Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır.
Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular.
Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.