* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••••••••••••••••••• | 0.45 |
2010 | ••••••••• | 0.18 |
2011 | •••• | 0.09 |
2012 | •••••••• | 0.17 |
2013 | •••••••••••••••••••• | 0.44 |
2016 | •••••••• | 0.17 |
2018 | •••••••••••••• | 0.30 |
1 is. [ər.] 1. fiz. Bərabər və əks istiqamətdə olduqlarına görə bir-birini məhv edən qüvvələrin təsiri nəticəsində cismin hərəkətsizlik, sükunət halı. 2. Olduğu vəziyyəti saxlama, vəziyyətdə sabitlik; dayanıqlıq, duruş. Müvazinətini saxlaya bilməmək. – [Qüdrət:] Mən öz müvazinətimi itirirəm, Gülsabah! C.Cabbarlı. Zeynal sərxoşluğundan müvazinəsini saxlaya bilmədiyi üçün Mehribana gücü yetmirdi. S.Hüseyn. [Şəfi] özünü düzəltmək istədikdə müvazinətini itirib nərdivandan yumbalandı. Ə.Əbülhəsən. 3. məc. Sükunət, sakitlik, aram. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. M.İbrahimov. Arvadının belə acınacaqlı hala düşməsi onda daxili müvazinət yaratdı. H.Seyidbəyli. 4. Bərabərlik, tarazlıq, uyğunluq. Qüvvələrin müvazinəti.
Azərbaycan dilinin izahlı lüğəti / müvazinət1 сущ. равновесие: 1. физ. состояние неподвижности, покой, в котором находится какое-л. тело. Müvazinət halı состояние равновесия, mexaniki müvazinət механическое равновесие, dayanıqlı müvazinət устойчивое равновесие, dayanıqsız müvazinət неустойчивое равновесие, nisbi müvazinət относительное равновесие, müvazinət faktorları факторы равновесия 2. устойчивость, устойчивое положение. Müvazinətini saxlamaq сохранять равновесие, müvazinətini itirmək потерять равновесие 3. перен. покой, спокойствие. Ruh müvazinəti душевное равновесие; müvazinətdən çıxarmaq вывести из равновесия 4. перен. устойчивое соотношение между чём-л., уравновешивание одного другим. Qüvvələrin müvazinəti равновесие сил
Azərbaycanca-rusca lüğət / müvazinət1 i. balance, equilibrium; equipoise; ruhi ~ mental equilibrium; mütəhərrik ~ unsteady / noble equilibrium; siyasi ~ balance of power; ~ i itirmək to lose* one’s balance; ~i bərpa etmək to restore the equilibrium / balance; ~i pozmaq to disturb the equilibrium (of), to upset* the balance (of); (adam haqqında) to upset* one’s equanimity; ~ini saxlamaq to keep* one’s balance
Azərbaycanca-ingiliscə lüğət / müvazinət1 is. équilibre m ; dayanıqlı ~ équilibre stable ; dayanıqsız ~ équilibre instable ; ~ini saxlamaq garder l’équilibre ; ~ itirmək perdre l’équilibre ; ~i bərpa etmək rétablir l’équilibre
Azərbaycanca-fransızca lüğət / müvazinət1 [ər.] сущ. 1. барабарвал, таразвал; 2. физ. сада-садаз акси таъсир ийизвай къуваяр барабар хьуникди са затӀунин юзан тийир гьал, гьерекатсузвал; 3. авай везият хуьз хьун, дегиш тахьун; пайгарвал, авай везиятда акъвазиз хьун; 4. пер. секинвал.
Azərbaycanca-ləzgicə lüğəti / müvazinətMÜVAZİNƏ(T) ə. 1) iki şeyin çəkidə bərabər olması; 2) gəlir və çıxarın bərabərliyi; 4) tarazlaşdırma, müvazinətləşdirmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti