müsabiqəsi sözü azərbaycan dilində

müsabiqəsi

Yazılış

  • müsabiqəsi • 90.6650%
  • Müsabiqəsi • 9.3206%
  • MÜSABİQƏSİ • 0.0144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə. == Tarixi == Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. == Məqsəd == Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. == İştirakçıları == Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8 sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır. 2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir. 1-ci yer : -Məhəmməd Fətullayev Rafis Oğlu -Maksimal bal=120 -Topladığı bal=30 == Təşkilatçılar == Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Bebras müsabiqəsi
İnformatika üzrə Beynəlxalq Bebras Müsabiqəsi bütün dünyada orta məktəb şagirdləri üçün hər ildə bir dəfə keçirilən informatika müsabiqəsidir. 2024-ci ildə 93 üzv ölkə və 2,5 milyondan çox tələbənin iştirak etdiyi müsabiqə kompüter elmləri üzrə dünyanın ən böyük yarışması sayılır. == Tarixi == Bebrasın ideyası ilk dəfə Litvada Vilnüs Universitetinin professoru Valentina Dagiene tərəfindən düşünülüb. Bebras Litva dilində "qunduz" deməkdir. İlk Bebras müsabiqəsi Litvada 2004-cü ildə keçirilmişdir. Daha sonra digər ölkələrdə qoşulmuşdur. Hazırda dünyanın 50-dən çox ölkəsində hər il Bebras müsabiqəsi keçirilməkdədir. == Müsabiqənin formatı == Bebras müsabiqəsi zamanı şagirdlərə 15 tapşırıq verilir. Onlar 40-45 dəqiqə ərzində bu tapşırıqları yerinə yetirməlidirlər. Tapşırıqlar hər biri 5 ədəd olmaqda “asan”, “orta” və “çətin” kateqoriyalarına bölünür.
Gözəllik müsabiqəsi
Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə iştirakçılarının şəxsi xüsusiyyətləri, zəkaları, bacarıqları və münsiflər heyətinin suallarına verdikləri cavabları da qiymətləndirmə meyarlarına daxil edilmişdir. “Gözəllik müsabiqəsi” termini çox vaxt subay qızların iştirak etdiyi milli və beynəlxalq müsabiqələri təsvir etmək üçün istifadə olunur. == Tarixi == === Qədim dövrlər === Homerin “İliada”sına görə, tarixdə məlum olan ilk gözəllik müsabiqəsi eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilmişdir. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afrodita olmuşdur. Gözəllərin hər biri Parisə onu seçməsi üçün öz təkliflərini vermişdirlər, lakin sonda Paris əlindəki almanı Afroditaya (Venera) verir. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur. === Müasir dövr === Müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada Concours de Beaute adı altında 350 namizədlə keçirilmiş və axırda 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilmişdir. İlk rəsmi və beynəlxalq müsabiqə 1908-ci il avqustun 14-də İngiltərənin Folkestone şəhərində, ilk Dünya Gözəllik Kraliçası müsabiqəsi isə 19 aprel 1951-ci ildə London festivalı çərçivəsində keçirilmişdir. == Tənqidlər == Gözəllik müsabiqələrini mənfi nöqteyi-nəzərdən tənqid edənlərin fikrincə, bu müsabiqələr gənc qızların və qadınların fiziki görünüşünə görə qiymətləndirilməli olduğu fikrini müdafiə edir.
Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya Musiqi Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya Rəqs Müsabiqəsi
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Avroviziya Xor Müsabiqəsi
Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur. == Mənşəyi == Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır. Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir. == Yarışma qaydaları == Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir.
