Türkiyə musiqisi
Türkiyə musiqisi — Orta Asiya xalq musiqisindən tutmuş Avropanın klassik musiqi janrlarına kimi çox musiqi janrlarını əhatə edir.
== Türkiyə çalğı alətləri ==
Türkiyə türklərinin xalq çalğı alətləri 4 qrupa bölünür :
Telli çalgılar (bağlama ailəsi çalğıları): cürə, divan, tambura, tar.
Vurmalı çalgılar: davul, darbuka, dəf, qaşıq, Balıkesir yapısı oyun qaşığı.
Üflemeli çalgılar: kaval, mey, zurna, sipsi, tulum.
Yaylı çalgılar: kamança, kabak kəmanə, dırnaq kəmanə
== Musiqi janrları ==
Azərbaycan musiqisi ilə müqaisədə, Türkiyə musiqisində simfonik makam, makam-cazz janrları yoxdur, milli opera və baletləri nisbətən azdır.
=== Türk xalq musiqisi ===
Türk xalq musiqisində 3 cür türkü ayırd edilir :
qırıq hava: Bar, Horon, Bengi, Zeybek və s.
Azərbaycan türküləri
Qara dəniz türküləri
Teke zortlatması
Rumeli türküleri
Zeybek türküleri
orta hava qırıq və uzun hava ritmləri qarışığıdır, : Divan, Gazel, Müstezad və s.
uzun hava bəlli bir ritmdə olmur və sərbəst söylənilir, buna aiddir: Maya, Hoyrat, Bozlak, Gurbet havası, Divan, Yol havası, Düz maya və.
Barak (Barak türkmənlərinə özgüdür)
Bozlak (Avşar türkmənlərinin yaşadığı İç və Güney Anadoluda)
Yol havaları (Qara dəniz regionu)
Hoyratlar (Doğu və Güneydoğu Anadolu, Kərkük)
Qürbət havaları (Teke yörəsinə özgü).
Türkiyədə bir neçə Türk xalq musiqisi xorları fəaliyyət göstərir :
Ankara Devlet Türk Halk Müziği Korosu (1986)
İstanbul Devlet Türk Halk Müziği Korosu (2008)
Sivas Devlet Türk Halk Müziği Korosu (1990)
Şanlıurfa Devlet Türk Halk Müziği Korosu (1990)
==== Rəqs musiqisi ====
Rəqslər bir neçə qrupa bölünür :
Mərasim rəqsləri
İnancla bağlı rəqslər
Qadın rəqsləri
Kişi rəqsləri
==== Ninnilər (laylalar) ====
Türkiyənin əski çağlardan gəlib çıxan ucsuz-bucaqsız layla zənginliyi var.