musi sözü azərbaycan dilində

musi

Yazılış

  • musi • 57.1429%
  • Musi • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan musiqisi
Gürcüstan musiqisi — Gürcüstan mədəniyyətinin bir qolu olub, Gürcüstan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı gürcüstanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Musiqi alətlərinin müşayiəti olmadan oxunan çoxsəsli – polifonik gürcü ifa tərzinin təxminən 3000 il yaşı vardır. Demək olar ki, bütün gürcü nəğmələrinin ifası üç hissəyə bölünür: yüksək; orta; alçaq. Orta hissəyə melodiya daxildir, alçaq ifa basdır ki, harmoniyanı melodiyadakı kiçik dəyişikliklərlə qoruyub saxlayır, yüksək ifa isə müxtəlif modulyasiyalarla və melodik variasiyalarla dolu ən gözəl ifadır. Kişilər və qadınlar ənənəvi olaraq bir-birindən ayrı oxuyurlar və onların xüsusi repertuarları olur. Kişilərin repertuarı daha təntənəlidir, qadın nəğmələri arasında isə çoxsaylı laylalar və hətta şəfaverici mahnılar da vardır. Son illərdə YUNESKO gürcü polifoniyasının dünyanın qeyri-maddi irsi elan olunması barədə təklif vermişdir. Tbilisi konservatoriyası gözəl klassik musiqi ifaçıları hazırlayan tədris müəssisəsi kimi şöhrət qazanmışdır. Həmin ifaçılar arasında pianoçular Aleksandr Toradze və Eliso Virsaladze, skripkaçı Leana İsakadzeni, bas Paata Burçuladze, müğənni Nani Breqvadze, pianoçu və musiqi müəllimi Manana Doycaşvili daha çox seçilir. Bundan başqa, Gürcüstanda milli simfonik orkestr fəaliyyət göstərir.
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Gəncə Musiqi Kolleci
Gəncə Musiqi Kolleci (əvvəlki adı: Gəncə Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı: Musiqi müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Gəncə Musiqi Texnikumu
Gəncə Musiqi Kolleci (əvvəlki adı: Gəncə Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı: Musiqi müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Azkaban Məhbusu (film musiqisi)
“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir. Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. == Kompozisiyaların siyahısı == == Kompozisiya detalları == === Double Trouble === Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü. Mövzunun mətni Şekspirin “Maqbet” əsərindən götürülmüşdür. Musiqi London Oratoriya Məktəbi tərəfindən ifa olunmuşdur.
Harri Potter və Fəlsəfə Daşı (film musiqisi)
"Harri Potter və Fəlsəfə Daşı" (ABŞ, Hindistan və Pakistanda "Harri Potter və Sehrbaz Daşı") film musiqisi albomu 30 oktyabr 2001-ci ildə satışa çıxarılmışdır. == Musiqi == Film musiqisi Con Vilyams tərəfindən yazılmış və səsyazma zamanı orkestra rəhbərliyi də bəstəkar özü etmişdir. Con Vilyams tərəfindən bəstələnmiş musiqi, 74-cü Oskar Mükafatlarının təqdim edilməsi mərasimində Ən Yaxşı Orijinal Film Musiqisi Nominasiyasında mükafata namizəd göstərilmişdir. Film musiqisinə bir çox xarakterlərə xas mövzular (leytmotiv) daxildir ki, onların da bəzilər sonrakı filmlərdə də, xüsusilə "Sirrli otaq" filmində istifadə olunmuşdur. Həmin mövzulara iki Voldemort mövzusu, iki Hoqvarts mövzusu, Çəp xiyaban mövzusu, Qviddiç mövzusu, uçuş mövzusu, dostluq mövzusu və filmin əsas mövzusu ("Hedwig's Theme") daxildir. Əsas mövzu Harri Potter filmlər seriyasına daxil olan bütün filmlərdə, demək olar ki, dəyişilməz şəkildə istifadə edilmişdir. 14 dekabr 2001-ci ildə film musiqisi albomu "Canadian Recording Industry Association" tərəfindən qızıl sertifikata (50.000 satış göstəricisi ilə) layiq görülmüşdür. "Recording Industry Association of Japan" da albomu qızıl sertifikata (100.000 satış göstəricisi ilə) layiq görmüşdür. Film musiqisi Londondakı "Air Lyndhurst Studios" və "Abbey Road Studios"da yazılmışdır. Billboard 200 hit-paradında 48-ci yerdın daxil olan albom "Top Soundtracks Chart"da ikinci yerə kimi yüksələ bilmişdir.
Harun Təkin (musiqiçi)
Harun Təkin (28 iyun 1977, Ankara) məşhur Türkiyə müğənnisi. Mor və Ötəsi qrupun solistidir.
Hate (musiqi qrupu)
Hate — 1990-cı ildə Varşavada gitaraçı və vokalist Adam The First Sinner, gitaraçı Qack və barabançı Mittloff tərəfindən yaradılmış Polşa metal musiqi qrupu. == Haqqında == 1990-1995-ci illərdə qrup 3 demo albomu buraxmışdır: "Aborrence" (1992), "Evil Art" (1994) və "Unwritten Law" (1995). 1996-cı ildə Hate "Novum Vox Mortiis" albom şirkəti ilə müqavilə imzalayaraq ilk iki studiya albomunu - "Daemon Qui Fecit Terram" (1996) və "Lord Is Avenger" (1997) albomlarını çıxartmışdır. Hate qrupu həmyerliləri Behemoth qrupu ilə birgə dünyanın ən məşhur blək/det metal qruplarından hesab edilir. 2013-ci il aprelin 6-da Hate qrupunun bas gitaraçısı Slawek "Mortifier" Arkhangelsky vəfat etmişdir.
Hind musiqi alətləri
== Tarixi == Hind musiqi alətlərinə dair ən qədim materiallar, möhür və [[piktoqramlar üzərində simli, zərb musiqi alətlərinə bənzər təsvirlər, quş səsi çıxaran alətlər Hind vadisində aparılmış arxeoloji qazıntılar zamanı üzə çıxarılmışdır, bu materiallar Harappa sivilizasiyasına (e.ə.III minillik) aid olunur. E.ə.II-I minilliklərdə veda dönəmində musiqi alətləri incəsənətin ümumi inkişafı əsasında daha da təkmilləşmişdir. Veda mətnlərində arfaya bənzəyən (“bana vina”, “kanda vina”, “qodha vina”), “bhumi dun lubhp” (heyvan dərisi ilə örtülmüş) zərb musiqi alətləri (“vanaspati”, “lamqla”), fleytalar (“tunava” və s.) adları çəkilmişdir. Maqadha-Mauri imperiyası dövründə hind musiqi nəzəriyyəsinə dair bir sıra əsərlər yazılmış, musiqilər, mahnılar, musiqi alətləri qruplaşdırılmışdır. Müdrik Bharata “Natyaşastra” (e.ə.IIb.e.II əsr) əsərində “tata” (simli), “avan” (örtülmüş, baraban), “qhana” (çubuqlar, dəmir lövhələr), “suşira” (nəfəs) terminləri ilə alətlərin təsnifatını aparmışdır, “vadhya” sözü isə bütün musiqi alətlərini ifadə etmək üçün istifadə edilmişdir. Qədim traktatların və müasir materialların təhlili göstərir ki, Hindistanın musiqi alətləri əsrlər ərzində müəyyən dəyişiklərə uğramışdır. == Təsnifatı == Hindistanda musiqi alətləri (“vadya”) dörd qrupa ayrılır: “taqavadya” (simli), “suşiravadya” (nəfəs), “avanaddhavadya” (barabanlar), “qhanavadya” (zınqrovlar, dəmir lövhələr, çubuqlar və s.) aiddir. “Taqavadya” qrupuna “vina”, “sitar”, “tambur” və s., yaylı “saranqi”, “dilrubu”, “suşiravadya”ya müxtəlif tipli fleytalar, “şenai”, “nafern”, “naqasvar”, “avanaddhavadya”ya “tabla”, “pakhavac”, “mridanq” və s. aiddir. Zərb musiqi alətlərinə bənzəyən zənglər, çubuqlar və s.