Eurovision Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Muğam Televiziya Müsabiqəsi
Muğam Televiziya Müsabiqəsi — Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilən televiziya müsabiqəsi. == Tarixi == === I Televiziya Muğam Müsabiqəsi === İlk Televiziya Muğam Müsabiqəsi 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illiyinə həsr edilib və "Space" televiziyasında yayımlanıb. Tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Təyyar Bayramov 1-ci, İlkin Əhmədov 2-ci, Babək Niftəliyev 3-cü yerə layiq görüldülər. Onlara Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu adından diplomlar, mükafatlar, müvafiq olaraq 2000, 1500 və 1000 manatlıq çeklər təqdim olunub. === II Televiziya Muğam Müsabiqəsi === II Televiziya Muğam Müsabiqəsi 2007-ci ildə keçirilib. 3 ay davam edən müsabiqəyə bütün bölgələr təmsil olunaraq 160-a yaxın gənc qatılıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yerə Elməddin İbrahimov və Güllü Muradova layiq görülüb. İkinci yerə Ehtiram Hüseynov və Abgül Mirzəliyevə, üçüncü yerə isə Rəvanə Qurbanova (Ərəbova) və Nasir Ətapur layiq görülüb. Qaliblərin qala-konsertində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib.
Slavyan Ulduzu Müsabiqəsi
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Türkviziya Mahnı Müsabiqəsi
Türkviziya — Türkiyənin TMB telekanalı tərəfindən qurulan yeni beynəlxalq mahnı müsabiqəsi. İlk müsabiqə Türkiyənin şəhərlərindən biri olan Əskişəhərdə Anadolu Universitetində keçirilmişdir. Müsabiqəni 210 xalla Azərbaycan təmsilçisi Fərid Həsənov "Yaşa" mahnısı ilə qazanmışdır. Müsabiqənin ikincisi Tatarıstanın paytaxtı Kazan şəhərində baş tutmuş, 25 ölkə qatılmış və qalib 225 xalla Qazaxıstan təmsilçisi Janar Duqalova "Izin Körem" mahnısı ilə olmuşdur.
Yeni Fikir Müsabiqəsi
Yeni Fikir (ing. New Idea) — Azərbaycanda innovasiya və startap ekosisteminin əsas oyunçularından biri. O, 2013-cü ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini təşkil etmişdir. UNESCO-nun 2021-ci il üzrə dünya üzrə yayımlamış olduğu hesabatının Azərbaycan bölməsində Yeni Fikir müsabiqəsinə toxunulmuş və Yeni Fikirə məxsus "Smart Bridge" innovativ sahibkarlığa dəstək layihəsi yüksək qiymətləndirilmişdir. Mərkəz eyni zamanda inkubasiya və akselerasiya mərkəzi kimi fəaliyyət göstərir. === Startap müsabiqəsi === Yeni Fikir 2013-cüi ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini keçirmişdir. Bu müddət ərzində 6 dəfə keçirilən müsabiqəyə ümumilikdə 1000-ə yaxın startap layihəsi cəlb edilmişdir. === Regionlarda === Yeni Fikir, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında "Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı" çərçivəsində 100-dən çox təşəbbüskara startap yanaşması və layihə inkişafı üzrə təlimlər keçirmişdir. İştirakçılara fərdi mentorluq xidmətləri təqdim edilmiş, nəticədə 32 startap layihəsi formalaşdırılmışdır. Bu layihələrin inkişafı isə Quba və İsmayıllıda təşkil olunan bootcamp-lar vasitəsilə dəstəklənmişdir.
"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Ən yaxşı müəllim" müsabiqəsi
2013 Avroviziya Mahnı Müsabiqəsi
2013 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2013; fr. Concours Eurovision de la chanson 2013) — sayca 58-ci Avroviziya Mahnı Müsabiqəsidir. Lorinin ifa etdiyi "Euphoria" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2013-cü ildə İsveç beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü böyük şəhəri olan Malmödə, Malmö Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2013-cü ilin 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. 2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycanla siyasi problemlər səbəbindən müsabiqədə iştirak etməyən Ermənistan bir illik fasilədən sonra 2013-cü ildə Avroviziyaya geri dönmüşdür. Bosniya və Herseqovina, Portuqaliya və Slovakiya isə maliyyə problemlərini səbəb göstərərək, Malmödə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Eyni zamanda Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2013-də Danimarka təmsilçisi Emmili de Forest ifa etdiyi "Only Teardrops" adlı mahnı ilə 281 xal toplayaraq qalib gəlmişdir.
