məsi sözü azərbaycan dilində

məsi

Yazılış

  • məsi • 93.2153%
  • Məsi • 6.7847%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anatoli Məsimov
Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu. == Həyatı == Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub. 1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır.2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür.17-20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür.7-9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.. 3 qat Azərbaycan çempionu və bir çox beynəlxlaq turnirlərin qalibidir. Hal-hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası == Həyatı == Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
Baba Məsimov
Baba Vəziroğlu (tam adı: Məsimov Baba Vəzir oğlu; 10 yanvar 1954, Mollaisaqlı, İsmayıllı rayonu) — nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005). == Həyatı == Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971–1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979–1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991).Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, № 8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Gülnar Məsimli
Məsimli Gülnar Mayis qızı (20 yanvar 1980, Vartaşen) — azərbaycanlı jurnalist. == Həyatı == Gülnar Məsimli 1980-ci il yanvarın 20-də Oğuzda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr (2003-cü il) və magistratura (2005-ci il) pillələrini bitirib. "İnternyus Azərbaycan" İctimai Birliyində müxbir, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Azərbaycan İnternet Forumunda mətbuat katibi vəzifələrində çalışıb. "Ailə həkimi" jurnalının layihə rəhbəri və baş redaktoru olub. "Discovery Azerbaijan" jurnalının qurucularındandır. Bu nəşrin baş redaktor müavini olub. Hazırda "Naşir" jurnalının baş redaktoru kimi fəaliyyət göstərir."Media forum" saytında publisistik yazılarla çıxış edir. Ailəlidir, iki övladı var.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Müqəddəs Xilaskar İsa Məsih kafedralı (Şuşa)
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. == Tarixi == Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Məsiağa Məhəmmədi
Məsiağa Əhməd oğlu Məhəmmədi (1 may 1963, Əli-Bayramlı) — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir. 1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir. 2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur. == Fəaliyyəti == 1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Məsih
Məsih — Bəzi dini qruplar tərəfindən gözlənilən xilaskar. == Xristianlığa görə == Bəlkə də, dünyada ən çox kimliyi mübahisə doğuran tək Şəxs İsa Məsihdir, amma xristianlar üçün Onun tam Şəxsiyyəti müqəddəs İncildə ətraflı şəkildə açıqlanır. Onun kimliyi haqqında şübhəyə düşənlər Həqiqi İlahi Qaynağa — İncilə iman etməyənlərdir. === İsa, Məsihdir === İsa, gələcəyi əsrlər öncədən peyğəmbərlər tərəfindən bildirilən, Allahın vədinə əsasən dünyaya gələn, məzlumları yüksəldən, hökmdarları taxtlarından endirən, sevgi və mərhəmət Abidəsi, Məsih, Xilaskar və Allahın Oğludur. Hələ ilk insanlar olan Adəmlə Həvvaya cənnət bağçasında Onun gələcəyini öncədən bildirən Allah, bəşər tarixi boyunca bir-birinin ardınca göndərilən peyğəmbərlər vasitəsilə Onu müjdələmişdir. Müqəddəs İncildə İsanın yer üzünə gəlməsi və bunun səbəbləri təfsilatı ilə qeyd edilir. Aşağıdakı bu ayə Onun Kimliyini açıq şəkildə ifadə edən ayələrdən biridir: "Əzəldən Kəlam mövcuddur. Kəlam Allahda idi və Kəlam Özü Allah idi. O, əzəldən Allahda idi. Yaradılan hər şey Onunla yarandı, heç bir şey Onsuz yaranmadı.
Məsih (III hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...”Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (II hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...”Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Məsih (I hissə)
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın birinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissə Məsih haqında vəhy və Yesayanın onun bakirədən doğulması haqqında təsviri ilə başlayır. Çobanların müjdələnməsindən sonra Məsihin doğulması və onun dünyada vəzifəsi, bu vaxta kimi Yesayanın sözləri əsasında qəbul edilir ki, bu oratoriyada həmin İncilə əsaslanan yeganə hissəsidir. Oratoriyanın ikinci hissəsində Məsihin fəaliyyəti, ölümü, dirilməsi, yüksəlməsi və İncilin yayılması təsvir edilir. Üçüncü hissədə Pavelin Məsihin ölümü və dirilməsinin Cənnətdə necə öyülməsini öyrətməsi təsvir edilir. Məsih oratoriyasının birinci hissəsi daha çox "Milad hissəsi" adı ilə tanınır və tez-tez Milad bayramı mərasimlərində tez-tez ifa olunur. == Məsih oratoriyası == Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...”Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: === Struktur və qavram === Oratoriyanın strukturu liturgik il təqviminə uyğun qurulmuşdur: Birinci hissə Müjdə, Milad və Məsihin həyatı; İkinci hissə Böyük Pəhriz, Pasxa, Yüksəliş və Pentekros; Üçüncü hissə Kilsə ilinin başa çatması və yeni ilin başlanması ilə üst-üstə düşür.
