mübahisələr sözü azərbaycan dilində

mübahisələr

Yazılış

  • mübahisələr • 97.5243%
  • Mübahisələr • 2.4757%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xristoloji mübahisələr
Xristoloji mübahisələr — xristianlıqda İsanın mahiyyəti haqqında gedən mübahisələr. IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Ancaq dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır. Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır. İsanın təbiəti haqqında IV əsrin sonunda müxtəlif fikirlər mövcud idi. Bəziləri onu insan, digərləri isə, Tanrı kimi qəbul edirdilər. Tertullianus "De Carne Christi" əsərində, onu insan bədəninə girmiş Loqos kimi təsəvvür edirdi.
İncəsənətin klassifikasiyası haqqında mübahisələr
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir. Sənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır. Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır." Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir. 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər. Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir.
Altıgünlük müharibə ilə bağlı mübahisələr
Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar. == Önləyici vuruş və ya ədalətsiz hücum == Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər. SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir.
Altı günlük müharibə ilə bağlı mübahisələr
Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar. == Önləyici vuruş və ya ədalətsiz hücum == Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı: 3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər. SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir.
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.

"mübahisələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mübahisələr nədir? #mübahisələr sözünün mənası #mübahisələr nə deməkdir? #mübahisələr sözünün izahı #mübahisələr sözünün yazılışı #mübahisələr necə yazılır? #mübahisələr sözünün düzgün yazılışı #mübahisələr leksik mənası #mübahisələr sözünün sinonimi #mübahisələr sözünün yaxın mənalı sözlər #mübahisələr sözünün əks mənası #mübahisələr sözünün etimologiyası #mübahisələr sözünün orfoqrafiyası #mübahisələr rusca #mübahisələr inglisça #mübahisələr fransızca #mübahisələr sözünün istifadəsi #sözlük