2013 Türkviziya Mahnı Müsabiqəsi
2013 Türkviziya Mahnı Müsabiqəsi — (türk. 2013 Türkvizyon Şarkı Yarışması) ilk dəfə 2013-cü ilin dekabr ayında keçiriləcək. İlk müsabiqə Türkiyənin Əskişəhər şəhərində keçiriləcək. Müsabiqədə 23 ölkə iştrak edəcək. == Keçiriləcəyi yer == Müsabiqə Türkiyənin Əskişəhər şəhərində keçiriləcək. Müsabiqənin yarımfinal mərhələsi dekabrın 17-19-da, final mərhələsi dekabrın 21-də təşkil olunacaq. == İştirakçılar == Müsabiqədə 24 ölkə iştrak edəcək.
2014 Avroviziya Mahnı Müsabiqəsi
2014 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2014; fr. Concours Eurovision de la chanson 2014) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur. 2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi. Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır.
2014 Türkviziya Mahnı Müsabiqəsi
2014 Türkviziya — əsasən Türkdilli ölkələrin qatıldığı mahnı müsabiqəsi. == Yer == "Türk Dünyasının Mədəniyyət paytaxtı" Tatarıstanın paytaxtı Qazan seçildiyi üçün ev sahibliyi və keçirilmə yeri məhz bu şəhərdədir. == Format == Müsabiqə yarımfinaldan və finaldan ibarətdir. Yarımfinalda ilk 15 ölkə final müsabiqədə iştirak etmək haqqı qazanır. Müsabiqəni qazanan ölkənin müğənnisi qızıl heykəlcik, 2-ci və 3-cü yerləri tutan müğənnilərə pul mükafatı ilə mükafatlandırır. === Yarımfinal === Yarımfinal 19 noyabr 2014-cü ildə TatNeft Arenada keçirilmişdir.
2015 Avroviziya Mahnı Müsabiqəsi
2015 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2015; fr. Concours Eurovision de la chanson 2015) — sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsidir. Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2015-ci ildə Avstriya ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində, Wiener Stadthalle arenasında, "Körpülər salaraq" (ing. "Building Bridges") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2015-ci ilin 19 və 21 may, final isə 23 may tarixində baş tutmuşdur. 10 fevral 2015-ci il tarixdə Avropa Yayım İttifaqı rəsmi olaraq 2015 Avroviziya Mahnı Müsabiqəsində 40 ölkənin iştirak edəcəyəni açıqlamışdır. 2015-ci ildə müsabiqə tarixində ilk dəfə Avstraliya Avroviziyada iştirak hüququ qazanmışdır. Okeaniya ərazisindən olan nəhəng ölkə-qitə 1983-cü ildən bəri müsabiqəni ölkə ərazisində yayımlamışdır və müsabiqə Avstraliyada böyük izləyici kütləsinə malikdir.
Avroviziya Asiya Mahnı Müsabiqəsi
Avroviziya Asiya Mahnı Müsabiqəsi (ing. Eurovision Asia Song Contest) — gələcəkdə Asiya-Sakit okean ölkələri üçün planlaşdırılıb Avroviziya Mahnı Müsabiqəsinin versiyası. == Yaradılması == 2016-cı ilin mart ayında Avropa Yayım İttifaqı ilə Avstraliyalı Special Broadcasting Service (SBS) arasında Avroviziyanın Asiya ölkələri üçün oxşar versiyasını SBS kanalda yaymağa ixtiyarını verildiyini haqqında razılaşma olduğundan bəyan olunub.
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Avroviziya Xor müsabiqəsi 2017
Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır. == İştirakçı ölkələr == Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir. == Yarışma qaydaları == Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur. Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir: Latviya – Elina Qarança (mezzo-soprano) Birləşmiş Krallıq – Con Radır (Bəstəkar) İsveçrə – Nikolas Fink (Dirijor) İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.
