* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. – İki qardaş arasındakı mübahisə getdikcə qızışıb axırda bir dava şəklini aldı. A.Şaiq. Uzun mübahisədən sonra Şahmar bir tikə çörək kəsib … dirriyə enmişdi. B.Bayramov. □ Mübahisə açmaq – 1) bir iş, məsələ, söz üstə deyişməyə başlamaq, bəhsə girişmək. [Qətibə:] O zaman mən sizinlə bu barədə geniş mübahisə açmaq istəmədim. M.S.Ordubadi; 2) elmi, yaxud başqa bir məsələni öyrənmək üçün müzakirə etmək. [Əsgər:] Oxuduqlarınızı da yoldaşlara başa salasınız, mübahisə açasınız. M.S.Ordubadi. Mübahisə düşmək – bir şey, məsələ və ya iş haqqında müxtəlif rəydə olanlar arasında sözləşmək, bəhs başlamaq. Onların düşdü çün mübahisəsi; Ki, nədəndir zəmanə hadisəsi! S.Ə.Şirvani. Uzun mübahisə və deyişmə düşdü. Mir Cəlal. Mübahisə etmək (eləmək) – bir şeyi, məsələni sübut etməyə çalışaraq etiraz etmək, bəhs etmək, höcətləşmək, deyişmək, sözə gəlmək. Bir nəfər … bir hampa kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. Mübahisəyə girişmək – bax mübahisə açmaq. [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / mübahisə2 ə. bəhs etmə; deyişmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mübahisə3 1. MÜBAHİSƏ (söz güləşdirmə) Qayınatası və qayınanası mübahisəyə qarışaraq qızlarma arxa durub onun baş-beynini tökəcəklər (H.Abbaszadə); BƏHS Salonda səslər ucaldı, qızğın bəhslər başlandı (S.S.Axundov); ÇƏK-ÇEVİR Uzun çək-çevirdən sonra Azər oyunu apardığına özü də təəccübləndi (Ə.Kərim); DEYİŞMƏ Əşrəf deyişmənin belə uzanıb getməsində darıxdı (A.Şaiq); HÖCƏT [Fəxrəddin bəy:] Aşkar işdir, burada bir höcət ola bilməz (N.Vəzirov); İXTİLAF Rəhim bəy: Məşədi bəylə ixtilafını biryolluq həll etmək bəhanəsi ilə qardaşı evinə getdi (M.Hüseyn). 2. MÜBAHİSƏ, POLEMİKA (müəyyən məsələ haqqında mübahisə) 3. MÜBAHİSƏ, ÇARPIŞMA ..xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar, mollalar camaata, camaat mollalara qarışardılar. Bəylər də kənardan tamaşa edib bu çarpışmadan həzz alardılar (Ə.Haqverdiyev); MÜNAQİŞƏ Bununla da ata-oğul arasındakı münaqişə bitdi, bir xarrat çağırıb pası təmizlənmiş taqqılbabı qapıya – Əhməd Şahbazlının göstərdiyi yerə bərkitdilər (H.Abbaszadə); TOQQUŞMA [Həcər xanım:] Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarında toqquşma ola (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / mübahisə2 сущ. спор: 1. словесное состязание при обсуждении чего-л., в котором каждая из сторон отстаивает своё мнение, свою правоту. Qızğın mübahisə горячий спор, uzun mübahisə бесконечный спор, mənasız mübahisə бессмысленный спор, dostlar arasında mübahisə спор между друзьями; mübahisə açmaq начать спор, mübahisəyə girişmək включиться в спор 2. борьба мнений по различным вопросам науки, политики, искусства и т.п., полемика. Elmi mübahisə научная полемика, ədəbi mübahisə литературный спор 3. взаимное притязание на владение, обладание чем-л., разрешаемое судом. юрид. Əmək mübahisəsi трудовой спор, əmlak mübahisəsi имущественный спор, mənzil mübahisəsi жилищный спор; mübahisə etmək спорить, mübahisə aparmaq вести спор, mübahisə doğurmaq вызвать спор
Azərbaycanca-rusca lüğət / mübahisə1 i. 1. argument, argumentation, controversy; 2. debate, discussion; 3. conflict; qızğın ~ heated argument, heated / hot discussion; elmi ~ (scientific) debate, argumentation; boş-boş ~ useless argument, mere arguing; ~yə girişmək to get* into argument; (qəzetdə) to enter into polemics (with); ~ etmək to argue (about, against), to dispute (about, against), to have* an argument (about, against); Mənimlə mübahisə etmə! Don’t argue with me! Don’t dispute with me!
Azərbaycanca-ingiliscə lüğət / mübahisə1 is. dispute f ; alteraction f ; querelle f ; discussion f ; débat m ; bir kəslə ~ etmək disputer (se) avec qn, quereller (se) avec qn
Azərbaycanca-fransızca lüğət / mübahisə1 [ər.] сущ. бягьс, гьуьжет, спор, гьуьжетдин рахунар, кили (куьгьн.); mübahisə etmək (eləmək) бягьс авун, сад-садахъ галаз гьуьжетун, гафарал фин.
Azərbaycanca-ləzgicə lüğəti / mübahisə