Məsih (dəqiqləşdirmə)
Məsih (Hendel)
Məsih (serial, 2020)
Məsih (ing. Messiah) — ABŞ internet-televiziya serialı. Birinci mövsüm, 2020-ci ilin yanvar ayında Netflix-də verilmişdir. Ümumilikdə 10 bölümdən ibarətdir. Netflix 26 mart 2020-ci ildə birinci mövsümdən sonra serialı ləğv etdi. == Məzmun == Serial, ilk əvvəl Orta Şərqdə meydana gələn və izləyicilərinə İsa Peyğəmbərin (İslam dinli İsa Peyğəmbər) esxatoloji qayıdışı olduğunu iddia edən bir adama müasir dünyanın reaksiyasına əsaslanır. Birdən-birə meydana gəlməsi və görünən möcüzələri, CIA işçisi tərəfindən araşdırılan adam, əslində kim olduğu mövzusunda şübhələr yaradaraq beynəlxalq izləyici topladı.
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür.Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur. 1480-ci ildə Rodos adasının fəth edilməsi ilə vəzifələndirilmiş, ancaq bu hücum uğursuz olduğu üçün vəzirlikdən alınıb Gəliboluya sürgün edilmişdir.1482-ci ilin may ayında dövrün sədrəzəmi olan İshaq Paşanın vasitəsilə yenidən vəzir seçildi.
Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) – Mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. == Həyatı == Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Məsihin dirilməsi
Məsihin Dirilməsi (1499–1502), həmçinin Kinnaird Dirilməsi (rəsmin keçmiş sahibi Lord Kinnaird adı ilə) İtaliyanın Yüksək İntibah dövrü ustası Rafael Santinin ağac üzərində yağlı boya ilə çəkdiyi rəsmdir. Əsər rəssamın 1499–1502-ci illər arasında çəkilmiş ən qədim rəsmlərindən biridir. O, ehtimal olunur ki, naməlum predellanın bir hissəsidir, lakin belə bir fikir irəli sürülür ki, rəsm Rafaelin ilk qeydə alınmış əsərlərindən olan (1789-cu ildə zəlzələdə ciddi zədələnmiş, hissələri hazırda Avropa muzeylərindədir) Baronçi altarının qalan artefaktlarından biri ola bilər. Rəsm indi San Paulo İncəsənət Muzeyindədir. Kinnaird Dirilişi, ustası Pietro Peruqinonun incə poetik üslubundan fərqli olaraq, onun təbii dramatik kompozisiya üslubunun artıq açıq-aydın olduğu Rafaelin qorunub saxlanmış ilk əsərlərindən biridir. Olduqca rasional kompozisiyaya səhnənin bütün elementlərini birləşdirən və ona qəribə animasiya ritmi verən mürəkkəb ideal həndəsə rəhbərlik edir, personajları ümumi qəhrəmanlara unikal "Xoreoqrafiya"ya çevirir. Rəsm Pinturikkio və Melozzo da Forlidən estetik təsirə malikdir, baxmayaraq ki, əsərin məkan orkestri, hərəkətə meylliliyi ilə Rafaelin 16-cı əsrin Florensiyalı bədii mühiti haqqında biliklərini göstərir.Əsər 1954-cü ildə San Paulo İncəsənət Muzeyi tərəfindən alınıb. Muzeyin keçmiş direktoru Pietro Mariya Bardi, Romadakı Studio D'Arte Palma-dakı əməkdaşı Mario Modestininin tövsiyəsi ilə, Kinnaird Dirilişini Rafaelin əsərlərinə əlavə etmək məsuliyyətini öz üzərinə götürdü və beləliklə kompozisiya üçün iki hazırlıq işinin mövcudluğuna əsaslanaraq, onun müəllifliyi ilə bağlı qızğın müzakirələr başlayır. Bu gün Rafaelə istinad ekspertlər tərəfindən demək olar ki, yekdilliklə qəbul edilir. Bu, hazırda Cənub yarımkürəsində həmin rəssamın yeganə əsəridir.
