müşavirə sözü azərbaycan dilində

müşavirə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müşavirə • 89.9177%
  • Müşavirə • 10.0665%
  • MÜŞAVİRƏ • 0.0158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) — dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.

müşavirə sözünün leksik mənası və izahı

müşavirə sözünün sinonimləri (yaxın mənalı sözlər)

müşavirə sözünün rus dilinə tərcüməsi

  • 1 совещание, консультация, консилиум

    Azərbaycanca-rusca lüğət / müşavirə
  • 2 сущ. 1. совещание (заседание с целью совместного обсуждения чего-л.). İstehsalat müşavirəsi производственное совещание, ümumrespublika müşavirəsi общереспубликанское совещание, beynəlxalq müşavirə международное совещание 2. консультация (совет специалистов по какому-л. вопросу)

    Azərbaycanca-rusca lüğət / müşavirə

müşavirə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. conference, meeting; (müzakirə) deliberation; consultation; debate; tibbi ~ medical advice / consultation, doctor’s consultation; istehsalat ~si production meeting; conference on production; ~ keçirmək to deliberate (on), to consult (on, about), to hold* consultation (on), to take* counsel (with), to consult together on various questions

    Azərbaycanca-ingiliscə lüğət / müşavirə

müşavirə sözünün fransız dilinə tərcüməsi

müşavirə sözünün ləzgi dilinə tərcüməsi

müşavirə sözünün türk dilinə tərcüməsi

"müşavirə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşavirə nədir? #müşavirə sözünün mənası #müşavirə nə deməkdir? #müşavirə sözünün izahı #müşavirə sözünün yazılışı #müşavirə necə yazılır? #müşavirə sözünün düzgün yazılışı #müşavirə leksik mənası #müşavirə sözünün sinonimi #müşavirə sözünün yaxın mənalı sözlər #müşavirə sözünün əks mənası #müşavirə sözünün etimologiyası #müşavirə sözünün orfoqrafiyası #müşavirə rusca #müşavirə inglisça #müşavirə fransızca #müşavirə sözünün istifadəsi #sözlük