Musanın sözü azərbaycan dilində

Musanın

Yazılış

  • Musanın • 99.2857%
  • musanın • 0.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Musanın övladları
Musanın övladları (türk. Musa'nın Çocukları) — Ərgün Poyraz tərəfindən yazılmış, 2007-ci ildə nəşr olunan və əsasən Rəcəb Tayyib Ərdoğanı, eyni zamanda onun həyat yoldaşı Əminə Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AKP) hədəf alan antisemit kitab. Ərgün Poyraz keçmişdə əsasən Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanı, eyni zamanda AKP, Abdullah Gül, Bülənt Arınc, Dəniz Baykal və Fətullah Güləni hədəf alan bir çox başqa kitablar yazmışdır. O, həmin şəxsləri ABŞ və İsrail üçün agentlikdə və ya onlara işləyən gizli yəhudi olmaqda ittiham etmişdi. Kitabda Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən kripto-yəhudi olmaqda, özlərini türk kimi təqdim edərək türk sekulyarizmini zəiflətmək üçün islamçılığı qəsdən artıraraq türk cəmiyyətini daxildən məhv etməkdə və öz növbəsində din vasitəsilə türkləri asanlıqla manipulyasiyaya məruz qoymaqda ittiham olunurdular. Kitabda həmçinin, Rəcəb Tayyib Ərdoğanın özünün və həyat yoldaşının türk olmayan mənşəyini qürurla bəyan etdiyi və özlərini türk hesab etmədiyi müxtəlif məqamlarda sitat gətirilmişdir. Ərdoğanın Türkiyə və onun qurulmasına qarşı düşmənçilik ifadələri də yer almışdır. Onun yəhudi təşkilatları ilə əlaqələri də qeyd edilmişdir. Kitaba görə, Ərdoğan ictimaiyyəti müsəlman türk vətənpərvəri olduğuna inandırmaq üçün geniş tədbirlər görür. ABŞ və Birləşmiş Krallıq Türkiyəyə qarşı işlərində Ərdoğan və İsrailə kömək etməkdə günahlandırılmışdır.
Musanın əsası
Musanın əsası, həmçinin Tanrının əsası — Bibliya və Quranda Musanın istifadə etdiyi ək ağacı kimi adı çəkilən əsa. "Çıxış" kitabına görə, əsa (ivr. ‏מַטֶּה‏‎, matteh) qayadan su çıxarmaq üçün istifadə edilmiş, ilana və kürəyə çevrilmiş, Qırmızı dənizin ayrılması zamanı istifadə olunmuşdur. Musanın əsasının onun qardaşı Harunun istifadə etdiyi çubuq ilə eyni olub-olmaması ravvin alimləri tərəfindən müzakirə edilmişdir. Harunun və Musanın çubuğunun hər ikisinə oxşar, zahirən bir-birini əvəz edə bilən səlahiyyətlər verildiyi üçün ravvin alimləri bu iki çubuğun bir və eyni olub-olmadığını müzakirə etmişdilər. Sonrakı yəhudi əfsanəsində çubuğun dünyanın əvvəlində yaradılışın altıncı günündə formalaşdığı və Musaya miras qalmadan əvvəl böyük patriarxların əlindən keçdiyi deyilir. "Əl-Kafi" kitabında rəvayət olunur ki, Cəfər Sadiq "Musanın lövhələri və Musanın əsası bizimlədir. Biz peyğəmbərlərin varisləriyik" deyə iddia etmişdir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır. Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır.

Oxşar sözlər

#musanın nədir? #musanın sözünün mənası #musanın nə deməkdir? #musanın sözünün izahı #musanın sözünün yazılışı #musanın necə yazılır? #musanın sözünün düzgün yazılışı #musanın leksik mənası #musanın sözünün sinonimi #musanın sözünün yaxın mənalı sözlər #musanın sözünün əks mənası #musanın sözünün etimologiyası #musanın sözünün orfoqrafiyası #musanın rusca #musanın inglisça #musanın fransızca #musanın sözünün istifadəsi #sözlük