mühazirə sözü azərbaycan dilində

mühazirə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mühazirə • 93.0859%
  • Mühazirə • 6.8858%
  • MÜHAZİRƏ • 0.0283%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mühazirə
Mühazirə (mübahisə, disput) — tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elmin metodlarının sistematik, ardıcıl şəkildə tərtib edilməsi. Böyük Sovet Ensiklopediyasına əsasən mühazirə tədris materialının, hər hansı bir məsələnin, mövzunun, bölmənin, fənnin, elm metodlarının sistematik, ardıcıl şəkildə şərh edilməsidir. Mühazirə, fənn müəllimi tərəfindən mövzuların şifahi şəkildə təqdimatı, həmçinin hər hansı bir mövzuya dair açıq leksiya. BSE-na görə, mühazirələr fərqlidir: təlim mühazirələri ictimai mühazirələr (mədəni-maarif işi sistemində siyasi və elmi biliklərin təbliği və yayılması forması): epizodik mühazirələr, dövri mühazirələr. Mühazirələr kursu (materialın tədris proqramı üzrə ardıcıl təqdimatı) aşağıdakı mühazirə növlərini əhatə edir: giriş mühazirələr, planlaşdırma mühazirələri (qiyabi və axşam təhsili sistemində), ordinar mühazirələr, ümumi mühazirələr, yekun mühazirələr. BCE-na əsasən mühazirə üçün tələblər: elmi, ideya, əlçatanlıq, forma və məzmunun vəhdəti, təqdimatın emosionallığı, digər tədris məşğələləri növləri (seminarlar, laboratoriya işləri, tədris və istehsalat təcrübəsi və s.) ilə əlaqə. Bir nəfər-mühazirəçi istənilən məlumatı, təkbaşına çox sayda insana çatdıra bilər. Əlaqənin olmaması, mühazirə məzmununun mürəkkəblik səviyyəsinin orta hesablanması, müxtəlif dərəcədə dinləyicilərin mühazirələrə daxil olma imkanı.
Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr

mühazirə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Ali məktəbdə hər hansı bir fənnin professor və ya müəllim tərəfindən şifahi şərhi; leksiya. Mühazirəyə qulaq asmaq. Azərbaycan ədəbiyyatı tarixindən mühazirə. // Hər hansı bir mövzuya dair açıq leksiya. [Musanın nəvəsi] klublardakı ədəbi mühazirələrin heç birini nəzərdən qaçırmaz. Qantəmir. [Aydın:] Mədəniyyət sarayında mühazirə oxunacaq. Z.Xəlil.

    Azərbaycan dilinin izahlı lüğəti / mühazirə
  • 2 ə. hər hansı bir mövzunun auditoriya qarşısında şifahi şərhi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mühazirə
  • 3 1) ali məktəb tələbələrinə dərsin şifahi şərhi; 2) müəyyən müəssisənin xahişi ilə razılaşdırılan mövzuda çıxış etmə, leksiya; 3) leksiya – hər hansı mövzunun sistemli və ardıcıl şərhi. Təlimli və açıq mühazirə növləri var. Təlimli mühazirə ali məktəbdə təlim prosesinin əsas formalarından və tədris üsullarından biridir. Orta ixtisas, texniki-peşə məktəblərində, orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində, siyasi maarif sistemində də tədbiq edilir.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / mühazirə

mühazirə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MÜHAZİRƏ [O] mühazirə oxuduğu auditoriyaları nəzərdən keçirdi (C.Bağır); LEKSİYA Burada “Çaxotkanın mikrobları ilə mübarizə” barəsində professor Qazalin cənablarının leksiyası var imiş (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / mühazirə

mühazirə sözünün rus dilinə tərcüməsi

  • 1 1. лекция; 2. лекционный;

    Azərbaycanca-rusca lüğət / mühazirə
  • 2 I сущ. лекция: 1. устное изложение предмета преподавателем в высшем учебном заведении, а также публичное чтение на какую-л. тему. Ədəbiyyatdan mühazirə лекция по литературе, mühazirə oxumaq читать лекцию (лекции) 2. учебное занятие в высшем учебном заведении 3. отпечатанный курс публичных чтений, а также записи по какому-л. предмету преподавания. Dildən mühazirə kursu курс лекций по языку II прил. лекционный: 1. относящийся к лекции. Mühazirə saatları лекционные часы 2. предназначенный для проведения лекций. Mühazirə salonu лекционный зал

    Azərbaycanca-rusca lüğət / mühazirə

mühazirə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. lecture (on, about); ~ oxumaq to lecture, to give* / to deliver lectures; ~yə getmək, ~ dinləmək to attend lectures; d.d. məc. ~ oxumaq (başa salmaq mənasında) to give* / to read* a lecture

    Azərbaycanca-ingiliscə lüğət / mühazirə

mühazirə sözünün fransız dilinə tərcüməsi

mühazirə sözünün ləzgi dilinə tərcüməsi

mühazirə sözünün türk dilinə tərcüməsi

"mühazirə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mühazirə nədir? #mühazirə sözünün mənası #mühazirə nə deməkdir? #mühazirə sözünün izahı #mühazirə sözünün yazılışı #mühazirə necə yazılır? #mühazirə sözünün düzgün yazılışı #mühazirə leksik mənası #mühazirə sözünün sinonimi #mühazirə sözünün yaxın mənalı sözlər #mühazirə sözünün əks mənası #mühazirə sözünün etimologiyası #mühazirə sözünün orfoqrafiyası #mühazirə rusca #mühazirə inglisça #mühazirə fransızca #mühazirə sözünün istifadəsi #sözlük