* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Diqqətlə baxma, nəzər yetirmə, seyr etmə. □ Müşahidə etmək (eləmək) – 1) diqqətlə baxmaq, göz qoymaq, seyr etmək. Səidə xanım otağının açıq pəncərəsindən bizi müşahidə eləyirmiş. M.Hüseyn; 2) görmək, hiss etmək. [Yaşlı kişi:] Bir neçə saat əvvəl ürəyi xarab olan zaman mən onda qəribə bir hal müşahidə etdim. S.Hüseyn. …Kərəmzadə [Səlimin] zəif damarını yamanca dəqiqliklə müşahidə eləmişdi. B.Bayramov. 2. Diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə. Heyvanların həyatı üzərində aparılan müşahidələr. – Zoologiya dərslərində əməli iş və laboratoriya məşğələləri, təcrübə, müşahidə və mikroskopla işləmək çox mühüm yer tutur. C.Cəbrayılbəyli. Ziynət analığını işığa saldı, müşahidəsini yazdı. B.Bayramov. □ Müşahidə aparmaq – müntəzəm göz qoymaqla, diqqət yetirməklə öyrənmək, tədqiq etmək, araşdırmaq. [Kamil] qayığı saxlatdırıb xırda ada və daşlarda müşahidə aparır, fotoaparatla şəkil çəkirdi. M.Süleymanov. 3. Nəzarət etmə, göz qoyma, izləmə. □ Müşahidə məntəqəsi – düşməni izləmək üçün xüsusi təchiz olunmuş gizli yer. …Mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Müşahidə məntəqəsində növbədə durduğum birinci dəfə deyildir. Y.Əzimzadə. 4. məc. Müşahidə və təcrübə nəticəsində hasil olan dünyagörüşü. Geniş müşahidəyə malik yazıçı.
Azərbaycan dilinin izahlı lüğəti / müşahidə3 Məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması
Terminlər lüğəti / müşahidə4 \ – bir obyekt, yaxud bir hadisənin xüsusiyyətlərini bilmək şərtilə diqqətli və planlı olaraq araşdırılıb tədqiq edilməsi. Müşahidə əslində bütün empirik eılmlərin ilkin şərtidir. Lakin, bu o demək deyildir ki, tənqid edilmdən keçərli olmaz, çünki ən dəqiq müşahidələr belə nöqsansız, xətasız olmaz.
Fəlsəfə terminlərinin izahlı lüğəti / müşahidə5 1) empirik tədqiqatın əsas formalarından biri. Təcrübi məlumatların bilavasitə qazanılması yoludur. Müşahidə vasitəsilə gerçəkliyin cisim və hadisələri məqsədli, mütəşəkkil və sistemli şəkildə qavranılır; 2) psixologiyada – cisim və hadisələrin planlı və məqsədəuyğun surətdə qavranılması.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / müşahidə2 I сущ. 1. наблюдение: 1) внимательное рассмотрение кого-л., чего-л. Arasıkəsilməyən müşahidə непрерывное наблюдение, müşahidə nəticəsində в результате наблюдений; müşahidə yolu ilə путём наблюдения 2) вывод, результат, полученный в процессе изучения, исследования. Meteoroloji müşahidələr метеорологические наблюдения, iqtisadi müşahidələr экономические наблюдения, alimlərin müşahidələrinə görə по наблюдениям учёных 2. псих. филос. созерцание (начальная чувственная ступень познания, состоящая из ощущений и восприятий). Canlı müşahidə живое созерцание, dərin müşahidə глубокое созерцание 3. обсервация (наблюдение с судна над береговыми предметами или небесными светилами); müşahidə məsafəsi дальность наблюдения, müşahidə üsulu метод наблюдения II прил. 1. наблюдательный. Müşahidə məntəqəsi наблюдательный пункт, müşahidə qülləsi наблюдательная башня, müşahidə quyusu гидрогеол. наблюдательная скважина 2. обсервационный 3. подзорный. Müşahidə borusu подзорная труба (оптический прибор для рассматривания предметов на далёком расстоянии); müşahidə etmək наблюдать, вести наблюдение; müşahidə olunmaq наблюдаться; müşahidəsi altında kimin под наблюдением чьим; müşahidə aparmaq вести наблюдение
Azərbaycanca-rusca lüğət / müşahidə1 I. i. 1. observation; 2. (nəzarət) supervision, control; ~ altında olmaq to be* under observation (by); ~ altına almaq to put* under observation (d.); ~ etmək 1) to observe (d.); d.d. to keep* one’s eye on; 2) (nəzarət mənasında) to supervise (d.), to control (d.) II. s.: ~ məntəqəsi observation post
Azərbaycanca-ingiliscə lüğət / müşahidə1 is. observation f ; contemplation f ; contrôle m ; surveillance f ; ~ etmək observer vt ; ~ altında olmaq être sous la surveillance, être sous le contrôle ; hərb. ~ məntəqəsi observatoire m
Azərbaycanca-fransızca lüğət / müşahidə1 [ər.] сущ. 1. (дикъетдивди) килигун, тамашун, вил вегьин, сер авун; müşahidə etmək (eləmək) а) кил. müşahidə 1); б) акун, виливди акун, гьисс авун; 2. дикъетдивди килигна, вил эцигна жугъурун, чирун, тадкъикъат тухун; müşahidə aparmaq кил. müşahidə 2); 3. назарат авун, вил алаз хьун, вил алуд тавун, хуьн (вилеривди); müşahidə məntəqəsi душман хуьн патал чинеба чка, пункт; 4. пер. дикъетдивди килигунин, тежрибадин нетижада гьасил хьайи дуьньякьатӀунар.
Azərbaycanca-ləzgicə lüğəti / müşahidə