müsabiqəsini sözü azərbaycan dilində

müsabiqəsini

Yazılış

  • müsabiqəsini • 97.0543%
  • Müsabiqəsini • 2.9457%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avroviziya Mahnı Müsabiqəsinin qaliblərinin siyahısı
Avropa Yayım Birliyi tərəfindən hər il ənənəvi olaraq keçirilən Avroviziya Mahnı Müsabiqəsində bu günə qədər altmış iki mahnı birincilik əldə etdi. 1956-cı ildən etibarən yayımlanan müsabiqə dünyada yayımı davam edən ən uzunmüddətli televiziya verilişlərindən biridir. Yayımlandığı müddət ərzində müsabiqədə müxtəlif növ səsvermə metodlarından istifadə olundu. Hal-hazırda müsabiqədə iştirak edən ölkələrin təşkil etdiyi münsiflər heyəti və tamaşaçıların göndərdiyi səslərlə qalibin təyin edildiyi metod tətbiq olunur. Bu sistemdə 50 % münsiflər heyətinin, 50% tamaşaçıların verdiyi səslər nəzərə alınmaqla hər bir ölkə favorit hesab etdikləri mahnıya1-7, 8, 10, 12 bal verir və nəticədə ən çox bal yığmış iştirakçı qalib elan olunur. 1956-cı ildə keçirilmiş ilk Avroviziya Mahnı Müsabiqəsində səsvermə keçirilməsinə baxmayaraq iştirakçıların topladıqları ballar açıqlanmadı, yalnız qalibin kim olduğu elan edildi. 1969-cu ildə keçirilmiş müsabiqədə hər biri 18 bal toplamış dörd ölkə (İspaniya, Niderland, Fransa və Böyük Britaniya) birinciliyi bölüşdü. Bu günə kimi iyirmi altı müxtəlif ölkə müsabiqədə birincilik əldə etdi. 2011-ci ildə qalib olan Azərbaycan qaliblər siyahısında adı yazılan son ölkə oldu. 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmiş ilk müsabiqənin qalibi ev sahibi İsveçrə oldu.
Avroviziya Mahnı Müsabiqəsinin tarixi
Avroviziya Mahnı Müsabiqəsinin tarixi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) 1956-cı ildən başlayır. Müsabiqə ilk olaraq transmilli televiziya yayımında bir eksperiment kimi düşünülmüşdür. 1954-cü ildə bir sıra mübadilə yayımlarından sonra, Avropa Yayım Birliyi (AYB) nəhayət Sercio Pulyeze və Marsel Bezansonun İtaliyanın Sanremo Musiqi Festivalına əsaslanan ideyaları əsasında beynəlxalq mahnı müsabiqəsi keçirdi. İlk buraxılışından bəri ümumilikdə 68 müsabiqə keçirilmişdir. 2024-cü ilə olan məlumata əsasən Avroviziya səhnəsində 52 ölkəni təmsil edən 1717 mahnı ifa olunmuşdur. Müsabiqə açılışından bu yana bir çox dəyişikliklərə məruz qalmışdır; məsələn, 2000-ci illərdə müsabiqəyə artan maraq nəticəsində iştirakçıların sayının artmasına cavab olaraq yarımfinallar keçirilməyə başlanmışdı. Müsabiqənin qaydalarına da illər ərzində çoxsaylı dəyişikliklər edilmiş, səsvermə sistemi və dil meyarları bir neçə dəfə dəyişdirilmişdir. Avroviziya Mahnı Müsabiqəsi Ginnesin Rekordlar Kitabında da müəyyən edildiyi kimi dünyanın ən uzunmüddətli illik beynəlxalq televiziya musiqi yarışmasıdır.

"müsabiqəsini" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsabiqəsini nədir? #müsabiqəsini sözünün mənası #müsabiqəsini nə deməkdir? #müsabiqəsini sözünün izahı #müsabiqəsini sözünün yazılışı #müsabiqəsini necə yazılır? #müsabiqəsini sözünün düzgün yazılışı #müsabiqəsini leksik mənası #müsabiqəsini sözünün sinonimi #müsabiqəsini sözünün yaxın mənalı sözlər #müsabiqəsini sözünün əks mənası #müsabiqəsini sözünün etimologiyası #müsabiqəsini sözünün orfoqrafiyası #müsabiqəsini rusca #müsabiqəsini inglisça #müsabiqəsini fransızca #müsabiqəsini sözünün istifadəsi #sözlük