* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 mübaşir olmaq – məşğul olmaq, girişmək. [Molla İbrahimxəlil:] Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. M.F.Axundzadə. …İki əhməq qonşu bir-birini qırmaqda ikən kazaklar da bir tərəfdən şəhəri yandırmağa mübaşir olmuşlar. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / mübaşir2 is. [ər.] İranda: kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam. Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı. M.İbrahimov. Ərbab mübaşiri ilə arası dəyəndən sonra onun təsərrüfatı dağılıb maldövləti əlindən çıxmışdı. P.Makulu. // köhn. Məmur. Sağ olsunlar qiraətxananın mübaşirləri, bir [fənd] qurdular ki, heç cinin də ağılına gəlməz. “Mol. Nəsr.”.
Azərbaycan dilinin izahlı lüğəti / mübaşir3 İranda kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam.
Azərbaycan kişi adlarının izahlı lüğəti / mübaşir4 ə. 1) tapşırığı yerinə yetirən, icra edən; 2) düz, bilavasitə; 3) müdir, idarə edən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mübaşir1 1 сущ. приказчик (служащий помещика, управляющий помещичьим хозяйством – в Иране) 2 в сочет. mübaşir olmaq заниматься чем-л
Azərbaycanca-rusca lüğət / mübaşir