müsabiqə sözü azərbaycan dilində

müsabiqə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müsabiqə • 78.1965%
  • Müsabiqə • 21.7657%
  • MÜSABİQƏ • 0.0378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müsabiqə
Müsabiqə (lat. concursus) — bir neçə nəfərin və ya komandanın incəsənətdə, elmdə, idmanda, gözəllik yarışmasında birincilik əldə etmək üçün rəqabətli yarışı. Müsabiqə bir neçə mərhələdə keçə bilər — seçmə, əsas və final. == Müsabiqə yarışmaları == Ali məktəbəblərə daxil olmaq üçün müsabiqə. İncəsənət yarışması. Layihə müsabiqəsi. Tender müsabiqəsi.
Hollandiya 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə. == Tarixi == Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. == Məqsəd == Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. == İştirakçıları == Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8 sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır. 2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir. 1-ci yer : -Məhəmməd Fətullayev Rafis Oğlu -Maksimal bal=120 -Topladığı bal=30 == Təşkilatçılar == Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur. Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur. Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Latviya Avroviziya Mahnı Müsabiqəsində
Latviya Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Latviya Avroviziyaya qoşulan dördüncü (Estoniya, Litva və Rusiyadan sonra) Postsovet respublikası olmuşdur. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə 2002-ci ildə Mariya N-in ifa etdiyi "I Wanna" mahnısı ilə qələbə qazanmışdır. Latviya eyni zamanda müsabiqədə qısa zaman ərzində 4 dəfə sonuncu yerdə qərarlaşmışdır. Latviya 2009-cu ildən 2014-cü ilədək Avroviziyada final mərhələsinə adlaya bilməmişdir. Altı ildən sonra ilk dəfə 2015-ci ildə ölkə təmsilçisi Aminata Savadoqo ifa etdiyi "Love Injected" mahnısı ilə Latviyanı finala yüksəltməyə nail olmuşdur. Latviyanın Avroviziyadakı 20 mahnısından 17-si ingilis dilində, biri latış, biri rus, biri isə italyan dilində səsləndirilmişdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Litva Avroviziya Mahnı Müsabiqəsində
Litva Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədəki ilk təmsilçisi Ovidiyus Vışnyauskas litva dilində ifa etdiyi "Lopšinė mylimai" mahnısı ilə heç bir ölkədən səs almayaraq, sonuncu yerdə qərarlaşmışdır. Məyusedici nəticənin ardınca Litva 1999-cu ilədək Avroviziyada iştirak etməmişdir. Bundan başqa ölkə göstərdiyi zəif nəticələrə görə 2000 və 2003-cü illərdə müsabiqədən kənarlaşdırılmışdır. Litva Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2006-cı ildə LT United qrupunun ifa etdiyi "We Are the Winners" mahnısı ilə tutduqları 6-cı yerdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Lixtenşteyn Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində — Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Lüksemburqu müsabiqədə bir çox ölkədən fərqli olaraq bir müğənni təmsil etmişdir. Mişel Arnaud əvvəlcə "Ne crois pas" mahnısı ilə çıxış etmişdir. Daha sonra isə "Les amants de minuit" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün mahnıların tutduqları yer və topladıqları xal məlum deyil.
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 37 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən 1993-cü ilə kimi Lüksemburq yalnız bir dəfə 1959-cu ildə Avroviziyada iştirak etməmişdir. Lüksemburq Avroviziyada beş dəfə qələbə qazanmışdır. Ölkə müsabiqədə ilk dəfə 1961-ci ildə Jan-Klod Paskalın ifa etdiyi "Nous les amoureux" mahnısı ilə qalib gəlmişdir. 1965-ci ildə Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə Lüksemburqa ikinci Avroviziya qələbəsini yaşatmışdır. Üçüncü dəfə ölkəni 1972-ci ildə Viki Leandros səsləndirdiyi "Après toi" mahnısı ilə qalib etmişdir. Növbəti 1973-cü ildə Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə Lüksemburqa ikinci il ard-arda qələbə sevinci yaşatmışdır. Ölkənin indiyədək olan ən son qalibiyyəti isə 1983-cü ildə Korin Hermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə olmuşdur. Lüksemburq eyni zamanda 13 dəfə Avroviziyada ilk beşlikdə yer almış və üç dəfə sonuncu yeri tutmuşdur. Ölkə 1994-cü ildə müsabiqədə iştirakdan imtina etmiş və bir daha qayıtmamışdır.
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində — Macarıstannı 2009 Avroviziya Mahnı Müsabiqəsində Zoli Adok "Dance with Me mahnısı ilə təmsil etmişdir.
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində, Boqqinin "Wars for Nothing"(azərb. Müharibələr boş yerə‎) adlı həzin sülh balladası ilə təmsil olunmuşdur. == Müsabiqə öncəsi == Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin, altmış illik ildönümündə, ölkəni təmsil edəcək ifaçı və mahnını, A Dal 2015 milli seçim yarışmasının sayca dördüncü buraxılışı vasitəsilə təyin etmişdir. 28 fevral 2015-ci il tarixində baş tutan final mərhələsində, tanınmış macar müğənnisi Boqqi "Wars for Nothing" mahnısı ilə bütün ifaçı namizədləri məğlub edərək, ölkəsini beynəlxalq yarışmada təmsil etmək hüququ qazanmışdır. == Müsabiqədə == Avropa Yayım Birliyinin (EBU), 26 yanvar 2015-ci il tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, Macarıstanın, 19 may 2015-ci ildə baş tutacaq birinci yarı-finalın ikinci hissəsində mübarizə aparacağı açıqlanmışdır. Macarıstan təmsilçisi ilk yarı-finalda 67 xal toplayaraq, 8-ci sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda İspaniyadan sonra və Gürcüstandan əvvəl səhnədə 22-ci nömrə altında yer alan Boqqi, mahnısını bir daha canlı olaraq ifa etmiş və yarışmanın yekun səsvermə nəticələrinə əsasən, 19 xalla beynəlxalq müsabiqəni 20-ci sırada tamamlamışdır.
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır. Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Malta Avroviziya Mahnı Müsabiqəsində
Malta Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1971-ci ildə qoşulmuş və ümumilikdə 32 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2002 (İra Losko) və 2005-ci (Kyara) illərdə tutduqları 2-ci yerlərdir. Malta Avroviziyaya ilk qoşulduqda malta dilində səslənən mahnılarla təmsil olunmuşdur. Lakin həmin mahnıların ölkəyə çox aşağı nəticələr göstərməsi səbəbi ilə Malta 1975-ci ildən etibarən Avroviziyada ingilis dilində olan mahnılarla təmsil olunur. Malta 1976-cı ildə maliyyə problemlərini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmiş və bir daha 1991-ci ildə yenidən Avroviziyaya qatılmışdır. Maltanın 16 illik fasilədən sonra müsabiqəyə geri dönüşü ölkə üçün uğurlu olmuşdur. Belə ki, ölkə təmsilçiləri səkkiz il ard-arda ilk onluqda yer almışdır. 1991-ci ildən bəri Malta fasiləsiz olaraq hər il Avroviziyada iştirak etmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD: Yarımfinallarda verilən xallar nəzərə alınmamışdır.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində
Moldova Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2005-ci ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır. Ən yaxşı nəticələri 2017-ci ildə SunStroke Project qrupunun Kiyev səhnəsində ifa etdiyi "Hey, Mamma!" mahnısı ilə əldə etdikləri 3-cü yer olmuşdur. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Monako Avroviziya Mahnı Müsabiqəsində
Monako Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1959-cu ildə qoşulmuş və ümumilikdə 24 dəfə iştirak etmişdir. Knyazlıq ilk dəfə 1971-ci ildə Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Monakonun 1972-ci ildə müsabiqəyə ev sahibliyi etməsi gözlənilsə də, maliyyə problemləri səbəbindən knyazlıq bu fürsətdən imtina etmişdir. Monako Avroviziyada qalib gələn yeganə mikro-dövlətdir. Knyazlıq eyni zamanda müsabiqədə on dəfə ilk beşlikdə yer almış və iki dəfə də sonuncu yeri tutmuşdur. Monako maliyyə problemləri səbəbi ilə 1980-ci ildən 2003-cü ilə kimi Avroviziyada iştirak etməmişdir. Knyazlıq iyirmi beş illik fasilədən sonra 2004-cü ildə müsabiqəyə geri dönmüşdür, lakin yarımfinal mərhələsinin də tətbiq olunduğu müsabiqədə Monako üç il ard-arda heç bir nəticə əldə edə bilməmişdir. Nəticə olaraq Monako 2007-ci ildə yenidən Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monteneqro 2012 Avroviziya Mahnı Müsabiqəsində
2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. 2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər.
Monteneqro Avroviziya Mahnı Müsabiqəsində
Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur. Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 2010 və 2011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monteneqro Avroviziya Uşaq Mahnı Müsabiqəsində

müsabiqə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İştirakçıları içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış; konkurs. “Qurtuluş” jurnalı gənc yazıçılar arasında yaxşı bədii əsər müsabiqəsi elan etmişdi. Cəfər … bu müsabiqədə də iştirak edəcəkdi. M.Arif. [Cahangir Reyhana:] Mən sizin yerinizə olsaydım maketi müsabiqəyə göndərərdim. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / müsabiqə
  • 2 MÜSABİQƏ(T) ə. 1) yarışma; 2) qabaqlama, ötüb-keçmə; 3) konkurs.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müsabiqə
  • 3 ərəb. yarış 1) əmək hüququnda işçilərin boş vəzifələri xüsusi qaydada tutması; 2) mülki hüquqda dövlət, kooperativ təşkilatlar yaxud başqa ictimai təşkilatlar tərəfindən müəyyən işin ən yaxşı yerinə yetirilməsi üçün xüsusi haqq (mükafat) verilməsinin açıq vəd edilməsi; 3) yarışma, ən güclü iştirakçını aşkara çıxarmaq məqsədi ilə keçirilən yarış, ali məktəblərdə və tədqiqat müəssisələrində boş olan yerlərin tutulması üçün verilmiş elan əsasında keçirilən tədbir; 4) xarici terminologiyada və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında tender adlandırılan terminin sinonimi.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / müsabiqə

müsabiqə sözünün etimologiyası

müsabiqə sözünün sinonimləri (yaxın mənalı sözlər)

müsabiqə sözünün rus dilinə tərcüməsi

  • 1 конкурс, состязание, матч

    Azərbaycanca-rusca lüğət / müsabiqə
  • 2 I сущ. конкурс (соревнование для выявления наиболее достойных из числа его участников). Beynəlxalq müsabiqə международный конкурс, müsabiqənin qalibi победитель конкурса, müsabiqə keçirmək проводить конкурс, müsabiqədə iştirak etmək участвовать в конкурсе II прил. конкурсный (связанный с конкурсом). Müsabiqə imtahanları конкурсные экзамены, müsabiqə komissiyası конкурсная комиссия, müsabiqə əsərləri конкурсные произведения

    Azərbaycanca-rusca lüğət / müsabiqə

müsabiqə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. contest, competition; ~ elan etmək (vəzifəni tutmaq üçün) to announce / to advertise a vacancy; (ədəbi əsərlər üçün) to announce a competition; ~dən kənar hors concours II. s.: ~ imtahanları competitive examinations

    Azərbaycanca-ingiliscə lüğət / müsabiqə

müsabiqə sözünün fransız dilinə tərcüməsi

müsabiqə sözünün ləzgi dilinə tərcüməsi

müsabiqə sözünün türk dilinə tərcüməsi

"müsabiqə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsabiqə nədir? #müsabiqə sözünün mənası #müsabiqə nə deməkdir? #müsabiqə sözünün izahı #müsabiqə sözünün yazılışı #müsabiqə necə yazılır? #müsabiqə sözünün düzgün yazılışı #müsabiqə leksik mənası #müsabiqə sözünün sinonimi #müsabiqə sözünün yaxın mənalı sözlər #müsabiqə sözünün əks mənası #müsabiqə sözünün etimologiyası #müsabiqə sözünün orfoqrafiyası #müsabiqə rusca #müsabiqə inglisça #müsabiqə fransızca #müsabiqə sözünün istifadəsi #sözlük