mübahisələri sözü azərbaycan dilində

mübahisələri

Yazılış

  • mübahisələri • 97.3868%
  • Mübahisələri • 2.6132%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar. Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. == Xüsusiyyətləri == Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.94 dəfə / 1 mln.
2002 ••••••••••••••• 3.43
2003 ••••••• 1.57
2004 ••• 0.67
2005 ••• 0.67
2006 •••••• 1.35
2007 •••••••• 1.69
2009 ••••••••• 1.92
2010 ••••••• 1.63
2011 •••••••••• 2.23
2012 ••••••••••• 2.58
2013 ••••••••••••• 3.06
2014 •••• 0.86
2015 ••••• 1.02
2016 ••••••••••• 2.43
2017 •••••••• 1.79
2018 ••• 0.60
2019 ••••••••• 1.95
2020 •••••••••••••••••••• 4.77

"mübahisələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mübahisələri nədir? #mübahisələri sözünün mənası #mübahisələri nə deməkdir? #mübahisələri sözünün izahı #mübahisələri sözünün yazılışı #mübahisələri necə yazılır? #mübahisələri sözünün düzgün yazılışı #mübahisələri leksik mənası #mübahisələri sözünün sinonimi #mübahisələri sözünün yaxın mənalı sözlər #mübahisələri sözünün əks mənası #mübahisələri sözünün etimologiyası #mübahisələri sözünün orfoqrafiyası #mübahisələri rusca #mübahisələri inglisça #mübahisələri fransızca #mübahisələri sözünün istifadəsi #sözlük