Hind musiqisi
Hind musiqisi - Hindistanda məskən salmış fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin mədəniyyət və incəsənətini özündə əks etdirir. Dini inanclar bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir göstərmişdir. Qədimdə dövrlərdə olduğu kimi, müasir dövrdə də hind musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və əyləncələrlə vəhdət təşkil edir. "Sаnqitа" sözü əksər hind dillərində "musiqi" kimi bаşа düşülür, hərfi bахımdаn "hər şеyin birləşməsi və ifаdəsi" kimi tərcümə оlunur. "Hər şеy" dedikdə isə bədən, аğıl və ruh başa düşülür. Şimаli Hindistaın musiqisində “şаcаcа” və yа əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir. "Şаcаcа" tеrmini hərfi mənаdа "6 nоtdаn ibаrət sırа" mənаsını vеrir. Musiqi sırаlаmаsının əsаsı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu "sа"dаn аsılı оlur, Аvrоpа musiqisində bu "dо" qаmmаsıdır. İfаçı üçün şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn vеrdiyi tоndа qоyulа bilər. == Hind musiqisinin xüsusiyyətləri == Ölkənin müxtəlif ştatlarında məskunlaşan "pulayana", "oraon", "santal", "savara", "çençu", "bhil" və s.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Kamera musiqisi
Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir . == Tarixi == XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, qoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar. Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Kerol (film musiqisi)
“Carol: Original Motion Picture Soundtrack” 2015-ci ildə çıxrılmış eyni adlı filmin musiqi albomudur. Alboma Karter Byuruell tərəfindən yazılmış orijinal film musiqisi, həmçinin “The Clovers”, Billi Holidey, Corciya Gibbs, Les Pol və Meri Ford və Co Stafford tərəfindən ifa edilmiş mahnılar daxildir. Albom “Varèse Sarabande” leyblı tərəfindən 20 noyabr 2015-ci ildə dijital yükləmə və CD formatlarında satışa çıxarılmışdır. == İnkişaf == Byuruel filmin ssenarisini əsas çəkilişlərə başlanmamışdan əvvəl əldə etmişdi. Rejissor Todd Heyns bəstəkara Rendi Poster tərəfindən yığılmış 1950-ci illərin mahnılarından ibarət altı CD göndərmişdi. Lakin, Heynsin filmi çəkib tamamlamasına kimi Byurvell musiqi yazmağa başlamır. Əvvəlcə bəstəkar film musiqisi üçün iki solo alətdən istifadə etməyi fikirləşir və bunun iki baş qəhrəmana uyğun olacağını düşünür. Bundan sonra "Opening" adlı ilk musiqini yazır. O, qeyd edir ki, bu cür musiqinin birinci yazılması qəribə seçim idi, çünki əsas qəhrəmanlardan heç biri birinci səhnədə iştirak etmir.. Lakin, o, hiss edir ki, yazacağı musiqi filmin əhval ruhiyyəsini və görünməyən əsas qəhrəmanları izləyiciyə çatdırmalıdır.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türkiyə repçisi. == Həyatı == İstanbulda anadan olub. Ata tərəfi Bolqarıstandan, anası tərəfi isə Bosniya və Herseqovinadandır. Turizm və Otelçilik fakültəsini bitirib. O, 2006-cı il avqustun 1-də həm də rep ifaçısı olan Saqopa Kajmerlə evlənib və 2017-ci il noyabrın 20-də boşanıblar.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.
Koreya milli musiqi alətləri
Koreya milli musiqi alətləri ənənəvi milli Koreya musiqilərinin ifasında istifadə olunan alətlərdir və bir neçə növü vardır ki, onları da müxtəlif meyarlarına görə təsnif etmək olar. Təxminən 50-60-ya yaxın Koreya milli musiqi alətləri vardır. Sarayda istifadə olunan piri, deqım, danqcoq, qayaqım, qomunqo, acenq, pyonconq, pyongyonq, canqqu, cvago və s. kimi çox sayda musiqi alətləri vardır. == Musiqi alətlərinin təsnifatı == Koreyanın milli musiqi alətləri geniş simli, külək və zərb alətlərindən ibarətdir. Bir çox Koreya musiqi alətləri (xüsusən Konfutsi mərasimlərində istifadə olunanlar) Çin musiqi alətləri əsasında hazırlanmışdır. === Mənşəyi === Mənşəyinə və istifadəsinə görə Hyanggak, Dangak və Ahak'a bölünür. Musiqi aləti (雅樂器) Çin Liseyi dövründə məhkəmə musiqi istifadə bir alət idi və əsasən Goryeo King Yejong vaxtdan təntənəli musiqi istifadə edilmişdir. Carillon, bianqing, troop, teukgyeong, haqqında, əgər, mal-qara, Hoon, qızıl, şeh və quru, solidified, noego, Jingo - ox, nəzarət və kimi, vahid. Dangak (唐 樂器) Çində xalq musiqisində istifadə olunan bir alətdir və Silla-dan bəri istifadə olunur.
