Əl-Mətin
Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri.
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58)
İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər.
Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər:
Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16)
O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar.