* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Sərxoş, kefli. Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət. □ Məst etmək (eləmək) – kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi. Məst olmaq – içib keflənmək, sərxoş olmaq. Axır vaxtlarda Yusif … əlinə düşən pulu içkiyə verib tez-tez məst olurdu. S.S.Axundov. [Ağa Mərdan bəy] … məst olaraq arvadı evdən çıxarıb … balkonda yatmağa məcbur edərdi. T.Ş.Simurq. 2. məc. Xoş və gözəl bir təəssüratdan təsirlənmiş, nəşələnmiş, keflənən kimi olmuş, bihuş olmuş, məftun olmuş. Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm; Saqi, mənə min-bəd meyi-nab gərəkməz. M.Ə.Sabir. □ Məst etmək (eləmək) məc. – kefləndirmək, nəşələndirmək, bihuş etmək, məftun etmək. Onu məst edərdi öz gözəlliyi; Gül-çiçək açardı gözündə hər yan. B.Vahabzadə. Peçin üstündə qazançadan qalxan qızartma iyi Gülyazı məst elədi. Q.İlkin. Məst olmaq məc. – gözəl bir şeyin təsirindən keflənmiş kimi olmaq, huşu getmək, məftun olmaq. Yüzün gördü, şeyda könül, məst oldu; Nə hacət ki, həşr olduqca ayinə. M.V.Vidadi. Səhər yerindən qalxıb həyətə çıxanda ətirdən məst olursan. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / məst2 is. [fars. məs] Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı; məs. Məst geymək. – [Qərib:] Birisinin ayağında məsti var; Birisinin can almağa qəsdi var. “Aşıq Qərib”. Qərənfil bacının … ayaqlarında ipək corabla yüngül məst var idi. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / məst3 MƏST1 f. sərxoş, kefli. MƏST2 f. yüngül ev ayaqqabısı, məs.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / məst1 MƏST I is. [ fars. ] Evdə geyilən yüngül ayaqqabı. Qafar kişi, sən kimlərə məst tikirsən? – Məsti cırılanlara, başına dönüm (N.Xəzri). MƏST II is. [ fars. ] İçkidən, çox yeməkdən xumarlanma, sərxoş. Mən onsuz da məstəm, dəryadır qəmim; Bir an ayrılmamış qəmdən aləmim (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / məst2 1 сущ. чувяки (кожаные туфли с мягкой подошвой) 2 сущ. 1. пьяный (находящийся под действием выпитого спиртного 2. перен. опьянелый (находящийся в состоянии восторженного увлечения); məst etmək (eləmək) пьянить, опьянить; məst olmaq пьянеть, опьянеть
Azərbaycanca-rusca lüğət / məst1 s. drunk, tipsy, intoxicated; ~ olmaq 1) to be* drunk; 2) məc. to enjoy smth. greatly; O, məstdir He / She is drunk; d.d. He / She is very much on
Azərbaycanca-ingiliscə lüğət / məst1 sif. ivre, soûl, -e ; gris, -e ; enivré, -e ; ~ olmaq être ivre, enivrer (s’), griser (se) ; sevincdən ~ olmaq être enivré, -e de joie ; ~ etmək envirer vt, griser vt, soûler vt
Azərbaycanca-fransızca lüğət / məst1 [fars. məs] сущ. кьезил кӀвачинкъапар (хамуникай ва я хъуьтуьл материалдикай цвайи).
Azərbaycanca-ləzgicə lüğəti / məst2 [fars.] прил. мест (1. пиян, кефли; məst etmək (eləmək) мест авун а) кефли авун, пиянарун; б) пер. бейгьуш авун, кьару авун; məst olmaq мест хьун а) хъвана пиян хьун; б) пер. бейгьуш хьун, акьул кьиляй акъатун, кьару хьун (2 лагьай манада); 2. пер. рикӀиз хуш ва иер са затӀуни эсер авуникди мест хьайи, кефли хьиз хьайи, бейгьуш хьайи, кьару хьайи).
Azərbaycanca-ləzgicə lüğəti / məst(Biləsuvar, Şəmkir) bax məs. – Məstin üstün düymələ (Biləsuvar)
Azərbaycan dilinin dialektoloji lüğəti.