* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı. 2. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. – [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən. 3. məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinət yaratdı. H.Seyidbəyli. 4. Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti.
Azərbaycan dilinin izahlı lüğəti / müvazinəMÜVAZİNƏ(T) ə. 1) iki şeyin çəkidə bərabər olması; 2) gəlir və çıxarın bərabərliyi; 4) tarazlaşdırma, müvazinətləşdirmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti