məta1 [ər.] сущ. 1. метягь, мал, маса къачуна маса хгузвай затӀ; 2. матагь, масан затӀ, тӀимил якьадай затӀ; гьар гьи хьайитӀани са затӀ.
Azərbaycanca-ləzgicə lüğəti / məta