2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur.
== Fevral ==
Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib.
Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb.