Rəşt sözü azərbaycan dilində

Rəşt

Yazılış

  • Rəşt • 99.8333%
  • rəşt • 0.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Rəşt müqaviləsi
Rəşt müqaviləsi — Səfəvilər dövləti ilə Rusiya arasında müqavilə. == Rəşt müqaviləsi ərəfəsində Azərbaycanda baş verən siyasi hadisələr == Rusiya Əşrəflə 1729-cu il Rəşt müqaviləsini imzaladıqdan sonra İranda Nadirin mövqeyi möhkəmlənməyə başladı. O, 1726-cı ildə Mazandaranda II Təhmasib ətrafında toplanan antiəfqan qüvvələrə qoşulmuş və burada əsas qüvvəyə çevrilmişdi. Nadir Əşrəf üzərində qalib gələrək İsfahana daxil olmuş, burada II Təhmasib şah taxtına çıxarılmışdı. Nadir Şiraz yaxınlığında Əşrəfi yenidən məğlubiyyətə uğradaraq, 1730-cu ildə əfqan işğallarına son qoydu. Bundan sonra Nadir osmanlılara qarşı çıxdı. O, 1730-cu ilin avqustunda Təbrizi tutdu. Vəziyyəti belə görən Rusiya İranla danışıqları bərpa etməyi qərara aldı. Xorasanda əfqanların üsyanı Nadirin planında dəyişiklik yaratdı. II Təhmasib Nadirin əfqanlara qarşı yola düşməsindən istifadə edərək Osmanlı dövləti ilə hərbi əməliyyatları bərpa etdi və məğlubiyyətə uğradı.
Rəşt şəhristanı
Rəşt şəhristanı (fars. شهرستان رشت‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Rəşt şəhəridir. 2006-cı ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 857 606 nəfərdir.
Rəşt müqaviləsi (1729)
Rəşt müqaviləsi (1729) - Rusiya ilə İran hökmdarı Əşrəf arasında bağlanmış müqavilə. == Rusiyanın İranla yaxınlaşması == I Pyotrun ölümündən sonra onun varisləri I Yekaterina (1725-1727), II Pyotr (1727-1730) və Anna İvanovnanın (1730-1740) dövründə Səfəvi dövləti ilə münasibətdə müəyyən dəyişiklik baş verdi. Rusiya Səfəvi dövlətinin Osmanlı dövləti tərəfinə keçməsinə yol verməmək üçün bəzi güzəştlərə getməli oldu. XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin böhranı xeyli dərinləşmişdi. Bundan istifadə edən əfqanların Səfəvi dövlətinə qarşı işğalları başladı. Mirmahmudun yürüşləri İsfahanın tutulması və onun şah elan edilməsi ilə (1722-1725) nəticələndi. Antiəfqan qüvvələri Mazandaranda II Təhmasib ətrafında mərkəzləşməyə başladı. Əfqanların öz daxilində də çəkişmələr genişləndi, 1725-ci ilin aprelində Mahmud öldürüldü. Əşrəf şah elan olundu (1725-1729). Hakimiyyətə gələn Əşrəf 1726-cı ildə osmanlılara qarşı çıxdı, lakin kifayət qədər qüvvəsi olmadığına görə 1727-ci ilin oktyabrında osmanlılarla müqavilə imzalandı.
Astara-Rəşt-Qəzvin dəmiryolu
Astara-Rəşt-Qəzvin dəmiryolu — tikilməkdə olan, Rusiya, Azərbaycan və İran dəmiryollarını birləşdirəcək şimal → cənub istiqamətində beynalxalq nəqliyyat layihəsinə aid bir dəhlizdir. Bu dəmiryolu dəhlizi vasitəsilə Azərbaycan Astarası İran Astarası ilə birləşmiş olacaqdır.
I Pyotrun Rəşti işğal etməsi
I Pyotrun Rəşti işğal etməsi — 1722-ci ilin dekabrı ilə 1723-cü ilin martı arasında baş vermişdir. Rus-Səfəvi müharibəsinin bir hissəsidir. Bu işğalla Rəşt də daxil olmaqla, Səfəvi imperiyasının Xəzər dənizi sahili torpaqlarının bir hissəsi təxminən 10 illik rus işğalı altına düşmüşdür. Bu işğal 1732-ci il Rəşt müqaviləsinə qədər davam etmiş, bu müqavilədən sonra Səfəvi imperiyasına geri qaytarılmışdır. == İşğal və döyüş == Müharibənin başlaması üçün bəhanə rəsmi olaraq Səfəvi dövlətinin təbəəsi olan, lakin mərkəzi hökümətə qarşı artıq uzun müddətdir üsyan qaldırmış olan ləzgi tayfalarının 1721-ci ildə Şirvan əyalətində hücum edərək rus tacirlərinin canına və malına ziyan vurmaları olmuşdur. Bundan əlavə, 1722-ci ildə Səfəvi dövləti tənəzzül etməkdə idi. Ölkənin bir çox yerini üsyanlar bürümüşdü. Buna görə də, Gilan əyalətinin valisi rus yardımına müraciət etdi.Hücum əməliyyatı Pyotr və onun ordusu üçün sürətli cərəan etməkdə idi. O, artıq Səfəvi torpaqları olan Dağıstanı ələ keçirmiş və təxminən müasir Azərbaycan Respublikasının ərazisini təşkil edən Aran və Şirvana doğru yürüşlər planlamaqda idi. II Təhmasibin ümidsiz vəziyyətindən olduqca çox yararlanmağa çalışan Pyotr mümkün olduğu qədər torpaq ələ keçirmək istəyirdi.
Mirzə Həbibullah Rəşti
Mirzə Həbibullah Rəşti (1818-1896 Əmləş-Nəcəf)—İslam alimi. == Həyatı == Mirzə Həbibullah Rəşti hicri 1234-cü ildə Gilanın kəndlərindən birində dünyaya göz açmışdı. O, elmin ilk müqəddimələrini öz vətənində xüsusi müəllimlərdən almışdır. 18 yaşında elmini təkmilləşdirmək üçün Qəzvin şəhərinə gedir. Və artıq 25 yaşında olmasına baxmayaraq, ictihad icazəsi alır. Bundan sonra isə araşdırmalarını davam etdirmək üçün müqəddəs Nəcəf şəhərinə səfər edir. Orda isə Şeyx Ənsari və Sahibul-Cəvahir kimi böyük alimlərdən dərs alır. Mirzə Həbibullah Rəşti "İcarə", "Məsələtul-qəzəb", "Əl-İmamiyyə", və s. kimi əsərləri özündən elmi irs olaraq qoymuşdur. O, hicri 1273-cü ildə 78 yaşında Nəcəf şəhərində vəfat etmişdir.
Mirzə Kərim xan Rəşti
Əbdülkərim xan Əkbər, Mirzə Kərim xan Rəşti adıyla tanınan , Hacı Məhəmmədkazım Vəkilürrüaya Əmşənin (Hacı Vəkil) oğlu, Əkbər xan Bəylərbəyinin qardaşı oğlu, Fəthulla xan Əkbər və Sadıq xan Əkbərin əmoğlusu idi.Qardaşı Sərdar Möhyi ilə birlikdə Məşrutə hərəkatında əhəmiyyətli rolları var idi.Hər iki qardaş Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idilər və Gilanda təşkil edilən sirri Səttar komitəsinin üzvlərindən idilər ki hədəfi məşrutənin bərpa olunması idi.1944-cü ildə Tehranda vəfat edib. == Mənbə == Gilanın adları və Adlıları.Cahangir Sərtippur. Ata və Oğul.Mahmud Tuluyi. Gilan Məşrutə Hərəkatında.İbrahim Fəxrayi.
Rəştabad-i Cədid (Əhər)
Rəştabad-i Cədid (fars. رشتابادجديد‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (7 ailə).
Rəştabad-i Qədim (Əhər)
Rəştabad-i Qədim (fars. رشتابادقديم‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 528 nəfər yaşayır (121 ailə).
Seyid Kazım Rəşti
Seyid Kazım bin Qasım əl-Hüseyni ər-Rəşti (1793–1843) (ərəb. سيد كاظم بن قاسم الحسيني الرﺷتي‎), ‎(fars. سید کاظم رشتی‎), —Şeyxiyyə təriqətinin şeyxi, mürşüd, müctəhid. == Həyatı == Nəbil Zərəndi yazır: "Seyid Kazım hicri 1259-cu ildə ərəfə günü (31 dekabr 1843-cü ildə) çobanın yuxusuna tam uyğun surətdə 60 yaşında vəfat etdi. Onun müqəddəs qəbri şəhidlərin ağasının, yəni İmam Hüseyn-əleyhissalamın məqbərəsinin yanındadır. Onun vəfat etdiyi gün Kərbəlada sanki qiyamət qopmuşdu. Bir il əvvəl hökumət qüvvələrinin hücumu zamanı Kərbəla əhalisinin sığınacağına çevrilmiş evi həmin gün hədsiz kədər və hüzn məkanına dönmüşdü. Onun vəfatı bütün davamçılarını qəm-qüssəyə qərq etmiş, ayrılığı ürəkləri qana döndərmişdi". == Əsərləri == İslamın əsası, adətən, «Üsuli-din» adlanan əsərlərdə sərh еdilir. Sеyid Kazım b.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.67 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 10.28
2003 0.39
2004 ••••• 3.03
2005 •••• 2.02
2006 ••• 1.58
2007 •••• 1.90
2008 ••••••••••• 6.33
2009 •• 1.12
2010 ••••• 2.63
2011 •••• 2.40
2012 0.52
2013 ••••• 2.77
2014 •••• 2.40
2015 •••• 1.87
2016 ••••••••••• 6.59
2017 ••••••••••••• 7.80
2018 •••••••••••••••••••• 12.29
2019 •••••••••••• 6.82
2020 •••••• 3.45

rəşt sözünün rus dilinə tərcüməsi

"rəşt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəşt nədir? #rəşt sözünün mənası #rəşt nə deməkdir? #rəşt sözünün izahı #rəşt sözünün yazılışı #rəşt necə yazılır? #rəşt sözünün düzgün yazılışı #rəşt leksik mənası #rəşt sözünün sinonimi #rəşt sözünün yaxın mənalı sözlər #rəşt sözünün əks mənası #rəşt sözünün etimologiyası #rəşt sözünün orfoqrafiyası #rəşt rusca #rəşt inglisça #rəşt fransızca #rəşt sözünün istifadəsi #sözlük