məşq sözü azərbaycan dilində

məşq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məşq • 95.8317%
  • Məşq • 4.1396%
  • MƏŞQ • 0.0287%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məşq
Məşq (ing. Training) — Bilik, bacarıq və sosial münasibətləri inkişaf etdirməyə yönəlmiş fəal təlim metodu. Məşq, ünsiyyətdə şəxsiyyət və peşə davranışının səriştəsini inkişaf etdirmək məqsədi daşıyan interaktiv bir təhsil formasıdır. Təlimə müxtəlif baxımından təhlil edilə bilər: Müsbət möhkəmləndirmənin köməyi ilə lazımi davranış nümunələri formalaşan və mənfi möhkəmləndirmənin köməyi ilə "arzuolunmazlar" "silinən" xüsusi bir təlim forması kimi; Məqsədi biliklərin ötürülməsi, müəyyən bacarıqların inkişafı olan fəal təlim forması kimi; İştirakçıların özünün zəif yanlarını ifşa etməsinə şərait yaratmaq və öz psixoloji problemlərini həll etmək üçün müstəqil axtarış metodu kimi. Məşqin inkişaf tarixi, təhsilin inkişaf tarixi kimi, min illərə malikdir. Təlimdən ilk istifadə edənlərdən biri 1912-ci ildə Deyl Karnegi Treninq şirkətini quran Deyl Karnegi idi. Bu mərkəzdə ictimai nitq bacarıqlarının inkişafı, özünə inam, insanlar arasında qarşılıqlı əlaqə və s. mövzusunda təlimlər keçirildi və hələ də davam edir. Məşhur sosial psixoloq Kurt Levin də təlim forması olaraq təlimə mühüm töhfə verdi. 1946-cı ildə K. Levin və həmkarları ünsiyyət bacarıqlarını artırmaq məqsədilə təlim qrupları qurdular.
Fiziki məşq
Fiziki məşq — fiziki hazırlığı və ümumi sağlamlığı, rifahı gücləndirən və qoruyan hər hansı bədən fəaliyyətidir. Bu, böyüməyə kömək etmək və gücü artırmaq, qocalmanın qarşısını almaq, əzələləri və ürək-damar sistemini inkişaf etdirmək, atletik bacarıqları inkişaf etdirmək, arıqlamaq və ya pəhriz saxlamaq, sağlamlığı yaxşılaşdırmaq və ya sadəcə həzz almaq üçün müxtəlif səbəblərdən həyata keçirilir. Bir çox fərdlər qrup halında toplaşa, ictimailəşə və rifahı və psixi sağlamlığı yaxşılaşdıra biləcəkləri açıq havada məşq etməyi seçirlər. Sağlamlıq faydaları baxımından tövsiyə olunan məşq miqdarı məqsədə, məşq növünə və insanın yaşından asılıdır. Hətta az miqdarda məşq etmək heç etməməkdən də daha faydalıdır. == Təsnifat == Fiziki məşqlər insan orqanizminə ümumi təsirindən asılı olaraq ümumiyyətlə üç növə bölünür: Aerobik məşq böyük əzələ qruplarından istifadə edən və bədənin istirahət zamanı olduğundan daha çox oksigen istifadə etməsinə səbəb olan hər hansı fiziki fəaliyyətdir. Aerobik məşqlərin məqsədi ürək-damar dayanıqlığını artırmaqdır. Aerobik məşqlərə misal olaraq qaçış, velosiped sürmə, üzgüçülük, sürətli yerimə, iplə atlama, avarçəkmə, yürüyüş, rəqs, tennis, davamlı məşq və uzun məsafəyə qaçış daxildir. Güc və müqavimət məşqlərini özündə birləşdirən anaerob məşq əzələ kütləsini möhkəmlədə, gücləndirə və artıra, həmçinin sümük sıxlığını, tarazlığı və koordinasiyanı yaxşılaşdıra bilər. Güc məşqlərinə misal olaraq push-up, pull-up, lunges, squats, bench press daxildir.
Almaniyada ilin futbol məşqçisi
Bu Almaniyada hər il üzrə seçilmiş ilin məşqçisi siyahısıdır (Trainer des Jahres). Mükafat 2002-ci ildən başlayaraq qalibinə təqdim edilir. Qalib "Alman İdman Jurnalistləri Assosiasiyası"nın (Verband der Deutschen Sportjournalisten) üzvü olan alman futbol jurnalistləri tərəfindən seçilir və ölkənin idman dərgisi olan "Kiker" jurnalında dərc edilir.
Elmar Hüseynov (məşqçi)
Elmar Afis oğlu Hüseynov (1971, Bakı) — boks idman növü üzrə SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq Dərəcəli Hakimdir. == Həyatı == Elmar Hüseynov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 154 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dəvlət Bədən Tərbiyəsi İnstitutunun “Pedaqoji” fakültəsinə daxil olub. 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1996-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya ixtisası üzrə aspiranturaya qəbul olunmuş və 1999-cı ildə psixologiya üzrə fəlsəfə doktorluq dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Ailəlidir. == Fəaliyyəti == Elmar Hüseynov 1996-ci ildən - 2008-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasında dərs demişdir. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Ağırlıq qaldırma və boks” və “Pedaqoqika və psixologiya” kafedralarında müəllim vəzifəsində işə qəbul olunmuşdur, 2000-ci ildən baş müəllim, 2002-ci ildə dosent, 2010-cu ildən isə - professor vəzifəsində işləmişdir.
Elnur Alıyev (məşqçi)
Elnur Alıyev (əməkdar məşqçi)
Firudin Qurbanov (məşqçi)
Firudin Qurbanov (Tam adı: Firudin Eyyub oğlu Qurbanov; d. 24 oktyabr 1946, İrəvan, Ermənistan SSR, SSRİ) — 1990−1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi olmuş, 3 qat SSRİ çempionudur.(1971,1972,1974) == Həyatı == Firudin Qurbanov 24 oktyabr 1946-cı ildə İrəvan şəhərində anadan olub. Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəbi bitirmiş, 1969–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Evlidir, dörd övladı var. 1971-ci ildə SSSR xalqlarının Spartakiyada çempionu, dəfələrlə dünya miqyaslı yarışların qalibi olub. 1990–1992-ci illərdə İsveç yığma komandasının baş məsləhətçisi, Azərbaycanın əməkdar məşqçisi, 3 qat SSRİ çempionu və SSRİ beynəlxalq idman ustasıdır. 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə ona "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilmişdi.
Fransada ilin məşqçisi
Bu, hər il mövsümün sonunda Fransada seçilən ilin məşqçisi siyahısıdır. Fransada ilin məşqçisi mükafatı 1994-cü ildən bəri sahibinə təqdim edilir. Mükafatın ilk sahibi isə "Kann" klubunda məşqçi kimi çalışmış Luis Fernandes olmuşdur. Erik Qerets isə mükafatı qazanmış ilk əcnəbi məşqçidir.
Kəpəz PFK-nın baş məşqçilərinin siyahısı
Aşağıda "Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçilərinin və onların əsas nailiyyətlərinin siyahısı təqdim edilmişdir. Klubun hal-hazırkı baş məşqçisi 2024-cü ildə Adil Şükürovu əvəzləmiş Azər Bağırovdur. 1959-cu ildə "Tekstilşik" (Toxucu) adı ilə yaranan komandanın ilk baş məşqçisi, bakılı, "Neftyanik"in sabiq müdafiəçisi Valentin Xlıstov olub. SSRİ dövründə komandanın ən uğurlu baş məşqçisi Vladimir Şuvalov hesab olunur. Məhz onun rəhbərliyi altında komanda 1965-ci ildə İkinci liqanın qalibi olaraq Birinci liqaya, 1967-ci ildə isə Birinci liqanın qalibi olaraq Yüksək liqaya vəsiqə qazanmışdır. Müstəqillik dövründə "Kəpəz"in ilk baş məşqçisi, klubun keçmiş hücumçusu Şahmir Hüseynov olub. "Kəpəz" ən böyük uğurlarını 1993-2003-cü illərdə klubun baş məşqçisi olmuş Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Gəncə təmsilçisi bu dönəmdə 3 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.
Murad Musayev (məşqçi)
Murad Oleqoviç Musayev (rus: Мурад Олегович Мусаев; 10 noyabr 1983-cü il təvəllüdlü) — Rusiyalı futbol məşqçisi. Murad Musayev Rusiya Federasiyasının Krasnodar şəhərində doğulub. Babası Murad milliyyətcə özbəkdir, SSRİ dövründə Buxaradan Krasnodara köçüb. Sonradan babası Özbəkistana geri qayıdıb. Ailəsinin bütün digər üzvləri milliyyətcə rusdur. Futbolçu karyerası olmayıb. Musayev "Kuban Fiziki Hazırlıq, İdman və Turizm" universitetini bitirib. Unversitetdə oxuduğu zaman gənclərdən ibarət "Krasnodar-2000" klubunda uşaq məşqçisi kimi işləyib. 2011-ci ildə "Krasnodar" klubunun futbol akademiyasında fəaliyyətə başlayıb. 2018-ci ildə "Krasnodar" klubunun gənclər komandasının məşqçisi təyin edilir.
Müvəqqəti məşqçi
Müvəqqəti məşqçi — idmanda adətən müntəzəm məşqçi vəzifədən kənarlaşdıranda və ya başqa kluba keçəndə, müvəqqəti olaraq klubu və ya komandanı idarə edir.
Nazim Əliyev (məşqçi)
Qarabağ FK-nın baş məşqçilərinin siyahısı
Aşağıda "Qarabağ" Futbol Klubunun baş məşqçilərinin və onların əsas nailiyyətlərinin siyahısı təqdim edilmişdir. Klubun hal-hazırkı baş məşqçisi 2008-ci ildə Rasim Qaranı əvəzləmiş Qurban Qurbanovdur.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Qəhrəman Əliyev (məşqçi)
Qəhrəman Əliyev (11 avqust 1959, Masallı – 26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir. Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir. 1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)", C-lisenziyası ildən(ilə) B-lisenziyası(il): A-lisenziyası(il): 2011 Pro-lisenziyası(il) ildən 1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır. 1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə; 2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.
Ramil Əliyev (məşqçi)
Ramil Əliyev (d. 21 iyun 1986, Brest, Belarusiya SSR, SSRİ) — Azərbaycan futbol mütəxəssisi, Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçi (20 yaş). Ramil Əliyev 21 iyun 1986-cı ildə Belarusiya SSR-nin Brest şəhərində anadan olmuşdur. Futbol üzrə Azərbaycan çempionatı 2004/2005 mövsümündə MOİK-də çıxış edib və zədə səbəbindən karyerasını erkən başa vurub. Ramil Əliyev Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçidir. O, 20 yaşında ikən 2006-cı ildə MOİK (Bakı) komandasını baş məşqçi kimi meydana çıxarmışdır. Futbol üzrə Azərbaycan çempionatı 2005/2006 mövsümündə 25 mart 2006-cı ildə MOİK (Bakı) – Olimpik (Bakı) oyununda Premyer Liqada baş məşqçi kimi debüt etmiş və həmin qarşılaşmadan komandası 0:2 hesabı ilə məğlub ayrılmışdır. Ramil Əliyev UEFA-nın A lisenziyasına malikdir.
Ramiz Məmmədov (məşqçi)
Ramiz Həbib oğ­lu Məmmədov – Azərbaycanlı məşqçi, futbolçu. 15 avqust 1968-ci ildə Ağdamda anadan olmuşdur. Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Qarabağ, Kür-Nur Mingəçevir, Dinamo Bakı, Kəpəz, Neftçi Bakı, Şəfa Bakı, Peykan, Pegah Gilan, Turan Tovuz. Azərbaycan yığma komandasının daimi üzvlərindən biri olub. Yığmamızın heyətində 20 oyun keçirib, 4 qol vurub. Dünyanın ən çox qol vuran müdafiəçiləri siyahısına düşüb. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) hesablamalarına əsasən, 1992-2005-ci illər ərzində keçirdiyi 285 oyunda 64 qol vurmaqla dünyanın ən çox qol vuran 33-cü futbolçusu olub. Bu siyahıda rumıniyalı George Popescu, alman Andreas Breme, braziliyalı Roberto Karlos, fransalı Frank Leböf, italiyalı Cyankinto Faşetti kimi məşhur futbolçuları qabaqlayır. Məşqçi karyerasına 2006-cı ilin oktyabrında Qəbələ klubunda başlayıb. A kateqoriyalı məşqçidir.
Real Madrid Futbol Klubunun baş məşqçiləri
Real Madrid Futbol Klubu — İspaniyanın Madrid şəhərində yerləşən və La Liqada çıxış edən peşəkar bir futbol klubudur. Bu xronoloji siyahı ilk peşəkar baş məşqçisinin təyin olunduğu 1910-cu ildən bu günə qədər Real Madridin əsas komandasının baş məşqçisi vəzifəsini tutanların hamısını əhatə edir. Hər bir məşqçinin kluba gəliş tarixinə və klubun ümumi rəqabət rekorduna (qazandığı, heç-heçə etdiyi və məğlub olduğu matçlar baxımından), qazandığı uğurlar, titullar və himayəsində olduğu müddətdə qazandığı əhəmiyyətli nailiyyətlər daxildir. Real Madridin ilk peşəkar baş məşqçisi irlandiyalı Artur Conson idi. Klubun qurucularından biri və idarə edicilərindən olan Adolfo Melendez tərəfindən komandaya cəlb edilmiş və komandanı on mövsüm çalışdırmış, bir İspaniya Kuboku qazanmışdı. Qazanılan kuboklar baxımından Real Madridin ən uğurlu baş məşqçisi 15 illik məşqçiliyi dövründə 9 La Liqa, iki Kral Kuboku, iki Avropa Kuboku və bir Qitələrarası Kubok qazanan Miqel Munyosdur. O, eyni zamanda klubun ən uzun müddət işləyən baş məşqçisidir.
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır. İki baş məşqçi iki il ardıcıl çempion olmuşdur. Bu baş məşqçilər 1976-1977-ci illərdə "Trabzonspor" komandası ilə çempion olan Əhməd Suat Özyazıçı və 1996-1997-ci illərdə "Qalatasaray" komandası ilə kuboku əldə edən Fateh Terimdir.
Elşad Quliyev (baş məşqçi)
Elşad Əhməd oğlu Quliyev (4 noyabr 1976, Sisian rayonu) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır. == Həyatı == Elşad Quliyev 1976-cı il noyabrın 24-də Qarakilsə rayonunda anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra həmin ildə bakalavr təhsili üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş və 1997-ci ildə təhsilini başa vurduqdan sonra, həmin ildə həmin akademiyada magistr dərəcəsi üzrə təhsilə başlamış və 1999-cu ildə məzun olmuşdur. 2000–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, 2 övladı var. == Karyerası == Elşad Quliyev hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi əmək fəaliyyətinə başlamışdır. === Futbolçu karyerası === Elşad Quliyev 1992–1994-cü illərdə Birinci Liqada Məşəl FK-da çıxış etmişdir. Daha sonra Yüksək Liqada 1994–1998-ci illər ərzində Fərid Bakı FK-da, 1998–2000-ci illərdə isə MOİK Bakı FK-da çıxış etmişdir. Ardınca Futzal Liqada 2000–2005-ci illərdə Gömrükçü MFK-da çıxış etmiş və 2 dəfə Azərbaycan Kubokunu qaldırmışdır.
Azər Bağırov (məşqçi)
Azər Bağırov (18 iyun 1984) — Kəpəz futbol klubunun baş məşqçisi vəzifəsini icra edən azərbaycanlı futbol məşqçisi. == Karyera == === Araz-Naxçıvan === O, 1 iyun 2022-ci ildən 6 aprel 2024-cü ilə qədər Azərbaycan Premyer Liqasında çıxış edən "Araz Naxçıvan"ın baş məşqçisi vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Boz qurdlar" 2022/2023 sezonunda I Divizionun çempionu olmuş və Azərbaycan Premyer Liqasına vəsiqə qazamışdır. === Kəpəz === Bağırov 30 avqust 2024-cü ildə "Kəpəz" futbol klubunun baş məşqçisi təyin edilib.
İsmayıl İsmayılov (məşqçi)
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini. İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.. Ailəlidir, iki oğlu var. 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir.
Polis Akademiyası 3: Məşqə qayıdış
Polis Akademiyası 2: Geri təlimə (ing. Police Academy 3: Back in Training) — 1986-cı ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. Bir əyalətdə iki Polis Akademiyasının gərəksiz olduğunu düşünən Vali Neilson, məktəblərdən birinin təhsilə davam edəcəyini bildirir və Komandir Lassardın hər biri fərqli şəxsiyyətlərə sahib olan polis namizədləri ilə Komandir Mauserin qaydalara bağlı, güclü dənizçiləri arasında gülməli bir mübarizə başlayır... Polis Akademiyası 3 — Internet Movie Database saytında.
Məşqçi (idman)
Məşqçi — Məşqə rəhbərlik edən, məşq mütəxəssisi olan idmançıya məşqçi deyilir. Bir idman komandasına, yaxud bir idmançıya istiqamət verən, məşq etdirən bir şəxsdir.
Qarabağ FK-nın baş məşqçiləri
Aşağıda "Qarabağ" Futbol Klubunun baş məşqçilərinin və onların əsas nailiyyətlərinin siyahısı təqdim edilmişdir. Klubun hal-hazırkı baş məşqçisi 2008-ci ildə Rasim Karanı əvəzləmiş Qurban Qurbanovdur.

məşq sözünün leksik mənası və izahı

məşq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 MƏŞQ (müxtəlif mənalarda) [Cavan fəhlə:] Başqası olsaydı güləşmə həvəskarı ilə məşq keçdiyi üçün hökumətdən haqq alırdı, o müftə eləyir (H.Abbaszadə); Onlar içəri keçdilər və Yunis yeni yazdığı mahnının məşqinə başladı (X.Hasilova); TƏLİM Balağa təlim verdiyi gənc pəhləvanları tamaşaçıların hərarətlə qarşılaması onun ürəyindən idi, çox sevinirdi (H.Abbaszadə); HAZIRLIQ, REPETİSİYA.

    Azərbaycan dilinin sinonimlər lüğəti / məşq

məşq sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тренировка: 1. занятие, упражнение, служащие для совершенствования навыков, умений. Üzgüçülük üzrə məşqlər тренировки по плаванию, atıcılıq üzrə məşqlər тренировки по стрельбе 2. упражнение, развитие чего-л. Əzələlərin məşqi тренировка мускулов, müntəzəm məşqlər систематические тренировки II прил. тренировочный: 1. являющийся тренировкой. Məşq uçuşu тренировочный полёт 2. предназначенный, служащий для тренировки. Məşq meydançası тренировочная площадка, məşq kostyumu тренировочный костюм; məşq etmək тренироваться

    Azərbaycanca-rusca lüğət / məşq

məşq sözünün inglis dilinə tərcüməsi

məşq sözünün fransız dilinə tərcüməsi

məşq sözünün ləzgi dilinə tərcüməsi

məşq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) su tuluğu. – Məşq ilə su gətirillər

Azərbaycan dilinin dialektoloji lüğəti.

"məşq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məşq nədir? #məşq sözünün mənası #məşq nə deməkdir? #məşq sözünün izahı #məşq sözünün yazılışı #məşq necə yazılır? #məşq sözünün düzgün yazılışı #məşq leksik mənası #məşq sözünün sinonimi #məşq sözünün yaxın mənalı sözlər #məşq sözünün əks mənası #məşq sözünün etimologiyası #məşq sözünün orfoqrafiyası #məşq rusca #məşq inglisça #məşq fransızca #məşq sözünün istifadəsi #sözlük