Slavyan Ulduzu Müsabiqəsi 2009
Slavyan Ulduzu Müsabiqəsi 2009 − onuncu dəfə keçirilən Slavyan Ulduzu Müsabiqəsi. Oryol şəhərində keçirilib. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. 24 gənc finala keçmək şansı əldə edə bilib. Azərbaycanı bu festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Onun ifası festivalın ən yüksək mükafatı olan "Qran-pri" mükafatına layiq görülüb. Festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
Üçüncü Avroviziya Rəqs Müsabiqəsi
2010 Avroviziya Rəqs Müsabiqəsi — Avropa Yayım İttifaqının qərarı ilə Azərbaycanın paytaxtı Bakıda - Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilməli olan müsabiqə. Əvvəlcə müsabiqənin sentyabr ayında təşkil olunacağı gözlənilirdi. Bu Avroviziya Rəqs Müsabiqəsi təşkil olunan 3-cü Avroviziya Rəqs Müsabiqəsi olacaqdı. Müsabiqə ilk dəfə 2010-cu ildə Böyük Britaniyadan kənarda təşkil olunmalıydı. Lakin 2009-cu ildə olduğu kimi 2010-cu ildə də onun keçirilməsi təxirə salındı. == İştirakı dəqiqləşən ölkələr == Azərbaycan Ev sahibi Belarus ilk dəfə iştirak edəcək.
2024 Avroviziya Mahnı Müsabiqəsi
2024 Avroviziya Mahnı Müsabiqəsi 68-ci Eurovision Mahnı Müsabiqəsidir. 2024 Avroviziya Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçirildi, Loreen 2023 Avroviziya Mahnı Müsabiqəsində "Tattoo" mahnısı ilə qalib gəldi. Yarış Avropa Yayım Birliyi və Sveriges Televiziyasının (SVT) birgə təşkilatçılığı ilə 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə Malmö Arenada keçirilmişdir. Müsabiqənin aparıcıları Malin Akerman və Petra Mede olub. Mede əvvəllər bu vəzifəni 2013 və 2016-cı illərdə tutub. Otuz yeddi ölkənin qatıldığı müsabiqəyə sonuncu dəfə qatılan Lüksemburq 1993-cü ildə 31 ildən sonra geri qayıdıb, Rumıniya isə müsabiqədən çəkilib. Hollandiya finala vəsiqə qazansa da, finala qədər yarışdan kənarlaşdırılıb. Hollandiyalı tamaşaçılar isə səsvermə hüququnu özündə saxlayırdı. Həmas-İsrail müharibəsi səbəbindən İsrailin iştirakçı ölkələr sırasına daxil edilməsi çox müzakirə mövzusu olub və tədbir üçün əlavə təhlükəsizlik tədbirləri görülüb. Qalib Nemonun ifa etdiyi, sözləri Benjamin Alasu, Lasse Midtsian Nymann və Linda Dale tərəfindən yazılmış "The Code" mahnısı ilə İsveçrə oldu.
Hollandiya 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur. Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur. Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Latviya Avroviziya Mahnı Müsabiqəsində
Latviya Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Latviya Avroviziyaya qoşulan dördüncü (Estoniya, Litva və Rusiyadan sonra) Postsovet respublikası olmuşdur. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə 2002-ci ildə Mariya N-in ifa etdiyi "I Wanna" mahnısı ilə qələbə qazanmışdır. Latviya eyni zamanda müsabiqədə qısa zaman ərzində 4 dəfə sonuncu yerdə qərarlaşmışdır. Latviya 2009-cu ildən 2014-cü ilədək Avroviziyada final mərhələsinə adlaya bilməmişdir. Altı ildən sonra ilk dəfə 2015-ci ildə ölkə təmsilçisi Aminata Savadoqo ifa etdiyi "Love Injected" mahnısı ilə Latviyanı finala yüksəltməyə nail olmuşdur. Latviyanın Avroviziyadakı 20 mahnısından 17-si ingilis dilində, biri latış, biri rus, biri isə italyan dilində səsləndirilmişdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Litva Avroviziya Mahnı Müsabiqəsində
Litva Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədəki ilk təmsilçisi Ovidiyus Vışnyauskas litva dilində ifa etdiyi "Lopšinė mylimai" mahnısı ilə heç bir ölkədən səs almayaraq, sonuncu yerdə qərarlaşmışdır. Məyusedici nəticənin ardınca Litva 1999-cu ilədək Avroviziyada iştirak etməmişdir. Bundan başqa ölkə göstərdiyi zəif nəticələrə görə 2000 və 2003-cü illərdə müsabiqədən kənarlaşdırılmışdır. Litva Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2006-cı ildə LT United qrupunun ifa etdiyi "We Are the Winners" mahnısı ilə tutduqları 6-cı yerdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Lixtenşteyn Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində — Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Lüksemburqu müsabiqədə bir çox ölkədən fərqli olaraq bir müğənni təmsil etmişdir. Mişel Arnaud əvvəlcə "Ne crois pas" mahnısı ilə çıxış etmişdir. Daha sonra isə "Les amants de minuit" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün mahnıların tutduqları yer və topladıqları xal məlum deyil.
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 37 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən 1993-cü ilə kimi Lüksemburq yalnız bir dəfə 1959-cu ildə Avroviziyada iştirak etməmişdir. Lüksemburq Avroviziyada beş dəfə qələbə qazanmışdır. Ölkə müsabiqədə ilk dəfə 1961-ci ildə Jan-Klod Paskalın ifa etdiyi "Nous les amoureux" mahnısı ilə qalib gəlmişdir. 1965-ci ildə Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə Lüksemburqa ikinci Avroviziya qələbəsini yaşatmışdır. Üçüncü dəfə ölkəni 1972-ci ildə Viki Leandros səsləndirdiyi "Après toi" mahnısı ilə qalib etmişdir. Növbəti 1973-cü ildə Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə Lüksemburqa ikinci il ard-arda qələbə sevinci yaşatmışdır. Ölkənin indiyədək olan ən son qalibiyyəti isə 1983-cü ildə Korin Hermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə olmuşdur. Lüksemburq eyni zamanda 13 dəfə Avroviziyada ilk beşlikdə yer almış və üç dəfə sonuncu yeri tutmuşdur. Ölkə 1994-cü ildə müsabiqədə iştirakdan imtina etmiş və bir daha qayıtmamışdır.
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində — Macarıstannı 2009 Avroviziya Mahnı Müsabiqəsində Zoli Adok "Dance with Me mahnısı ilə təmsil etmişdir.
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində, Boqqinin "Wars for Nothing"(azərb. Müharibələr boş yerə‎) adlı həzin sülh balladası ilə təmsil olunmuşdur. == Müsabiqə öncəsi == Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin, altmış illik ildönümündə, ölkəni təmsil edəcək ifaçı və mahnını, A Dal 2015 milli seçim yarışmasının sayca dördüncü buraxılışı vasitəsilə təyin etmişdir. 28 fevral 2015-ci il tarixində baş tutan final mərhələsində, tanınmış macar müğənnisi Boqqi "Wars for Nothing" mahnısı ilə bütün ifaçı namizədləri məğlub edərək, ölkəsini beynəlxalq yarışmada təmsil etmək hüququ qazanmışdır. == Müsabiqədə == Avropa Yayım Birliyinin (EBU), 26 yanvar 2015-ci il tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, Macarıstanın, 19 may 2015-ci ildə baş tutacaq birinci yarı-finalın ikinci hissəsində mübarizə aparacağı açıqlanmışdır. Macarıstan təmsilçisi ilk yarı-finalda 67 xal toplayaraq, 8-ci sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda İspaniyadan sonra və Gürcüstandan əvvəl səhnədə 22-ci nömrə altında yer alan Boqqi, mahnısını bir daha canlı olaraq ifa etmiş və yarışmanın yekun səsvermə nəticələrinə əsasən, 19 xalla beynəlxalq müsabiqəni 20-ci sırada tamamlamışdır.
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır. Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Malta Avroviziya Mahnı Müsabiqəsində
Malta Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1971-ci ildə qoşulmuş və ümumilikdə 32 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2002 (İra Losko) və 2005-ci (Kyara) illərdə tutduqları 2-ci yerlərdir. Malta Avroviziyaya ilk qoşulduqda malta dilində səslənən mahnılarla təmsil olunmuşdur. Lakin həmin mahnıların ölkəyə çox aşağı nəticələr göstərməsi səbəbi ilə Malta 1975-ci ildən etibarən Avroviziyada ingilis dilində olan mahnılarla təmsil olunur. Malta 1976-cı ildə maliyyə problemlərini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmiş və bir daha 1991-ci ildə yenidən Avroviziyaya qatılmışdır. Maltanın 16 illik fasilədən sonra müsabiqəyə geri dönüşü ölkə üçün uğurlu olmuşdur. Belə ki, ölkə təmsilçiləri səkkiz il ard-arda ilk onluqda yer almışdır. 1991-ci ildən bəri Malta fasiləsiz olaraq hər il Avroviziyada iştirak etmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD: Yarımfinallarda verilən xallar nəzərə alınmamışdır.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində
Moldova Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2005-ci ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır. Ən yaxşı nəticələri 2017-ci ildə SunStroke Project qrupunun Kiyev səhnəsində ifa etdiyi "Hey, Mamma!" mahnısı ilə əldə etdikləri 3-cü yer olmuşdur. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Monako Avroviziya Mahnı Müsabiqəsində
Monako Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1959-cu ildə qoşulmuş və ümumilikdə 24 dəfə iştirak etmişdir. Knyazlıq ilk dəfə 1971-ci ildə Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Monakonun 1972-ci ildə müsabiqəyə ev sahibliyi etməsi gözlənilsə də, maliyyə problemləri səbəbindən knyazlıq bu fürsətdən imtina etmişdir. Monako Avroviziyada qalib gələn yeganə mikro-dövlətdir. Knyazlıq eyni zamanda müsabiqədə on dəfə ilk beşlikdə yer almış və iki dəfə də sonuncu yeri tutmuşdur. Monako maliyyə problemləri səbəbi ilə 1980-ci ildən 2003-cü ilə kimi Avroviziyada iştirak etməmişdir. Knyazlıq iyirmi beş illik fasilədən sonra 2004-cü ildə müsabiqəyə geri dönmüşdür, lakin yarımfinal mərhələsinin də tətbiq olunduğu müsabiqədə Monako üç il ard-arda heç bir nəticə əldə edə bilməmişdir. Nəticə olaraq Monako 2007-ci ildə yenidən Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monteneqro 2012 Avroviziya Mahnı Müsabiqəsində
2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. 2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər.
Monteneqro Avroviziya Mahnı Müsabiqəsində
Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur. Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 2010 və 2011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monteneqro Avroviziya Uşaq Mahnı Müsabiqəsində

"müsabiqəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsabiqəsi nədir? #müsabiqəsi sözünün mənası #müsabiqəsi nə deməkdir? #müsabiqəsi sözünün izahı #müsabiqəsi sözünün yazılışı #müsabiqəsi necə yazılır? #müsabiqəsi sözünün düzgün yazılışı #müsabiqəsi leksik mənası #müsabiqəsi sözünün sinonimi #müsabiqəsi sözünün yaxın mənalı sözlər #müsabiqəsi sözünün əks mənası #müsabiqəsi sözünün etimologiyası #müsabiqəsi sözünün orfoqrafiyası #müsabiqəsi rusca #müsabiqəsi inglisça #müsabiqəsi fransızca #müsabiqəsi sözünün istifadəsi #sözlük