* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır. Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal. □ Müzayiqə etməmək (eləməmək) – əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək. …Bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. C.Məmmədquluzadə. [Hacı Mehdi:] Gərək əlindən gələni müzayiqə eləməyəsən. Ə.Haqverdiyev. Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. S.S.Axundov. Müzayiqə( si) yoxdur – verməyə hazıram, əsirgəmərəm, danmaram, edərəm, etiraz etmərəm. [Hacı:] …Hərgah cənabınıza canım, malım … lazım olsa, müzayiqəsi yoxdur! Çəmənzəminli. [Səfər kişi:] Baş üstə, mənim əlimdən nə gəlirsə, baş üstə! Müzayiqə yoxdur! Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / müzayiqə2 ə. 1) darlıq, sıxıntı, çətinlik; 2) möhtac olma; ehtiyac; 3) əsirgəmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / müzayiqə2 в сочет. müzayiqə etmək (eləmək): 1. отказать кому-л. в чём-л. 2. скупиться; müzayiqə etməmək (eləməmək) не жалеть чего-л. для кого-л.; müzayiqə yoxdur не жалко чего-л. для кого-л
Azərbaycanca-rusca lüğət / müzayiqə1 [ər.] сущ. къимиш тавун, гьайиф атун; müzayiqə etməmək (eləməmək) гьайиф татун, къимишун, авай са затӀ гуникай чугварвал тавун.
Azərbaycanca-ləzgicə lüğəti / müzayiqə