Məsihin dirilməsi (Rafael)
Məsihin Dirilməsi (1499–1502), həmçinin Kinnaird Dirilməsi (rəsmin keçmiş sahibi Lord Kinnaird adı ilə) İtaliyanın Yüksək İntibah dövrü ustası Rafael Santinin ağac üzərində yağlı boya ilə çəkdiyi rəsmdir. Əsər rəssamın 1499–1502-ci illər arasında çəkilmiş ən qədim rəsmlərindən biridir. O, ehtimal olunur ki, naməlum predellanın bir hissəsidir, lakin belə bir fikir irəli sürülür ki, rəsm Rafaelin ilk qeydə alınmış əsərlərindən olan (1789-cu ildə zəlzələdə ciddi zədələnmiş, hissələri hazırda Avropa muzeylərindədir) Baronçi altarının qalan artefaktlarından biri ola bilər. Rəsm indi San Paulo İncəsənət Muzeyindədir. Kinnaird Dirilişi, ustası Pietro Peruqinonun incə poetik üslubundan fərqli olaraq, onun təbii dramatik kompozisiya üslubunun artıq açıq-aydın olduğu Rafaelin qorunub saxlanmış ilk əsərlərindən biridir. Olduqca rasional kompozisiyaya səhnənin bütün elementlərini birləşdirən və ona qəribə animasiya ritmi verən mürəkkəb ideal həndəsə rəhbərlik edir, personajları ümumi qəhrəmanlara unikal "Xoreoqrafiya"ya çevirir. Rəsm Pinturikkio və Melozzo da Forlidən estetik təsirə malikdir, baxmayaraq ki, əsərin məkan orkestri, hərəkətə meylliliyi ilə Rafaelin 16-cı əsrin Florensiyalı bədii mühiti haqqında biliklərini göstərir.Əsər 1954-cü ildə San Paulo İncəsənət Muzeyi tərəfindən alınıb. Muzeyin keçmiş direktoru Pietro Mariya Bardi, Romadakı Studio D'Arte Palma-dakı əməkdaşı Mario Modestininin tövsiyəsi ilə, Kinnaird Dirilişini Rafaelin əsərlərinə əlavə etmək məsuliyyətini öz üzərinə götürdü və beləliklə kompozisiya üçün iki hazırlıq işinin mövcudluğuna əsaslanaraq, onun müəllifliyi ilə bağlı qızğın müzakirələr başlayır. Bu gün Rafaelə istinad ekspertlər tərəfindən demək olar ki, yekdilliklə qəbul edilir. Bu, hazırda Cənub yarımkürəsində həmin rəssamın yeganə əsəridir.
Məsim Cəfərov
Cəfərov Məsim Cəfər oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 25 may 1955-ci ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur.O, 1992-ci ildə könüllü olaraq Göygöl rayonunun Dozular batalyonuna yollanmış və 815 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. Cəfərov Məsim Cəfər oğlu 4 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq Pənahlılar kənd orta məktəbi Məsim Cəfərovun adını dayışır.
Məsimli
Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == 1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır. == Toponimi == Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər.
Məsimlər
Məsimlər — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı təhrifə uğra­mışdır. Əslində, Məsimalılar olmalıdır. Yerli məlumata görə, kəndin əsa­sını Məsimalı adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonim "Məsimalıya məxsus, Məsimalı ailəsinə məxsus" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsilə­sinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Məsiri
Məsiri- İranın Fars ostanının şəhərlərindən və Rüstəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,365 nəfər və 1,178 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elinin rüstəm oymağından ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Məşədi Məsih Qarabaği
Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı — (1780, Şuşa), divanbəyi, vəkil. == Həyatı == Məsih Hacı İmamqulu oğlu 1780-ci ildə Şuşa şəhərində doğululmuşdu. (Bəzi mənbələrdə onun 1760-cı ildə doğulduğu yazılır ki, ağlabatan deyil). Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, Mehdiqulu xanın divanxanasında çalışmışdı. Rus üsul-idarəsi dönəmində əyalət məhkəməsində işləmişdi. Divanbəyi adlanırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Sənəd: 1838-ci il martın 2-də çərşənbə günü iştirakçılar Qarabağ əyalət məhkəməsinə gəldilər. Qarabağ komitəsi və məhkəmə sədri vəzifəsini yerinə yetirən mayor, knyaz Baratov idi.
Qurban Məsimli
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971, Şəki) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən).27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" mükafatı laureatı-2019 Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019). == Həyatı == Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir. 1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısı olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.09 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 3.94
2004 •• 0.34
2007 •••••• 1.06
2008 ••••••• 1.22
2009 •••• 0.64
2010 ••••• 0.91
2011 ••••• 0.86
2012 0.17
2013 •• 0.29
2014 ••••• 0.86
2015 •••••••••••• 2.21
2016 ••••••• 1.21
2017 •••••• 1.14
2018 ••••••• 1.35
2019 •••••••••••••• 2.64
2020 •••••••••• 1.86

"məsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məsi nədir? #məsi sözünün mənası #məsi nə deməkdir? #məsi sözünün izahı #məsi sözünün yazılışı #məsi necə yazılır? #məsi sözünün düzgün yazılışı #məsi leksik mənası #məsi sözünün sinonimi #məsi sözünün yaxın mənalı sözlər #məsi sözünün əks mənası #məsi sözünün etimologiyası #məsi sözünün orfoqrafiyası #məsi rusca #məsi inglisça #məsi fransızca #məsi sözünün istifadəsi #sözlük