Mastodon (musiqi qrupu)
Mastodon — amerikan hevi-metal qrupudur. Qrup 2000-ci ildə ABŞ-nin Corciya ştatında yaranmışdır. Mastodonun musiqi tərzində vokallar və musiqi alətlərinin uğurlu iştirakı xüsusi yer tutur. Qrupun dörd üzvü də mahnılarda öz vokalları və oxuma üslubları ilə seçilirlər. Mastodon indiyə qədər altı studiya albomu, bir konsert albomu, bir DVD və ilkin dövrlərdəki materialların toplusu olan bir box set yayımlayıb. 2002-ci ildə "Remission" adlı debüt albomunu çıxardan qrup musiqi tənqidçilərindən olduqca müsbət rəylər aldı. Qrupun ikinci albomu olan "Leviathan", German Melvillin məşhur romanı olan Moby Dick'in motivləri əsasında hazırlanmışdır. Bu albom 2004-cü ildə Revolver, Kerrang! və Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Mastodon iki dəfə Qremmi mükafatına namizəd göstərilib.
Merlin Menson (musiqi qrupu)
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Metal Musiqi
Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür. Bu növün kökləri 1964–1967-ci illərdə blüz və roku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir. Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led Zeppelin və Deep Purpledur. == "Heavy metal" ifadəsinin mənşəyi == Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb. "Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi. Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir.
Milli Musiqi Günü
Azərbaycan Milli Musiqi Günü — Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən bayram. == Haqqında == Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi.
Monqolustan musiqisi
Monqolustan musiqisi — Monqolustan ərazisində formalaşmış musiqi. == Tarixi == Qədim ənənəyə malik Monqolustan musiqisi pentatonikaya əsaslanır. Mahnı, epik dastan və instrumental musiqiyə ayrılır. Mahnılar zəngin ornamentli, geniş diapazonlu, asta templi (urt duu) və sadə quruluşludur (bogino-duu). Epik dastanlar xurçi (xurçalan), uligerçi (dastançı), duu-çi (solist müğənni), xoqjimçilərin (instrumentalist) yaradıcılığında təmsil olunur. Musiqi alətləri: limba (fleyta növü), morinxur və xuçir, şanz (simli), yooçin (simbal növü) və s. Monqolustanda bir müğənninin eyni zamanda ikisəsli oxumasının xüsusi növü mövcuddur. Monqolustanda professional musiqi sənəti 1924-cü ildə Monqolustan Xalq Respublikası qurulduqdan sonra yaranmış və inkişaf etmişdir. İlk musiqili dramlar dastançıların mahnı dialoqları əsasında yazılmışdır. Bəstəkarlardan S. Qonçiksumla, B. Damdinsuren, D. Luvsanşarav, L. Murdorj və başqa kantata, opera, balet, kamera və simfonik əsərlər müəllifi kimi tanınmışlar.
Monte Kristo (musiqi qrupu)
Monte Kristo — 1980-ci illərdə populyar olan Fransanın "Sinti pop" janrında ifa edən qruplarından biridir. == Yaranma tarixi == Monte Kristo qrupu 1985-ci ildə Fransada formalaşmışdır. Mahnı heyəti Jerard Dulinski və Jan-Luk Drion (qrupun prodüseri və mahnı sözləri müəllifi) ibarətdir. Qrup üzvləri "Sinti pop" janrının layiqli davamçılarıdırlar. Həmçinin, mahnıları da çox harmonikdir. Monte Kristo qrupunun ən yaxşı mahnılarından biri "Girl of Lucifer" mahnısıdır. Mahnı Fransa hit paradında 8-ci mövqe tutmuşdur. Həmin mahnı Almaniyanın "Sinti pop" janrında ifa edən "Casablanca" adlı musiqi tərəfindən 1986-cı ildə ifa edilmişdir.
Mordoviya musiqisi
Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı. == Tarixi == Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.

musi sözünün leksik mənası və izahı

"musi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#musi nədir? #musi sözünün mənası #musi nə deməkdir? #musi sözünün izahı #musi sözünün yazılışı #musi necə yazılır? #musi sözünün düzgün yazılışı #musi leksik mənası #musi sözünün sinonimi #musi sözünün yaxın mənalı sözlər #musi sözünün əks mənası #musi sözünün etimologiyası #musi sözünün orfoqrafiyası #musi rusca #musi inglisça #musi fransızca #musi sözünün istifadəsi #sözlük