Əfqan mücahidləri
Əfqan mücahidləri (ərəb. مجاهد mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDR və Əfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri.
1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək Karmal və Nəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü" deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمان — dušman, душмон, puştu دښمان — duxman,dušman) və qiyamçılar, əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شوروی — šuravî, шӯравӣ — "sovet") adlandırmışlar.
Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər.
Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur".
Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər".
Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər.