müşavir sözü azərbaycan dilində

müşavir

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • müşavir • 78.9144%
  • Müşavir • 20.7724%
  • müŞavir • 0.2088%
  • MÜŞAVİR • 0.1044%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müşavir
Müşavir — bir nazirliyin ali rəhbərliyinə daxil olan dövlət xadimi.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.
Həqiqi Dövlət Ədliyyə Müşaviri
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir. Həqiqi dövlət ədliyyə müşavirinin paqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Paqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur. Paqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri paqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır. == Azərbaycan Respublikasının Həqiqi Dövlət Ədliyyə Müşavirləri == 9 noyabr 1993-cü il — Əli Ömər oğlu Ömərov Azərbaycan Respublikasının Baş Prokuroru (1993-1994) == Mənbə == http://e-qanun.az/files/framework/data/8/f_8959.htm Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine http://e-qanun.az/files/framework/data/4/f_4361.htm http://www.genprosecutor.gov.az/files/uploader/Prokurorluq_orqanlari_ishchilerinin_ferqlenme_nishanlari_xususi_geyim.doc Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine.
Yaponiya parlamentinin Müşavirlər Palatası
Yaponiya parlamentinin Müşavirlər Palatası (yap. 参議院) — Yaponiya parlamentinin 2 palatasından biri. Digəri isə Nümayəndələr Palatasıdır. Sonuncu seçki 10 iyul 2016-cı ildə keçirilmişdir. == Quruluşu və təşkili qaydası == Hər 2 palata ümummilli nümayəndəlik orqanı sayılır və bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarət olsa da Nümayəndələr Palatasının 500, Müşavirlər Palatasının isə 252 üzvü var. Parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Nümayəndələr Palatasına nisbətən Müşavirlər Palatasının daha az hüquqları var. Digər palatada olduğu kimi burada da ümumi və birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə qarışıq seçki sistemi əsasında seçilir. Seçkilərin hansı palataya keçirilməsindən asılı olmayaraq majoritar və proporsional seçki sistemləri eyni nisbətdə tətbiq olunur (təxminən 1,5:1 nisbətində). Qanuna görə 20 yaşa çatmış, uyğun seçki dairəsinin ərazisində azı 3 ay yaşayan və seçici siyahılarına daxil edilən hər bir yapon vətəndaşının fəal seçki hüququ, yəni seçkilərdə iştirak etmək hüququ var. Passiv seçki hüququ, yəni parlament üzvlüyünə namizəd göstərilmək və seçilmək hüququnun həyata keçirilməsi üçün tələb olunan yaş həddi isə Müşavirlər Palatasına üzv seçilmək üçün 30 yaşa çatmaq tələb olunur.
Azərbaycanın dövlət müşavirlərinin siyahısı
Azərbaycan dövlət müşavirlərinin siyahısı — 18 oktyabr 1991-cı ildən sonra ölkədə müstəqillik edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın dövlət müşavirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın dövlət müşavirləri sıralanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.46 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••••••••••••••• 6.30
2004 ••••••••••••••• 5.05
2005 •••••••• 2.70
2006 •••••••••••••• 4.73
2007 •••• 1.06
2008 ••••••••• 2.92
2009 ••••••••••• 3.52
2010 •••••••• 2.72
2011 •••••• 1.72
2012 ••••••••••• 3.61
2013 ••••••••••••••• 4.96
2014 ••••••••••••• 4.12
2015 •••••••••••• 4.08
2016 ••••••••••••••••• 5.55
2017 •••••••••••• 4.06
2018 •••••••••••• 3.90
2019 ••••••••••• 3.48
2020 ••••• 1.59

müşavir sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Müxtəlif vəzifə sahiblərinin adı. Hərbi müşavir. Ədliyyə müşaviri. // Məşvərətçi, məsləhətçi. Bu, xanın vəziri və dövlətin müşaviri Molla Pənah Vaqif idi. Çəmənzəminli. Müşavir doğrudan da [Ağarzaya] bir kağız verdi. Mir Cəlal. Bu gənc, vəliəhdin müşaviri və Təbriz bəylərbəyisi idi. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / müşavir

müşavir sözünün sinonimləri (yaxın mənalı sözlər)

müşavir sözünün rus dilinə tərcüməsi

  • 1 советник, консультант

    Azərbaycanca-rusca lüğət / müşavir
  • 2 сущ. 1. советник (название некоторых должностей, а также лиц, занимающих эти должности). Səfirlik müşaviri советник посольства, dövlət ədliyyə müşaviri государственный советник юстиции, hərbi müşavir военный советник 2. советчик, консультант

    Azərbaycanca-rusca lüğət / müşavir

müşavir sözünün inglis dilinə tərcüməsi

müşavir sözünün fransız dilinə tərcüməsi

müşavir sözünün ləzgi dilinə tərcüməsi

müşavir sözünün türk dilinə tərcüməsi

müşavir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. məşvərətçi, məsləhətçi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

məsləhət verən, məsləhətçi, məşvərətçi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"müşavir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşavir nədir? #müşavir sözünün mənası #müşavir nə deməkdir? #müşavir sözünün izahı #müşavir sözünün yazılışı #müşavir necə yazılır? #müşavir sözünün düzgün yazılışı #müşavir leksik mənası #müşavir sözünün sinonimi #müşavir sözünün yaxın mənalı sözlər #müşavir sözünün əks mənası #müşavir sözünün etimologiyası #müşavir sözünün orfoqrafiyası #müşavir rusca #müşavir inglisça #müşavir fransızca #müşavir sözünün istifadəsi #sözlük