Musiqidə eskresionizm
Musiqidə ekspresionizm
Ekspressionizm fransız sözü olan “expressionnisme”dən götürülmüş, tərcümədə “ifadə” mənasını verir. XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyandır. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi meydana gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı.
Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı.
Poeziyada ekspressionizm (İ. Bexer, F. Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıq aludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. Frans Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur.
Cərəyan məşhur dramaturqlar V. Hazenklever, G. Kayzer, K. Şternheym, E. Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir.
Müxtəlif musiqişunaslar ekspressionizmi son dövr Maler simfoniyası, erkən dövr Bartekin yaradıcılığı, Ştrausun bəzi işlərini ekspressionizm kimi təsvir etmişdilər.