Məşidət Qairbəyova
Məşidət Hacıyevna Qairbəyova (29 dekabr 1927, Axvax rayonu, Dağıstan MSSR – 22 noyabr 2015) — Sovet və Rus Avar şairəsi, Dağıstan xalq şairəsi (1969), nasir, dramaturq və ictimai xadim.
Məşidət Qairbəyova, Dağıstan və rus ədəbiyyatının inkişafına önəmli töhfələr verib.
Məşidət Qairbəyova, erkən yaşlarından şeir yazmağa başlamışdı. Məşidə artıq məktəb illərində əsl şair hesab olunurdu. Məşidət avar və rus dillərində yazırdı. Məşidət xanım Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Onun əsərləri 1948-ci ildən nəşr olunur. Onun “Dağ qadınının sözü” (1952, rus dilinə tərcümə, 1955) və “Zirvəyə gedən yol” (1958, rus dilinə tərcümə, 1960) şeirləri toplularında Dağıstanın həyatındakı sosialist dəyişiklikləri ətraflı şəkildə təsvir edilmişdir. Odlu sətirlərini Məşidət xanım dünyanı qorumaq mövzusuna həsr etmişdir. Məşidət xanım “Uzaq bacı” (1954), “Yarımçıq məktub” (1955), “Gəlinin ağ yaylığı” (1965), “Cinayətə görə cəza” (1967), “Qırmızı partizan qızı” (1968) şeirlərinin müəllifi.