Məhi sözü azərbaycan dilində

Məhi

Yazılış

  • Məhi • 81.0345%
  • məhi • 15.5172%
  • MƏHi • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. == Həyatı == Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Məhinbanu Sultan
Məhinbanu sultan (tam titulu: Banui Dövran Bilqüszamani, Nəvvab'i-Naibəyi-Səfəviyyə Məhinbanu sultan Səfəvi; 1519, Təbriz – 20 yanvar 1562, Qəzvin) — Səfəvi Sultanı, Şah I İsmayılın və Şah Sultanın qızı. == Həyatı == Məhinbanu sultan Şah I İsmayıl ilə Taclı bəyim sultanın qızı idi.1516-cı ildə Təbrizdə doğulmuş, sərt saray təlim, tərbiyəsi almışdı. Ömrünün ilk çağları dövlət dərin mənəvi böhran keçirirdi. Mərhum atası Şah I İsmayıl qəfil ölümü vəziyyəti daha da gərginləşdirmişdi. Anası Taclı bəyim sayəsində qardaşı I Təhmasib taxta keçmiş, feodalların dövlətə laqeydliyi artmışdı. Lakin anasının güclü idarəsi sayəsində dövlət yenidən əvvəlki günlərinə geri dönmüşdü. Məhinbanu Sultan gözəl bir xanım olsa da, ailə həyatı qurmamış, talibləri qəbul etməmiş, ömrünü dövlət işlərinə sərf etmişdir. == Fəaliyyəti == Ögey bacı olmasına baxmayaraq, Məhinbanu Sultan qardaşının yanında söz və məşvərət sahibi olaraq 'Naibə' vəzifəsinə qədər yüksəlmişdi (1540). Güclü iradəsi ilə tədbirli bir xanım olan Məhinbanu Sultan, əsasən, saray çəkişmələrində tərəf tutmur, qardaşının səltənətin yaxşı olması üçün əlindən gələni edirdi. Müxtəlif müharibələrdə ona fikir və tövsiyələrini bildirdi.
Məhisti Qadınəfəndi
Məhisti Qadınəfəndi (osman. مہستی خانم; (27 yanvar 1892, Adapazarı – 1964, London) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin dördüncü xanımı. == Həyatı == Məhisti xanım 1896-cı ildə Sakaryada dünyaya gəlmişdir. Atası Hacımaf bəy Akalsba əslən abxaz idi. Anasının adı isə Safiyə xanım idi. Özündən başqa Kamil bəy (ö. 1963) və Fevzi bəy adlı iki qardaşı, Zahidə, Ayşə Mihridil (ö. 1969) və Mihrivəfa adlı 3 bacısı vardı. 16 aprel 1912-ci ildə Əbdülməcid Əfəndinin dördüncü xanımı olaraq Osmanlı sarayına alındı. Cütlüyün yeganə övladı olan Dürrüşəhvar Sultan 26 yanvar 1914-cü ildə Çamlıcada dünyaya gəldi.
Məhiş bəy Səfərov
Məhiş bəy Səfərov — Almaniyada ali təhsil almış ziyalı, ADR-nın xaricə göndərdiyi tələbələrdən biri. == Həyatı == Məhiş bəy Məşədi Hacı oğlu 21 dekabr 1896-cu ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Şəhər real məktəbini bitirmişdi. Sonra Almaniyaya oxumağa göndərilmişdi. Məhiş bəy orda təhsilini tamamlayandan sonra vətənə qayıtmayıb. Məhiş bəyin Ələkbər bəy adlı oğlu var. == Mənbə == Ənvər Çingizoğlu, Səfərovlar, "Soy" dərgisi, 2 (7), 2007. səh.52–59.
Məhiş Əhmədov
Məhiş Əhmədov (Əhmədov Məhiş Alış oğlu; 28 noyabr 1945) — Şöhrət ordenli azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Məhiş Əhmədov 28 noyabr 1945-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1951-1961-ci illərdə orta təhsil alıb. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Xalq təsərrüfatının planlaşdırılması ixtisasına daxil olub, 1969-cu ildə məzun olmuşdur. 1974-cü ildə "Elmi-texniki tərəqqi və ictimai istehsalın material tutumu" elmi işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsin almışdır. 2005-ci ildə "Qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşmasının nəzəri problemləri" elmi işini müdafiə edərək iqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 26 sentyabr 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı verilmişdir. 24 sentyabr 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Məhiş Əhmədov əmək fəaliyyətinə 1963-cü ildə Azərayaqqabı ticarət idarəsində başlamışdır. 1968-ci ildən 1970-ci ilə kimi AMEA-nın Coğrafiya İnstitutunda laborant, mühəndis, kiçik elmi kimi fəaliyyət göstərmişdir.

məhi sözünün leksik mənası və izahı

"məhi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhi nədir? #məhi sözünün mənası #məhi nə deməkdir? #məhi sözünün izahı #məhi sözünün yazılışı #məhi necə yazılır? #məhi sözünün düzgün yazılışı #məhi leksik mənası #məhi sözünün sinonimi #məhi sözünün yaxın mənalı sözlər #məhi sözünün əks mənası #məhi sözünün etimologiyası #məhi sözünün orfoqrafiyası #məhi rusca #məhi inglisça #məhi fransızca #məhi sözünün istifadəsi #sözlük