müşahidələr sözü azərbaycan dilində

müşahidələr

Yazılış

  • müşahidələr • 84.1520%
  • Müşahidələr • 15.6946%
  • MÜŞAHİDƏLƏR • 0.1535%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Radiometeoroloji müşahidələr
Radiometeoroloji müşahidələr−Azərbaycan Respublikasında atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin radiometeoroloji müşahidələri Ağstafa, Göygöl, Şamaxı və Şəki Radiometeoroloji Stansiyalarındakı avtomatlaşdırılmış idarəetmə sistemləri - “AİS-MRL”lər vasitəsilə 250 km radiusda aparılır. == Radiometeoroloji müşahidələrin tarixi == Azərbaycanda radiometeoroloji müşahidələr 1967-ci ildən Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində doluya qarşı mübarizə işlərinin aparılması üzrə Xankəndi Doluya Qarşı Mübarizə Dəstəsinin yaradılması ilə başlanılmışdır. 1968-ci ildə Şamaxı, 1972-ci ildə Göygöl, 1973-cü ildə Naxçıvan, 1974-cü ildə Füzuli, 1975-ci ildə Qazax-Tovuz, 1980-ci ildə Ağdərə, 1981-ci ildə İsmayıllı, 1982-ci ildə Zəngilan, 1984-cü ildə Tovuz, Şəki və Culfa-Ordubad, 1987-ci ildə Şaumyankənd Doluya Qarşı Mübarizə Dəstələri yaradılmış və radiometeoroloji müşahidələr bu dəstələrdəki radar qurğuları vasitələri ilə də aparılmışdır. İlk illərdə bu məqsədlə hərbi təyinatlı (“DON”, “SON”, “Qrom” və s.) radiolokatorlardan istifadə edilmişdir. 1970-ci ildən başlayaraq radiometeoroloji müşahidələrin aparılmasında sırf meteoroloji müşahidə təyinatlı bir dalğalı (3,2 sm) “MRL-1” və “MRL-2” tipli, 1977-ci ildən isə iki dalğalı (3,2 sm və 10 sm) “MRL-5” tipli meteoroloji radiolokatorlardan istifadə olunmağa başlanılmışdır. Azərbaycanda fəaliyyət göstərmiş 13 (on üç) Doluya Qarşı Mübarizə üzrə Hərbiləşdirilmiş Dəstələrin hamısı “MRL-5” tipli meteoroloji radiolokatorlarla təmin edilmiş və istehsalata tətbiq edilmişdi. Füzuli, Zəngilan, Ağdərə və Xankəndi Hərbiləşdirilmiş Dəstələrindəki meteoroloji radiolokatorlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır. Şaumyan Hərbiləşdirilmiş Dəstəsindəki “MRL-5” tipli meteoroloji radiolokator ermənilər tərəfindən bütünlüklə məhv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrometeorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ildə Ağstafa və Şamaxı, 2011-ci ildə Göygöl, 2012-ci ildə Şəki Radiometeoroloji Stansiyalarındakı «MRL-5» tipli meteoroloji radiolokatorlar əsaslı təmir edilmiş, avtomatlaşdırılmış idarəetmə sistemləri (“AİS-MRL”) quraşdırılaraq istifadəyə verilmişdir. == Radiometeorologiyanın predmeti və metodu == Radiometeorologiyanın predmeti troposferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin öyrənilməsi, metodu - meteoroloji radiolokatorun köməyi ilə müxtəlif radiometeoroloji kəmiyyətlərin (istənilən hündürlükdə buludun və buludluğun üfüqi və şaquli kəsiklərinin, alt və üst sərhədlərinin, maksimal əksetdirmə qabiliyyətinin, hərəkət istiqamətinin və sürətinin, yağıntının intensivliyinin və miqdarının, dolunun ölçülərinin) ölçülməsi, həmçinin şimşək çaxan, yağış və dolu yağan ərazilərin və təhlükəli hava hadisələrinin (dolu, leysan, qar, şimşək, fırtına) müəyyən edilməsi və baş vermiş hidrometeoroloji proseslərin film şəklində (animasiya) göstərilməsidir.Fərdi kompüterdə yerüstü hədəflərin fonunda, fəzanın seçilmiş istənilən nöqtəsində buludluğun parametrləri ölçülür. Buludluğun (buludların) radioəkslərinin istənilən hündürlükdə üfüqi, istənilən istiqamətdə isə şaqüli kəsiklərinin, maksimal əksetmənin, buludluğun (buludların) radioəkslərinin aşağı və yuxarı sərhədlərinin, yağıntının intensivliyinin və miqdarının sahələrinin; təhlükəli hava hadisələrinin (dolu, şimşək, qasırğa, leysan, qar) xəritələri təsvir edilir; buludluğun (buludların) yerdəyişməsinin istiqaməti və sürəti, buludluğun (buludların) parametrlərinin zamana görə dəyişməsinin qrafiki təsvir edilir; yuxarıda sadalanan bütün xəritələrin zamana görə dəyişmələri videofilm şəklində göstərilir; radiometeoroloji müşahidə məlumatları sənədləşdirilir və arxivləşdirilir; radiometeoroloji müşahidə məlumatları, o cümlədən də dolu proseslərinə fəal təsir işləri aparıldıqda fəal təsir materialları rəngli (və ya ağ-qara) printer vasitəsilə çap edilir; buludlara fəal təsir işləri aparılarkən qorunan və ona yaxın ərazilərdə sistem avtomatik olaraq «Növbətçilik» rejimindən fasiləsiz müşahidə rejiminə keçir.
Çoxillik müşahidələr
== Hava == Səth örtüyü ilə qarşılıqlı təsir şəraitində, onda baş verən fiziki proseslərlə müəyyən olunan, bu və ya digər ərazi üzərində, həmin vaxtda atmosferin vəziyyətinə hava deyilir. Daha sadə şəkildə deyə bilərik ki, yer səthində və aşağı 30-40 km hündürlükdə atmosferin fiziki vəziyyəti baxılan anda hava adlanır. == Çoxillik müşahidələr == Hava üzərində aparılmış çoxillik müşahidələr, həmin ərazinin iqlimini müəyyən etməyə imkan verir. Həmin ərazidə günəş radiasiyası, atmosfer dövranı və səth örtüyündə baş verən fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində yaranan və həmin ərazi üçün xarakterik olan hava rejimini yaradan atmosfer proseslərinin qanunauyğun ardıcıllığına iqlim deyilir.
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr (jurnal)
Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr — Azərbaycanda İngilis dilində elmi jurnal — Seismoprognosis observations in the territory of Azerbaijan — elmi jurnal == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ingilisdilli elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" ("Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri") elmi jurnalında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində il ərzində Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofiziki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatlardan ibarətdir..Jurnal elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və seysmikdayanıqlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik və geokimyaçı mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Jurnalda seysmologiya sahəsi ilə məşğul olan yerli və xarici ölkələrdən olan alimlərin elmi-məqalələri dərc olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.56 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 •••••••• 7.09
2004 ••••• 3.71
2005 •••••••••••••••• 14.17
2006 •••••••••••••• 11.71
2007 •••••••• 6.98
2008 ••••••••••• 9.26
2009 •••••• 4.96
2010 ••••••••••• 9.35
2011 •••••••• 6.86
2012 ••••••••••• 9.64
2013 •••••••••••••• 11.82
2014 ••••••••• 8.07
2015 •••••••••••• 10.72
2016 •••••••••• 8.68
2017 •••••••• 6.99
2018 •••••••••••••••••••• 17.98
2019 •••••••••••••• 12.52
2020 ••••••••••••• 11.40

"müşahidələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müşahidələr nədir? #müşahidələr sözünün mənası #müşahidələr nə deməkdir? #müşahidələr sözünün izahı #müşahidələr sözünün yazılışı #müşahidələr necə yazılır? #müşahidələr sözünün düzgün yazılışı #müşahidələr leksik mənası #müşahidələr sözünün sinonimi #müşahidələr sözünün yaxın mənalı sözlər #müşahidələr sözünün əks mənası #müşahidələr sözünün etimologiyası #müşahidələr sözünün orfoqrafiyası #müşahidələr rusca #müşahidələr inglisça #müşahidələr fransızca #müşahidələr sözünün istifadəsi #sözlük