test sözü azərbaycan dilində

test

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • test • 87.5096%
  • Test • 12.4521%
  • TEST • 0.0383%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Test pilotu
Test pilotu — yeni yaradılmış olan təyyarələrdə meydana çıxması ehtimal edilə bilən hər cür qəza və yanğını bir sınaq uçuşu ilə araşdıran təhkim edilmiş şəxs. Test pilotlarının yaxşı uçuş mühəndisliyi təhsili alması vacibdir. 1950-ci illərdən sonra bir çox test pilotu kosmonavt olmuşdur. == Xarakterik xüsusiyyətləri == Test uçuşundan anlamalıdır; Təyyarənin xüsusiyyətlərini bütün tərəfləri ilə bilməlidir; Hər test uçuşunun nəticəsini çıxarmağı bacarmalıdır; Yaxşı ön müşahidə qabiliyyətinə sahib olmalıdır, problem yarandıqda müdaxilə etməyi bacarmalıdır. == Məşhur test pilotları == Neil Armstrong, X-15 pilotu və Ay səthində gəzmiş ilk insan.
Test üsulu
Test üsulu ilk dəfə olaraq 1969-cu ildə ABŞ-də orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-nin bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib. == Azərbaycanda == Azərbaycanda Test üsulu ilk dəfə olaraq 1992-ci ildən ali məktəbə tələbə qəbulu prosesində sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunub. Buraxılış imtahanları təhsil pillələri üzrə (9 və 11-ci siniflər) testlər vasitəsilə mərkəzləşdirilmiş qaydada aparılır, nəticələri xüsusi prosedurlar və texniki vasitələr tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyində qiymətləndirilir, məzunlara şəhadətnamə və attestatların verilməsi təmin edilir. Azərbaycanda Test üsulunun tətbiqi ilk dəfə 1992-ci ilin May ayinin 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakire olunmuşdur. "AATP Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunu ən vacib problem sayaraq o zamankı parlament sədri İsa Yunisoğlu Qəmbər ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub." 1960-80-ci illerde 1992-ci ilədək ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun qanunsuz yollarla (hökumət təmsilçilərinin təzyiqilə, vəzifəli şəxslərin təsirilə və kütləvi rüşvətxorluqla) ədalətsiz keçirilməsi milli şüurumuzun inkişafına 20-ci esrdə ən çox ziyan vurmuş amillərdənir. Keçmiş Sovet İttifaqının ərazisində TEST ÜSULU ilə rüşvətsiz tələbə qəbulunun 1992-ci ildən indiyədək əsasən Azərbaycanda keçirilməsi yaxın gələcəkdə xalqımızın əsgi sovet cumhuriyyətlərindəki xalqlara nisətən rəqabət qabiliyyətinin daha da artacagına inam yaradır. Test Üsulunun 1992-ci ildən indiyədək 20 dəfə əsasən uğurlu Tətbiqi xalqımızın mədəni səviyyəsinin fəxr olunacaq bir göstəricisidir. 1992-ci ildə Müsavat başqanının sabiq I müavini, Müsavat Partiyasının üzvlərinlərindən biri Vurğun Əyyub Azərbaycan Tarixində Ən Böyük İslahatın ilk dəfə keçirilməsində fəal iştirak edib. 1992-93-cü illərdə Vurğun Əyyub TQDK-ya rəhbərlik edib.
Jasmine (JavaScript test sistemi)
Jasmine JavaScript üçün açıq mənbə test çərçivəsidir. Proqram qurucuları hər hansı bir JavaScriptin effektiv platformasında çalışmağı, tətbiqə və IDE-yə girməməyi və asanlıqla oxunan sintaksisə sahib olmağı hədəfləyir.Proqram, ScrewUnit, JSSpec, JSpec və RSpec kimi digər sınaq sistemlərindən güclü təsirlənir. == Tarixi == Jasmine üçün Pivotal Labsdakı tərtibatçılar Jasminin aktiv inkişafından əvvəl JsUnit adlı oxşar vahid sınaq çərçivəsini hazırlamışdılar.
SAT (Scholastic Assessment Test)
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu. ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Test (dəqiqləşdirmə)
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
EICAR test faylı
EICAR Anti-Virus Test Faylı və ya EICAR test faylı kompüter antivirusunun test edilməsi məqsədilə Avropa Kompüter Antivirus Tədqiqatları İnstitutu (European Institute for Computer Antivirus Research) və Antivirus Tədqiqat Təşkilatı (Computer Antivirus Research Organization) tərəfindən hazırlanmış kompüter faylıdır. Həqiqi zərər verə biləcək real zərərli proqramdan istifadə etmək əvəzinə, bu test faylı insanlara real kompüter virusundan istifadə etmədən anti-virus proqramını sınaqdan keçirməyə imkan verir. Antivirus proqramları EICAR sətirini digər müəyyən edilmiş imzalara bənzər təsdiqlənmiş virus kimi təyin edirlər. Standart bir virus skaneri faylı aşkar edərkən zərərli virus tapılmış kimi reaksiya verəcəkdir. Əksər virus skanerləri bu faylı virus kimi tanıyır, hətta düzgün konfiqurasiya edildikdə belə bu faylı aşkar etməyə bilər. Nə faylın aşkarlanma üsulu, nə də onun işarələndiyi ifadə standartlaşdırılmayıb və real zərərli proqram təminatının qeyd olunma üsulundan fərqlidir. EICAR test sətirinin tanımlanması müxtəlifyönümlü ola bilər: EICAR test sətrini ehtiva edən fayl sıxıla və ya arxivləşdirilə bilər və sonra sıxılmış faylda test sətirini aşkar edib-etmədiyini görmək üçün antivirus proqramı işə salına bilər. AMTSO Xüsusiyyət Parametrlərinin Yoxlamalarının bir çoxu EICAR test sətirinə əsaslanır. == Dizayn == Bu fayl 68 və 128 bayt arasında olan faylıdır və qanuni .com icra edilə bilən fayldır (sadə x86 maşın kodu-MS-DOS,OS/2 və Windows) (16 bit məhdudiyyətlərə görə 64 bit istisna olmaqla). İcra edildikdə, EICAR test faylı "EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!" və sonra dayanacaq.
Çində Nüvə Test Bazası
Çin Nüvə Test Bazası və ya Çin Xalq Qurtuluş Ordusunun 21-ci Eksperimental Təlim Bazası (PLA 63650) ― Sintszyan-Uyğur Muxtar Rayonunun Bayingoleng Monqol Muxtar Prefekturasında, Heshuo bölgəsinin Nairenkeer qəsəbəsində, Lobnor gölününü qərbində yerləşən baza. Strateji güc kosmik sistemlər Birliyinin birbaşa dəstəyi altında araşdırma və sınaq vahididir. == Tarixi təkamül == 1950-ci illərdə, atom bombaları və raketlərin inkişafı rəsmi olaraq başlanandan sonra, atom bombaları və raket bazalarının istehsalı da gündəmə gətirildi. Çin Xalq Respublikası Milli Müdafiə Naziri Peng təlimatları "Raket bazalarında, atom bombası sınağı sahəsindəki sahə problemləri" Xilian'a tapşırıldı, o, komandir idi. Rong Zen, birlikləri düzəltməkdən narahat idi və onları gizlilik üçün əlverişli olan sistemdən çəkmək yaxşı olduğunu düşündü. Raket bazasının inşası əsasən Çen Şizuya tapşırılmışdı və atom bombası poliqonunun yer seçimi əsasən Sovet mütəxəssislərinin rəhbərliyi altında idi. Mərkəzi Hərbi Komissiya nüvə silahı poliqonunun inşasını təyin etdikdən sonra Milli Müdafiə Nazirliyi sahə seçmə komitəsini təşkil etdi. Üzvlər arasında Çen Şizu, Jiang Ven, Tang Kai, Li Zhaobang, Çang Yong və Sai Feng var idi. Onlar və Abi Andreev və dörd Sovet mütəxəssisi birlikdə yer seçmə planını araşdırdı. Çen Şizuya, komitə üzvləri, Çin Xalq Respublikasının İkinci Maşın Sənayesi Nazirliyindən Guo Yinghui və dörd Sovet mütəxəssisi, atom bombası sınağını araşdırmaq üçün Dunhuangın qərbindəki Gansu bölgəsinə getdilər.
Exploration Flight Test 1
Exploration Flight Test 1 (azərb. Kəşfiyyat Uçuş Testi 1‎) — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır. Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu. Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .
Graduate Management Admission Test
The Graduate Management Admission Test ( GMAT ( /ˈdʒiːmæt/ ( JEE-mat ))), qəbul zamanı istifadə üçün müəyyən analitik, kəmiyyət, şifahi və məlumat savadlılığı bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulmuş kompüter adaptiv testidir (CAT). Master of Business Administration (MBA) proqramı kimi bir məzun idarəetmə proqramı. Test suallarını cavablandırmaq üçün oxuyub başa düşmə, hesab və cəbr kimi riyazi bacarıqlar tələb olunur. Məzun İdarəetmə Qəbulu Şurası (GMAC) testin sahibidir və onu idarə edir və bildirir ki, GMAT tənqidi düşünmə və problem həll etmə bacarıqlarını qiymətləndirir, eyni zamanda real biznes və idarəetmə uğurları üçün vacib hesab etdiyi məlumatların təhlili bacarıqlarına müraciət edir. İldə beş dəfəyə qədər qəbul edilə bilər, lakin cəmi səkkiz dəfədən çox olmamalıdır. Cəhdlər arasında ən azı 16 gün olmalıdır. GMAT ABŞ-da MBA oxumaq istəyənlər üçün tələb edilən ən tanınmış test üsuludur, eyni zamanda iş dünyasında hörmət bəslənəndir. GMAT kursuna hazırlıq dərs materialları və British Centre-in xüsusi test üslubları daxildır.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. == İmtahan == İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Mario Testino
Mario Testino (30 oktyabr 1954[…], Lima) — Peru mənşəli britaniya fotoqrafı == Həyatı == 30 oktyabr 1954-cü ildə Perunun paytaxtı Lima şəhərində anadan olmuşdur. Perunun Katolik Universitetində və San Dieqo Universitetində təhsil almışdır. 1976-cı ildən Londonda yaşayır. Vogue, V, Gucci, Vanity Fair kimi məşhur jurnallarla əməkdaşlıq etmişdir. Çox sayda məşhur aktyor, aktrisa, müğənni, top model və siyasi xadimlərlə işləmişdir. Hazırda Britaniya Kral ailəsi ilə işləməklə yanaşı, Burberry, Gucci, Zara, Michael Kors, Dolce & Gabbana, Estée Lauder, Valentino və Versace şirkətləri ilə də əməkdaşlıq edir.
Mikania testudinaria
Mikania testudinaria (lat. Mikania testudinaria) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Proyektiv testlər
Proyektiv testlər - daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Qamma testləmə
Qamma testləmə - (ing.gamma testing, ru.гамма-тестирование) -proqram məhsulunun satışa buraxılmasından öncə testlənməsinin üçüncü mərhələsi. Qamma testləmə mərhələsində yalnız sənədləşmə və qablaşdırma son şəkildə olmaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ranunculus testiculatus
Ranunculus testiculatus (lat. Ranunculus testiculatus) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Rorşax testi
Rorşax testi — (Almanca tələffüz: [ˈʁoːɐʃax]; Rorschach testi, Rorşax mürəkkəb ləkəsi testi, Rorşarx texnikası yaxud qısaca mürəkkəb ləkəsi testi kimi də bilinir) ilə subyektlərin mürəkkəb ləkəsini qavramaları qeydə alınaraq və sonra psixoloji interpretasiyadan, kompleks alqoritmlərdən yaxud hər ikisindən istifadə edilməklə subyektdə analiz aparılması imkanını verən psixoloji testdir. Bəzi psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, xəstələr öz düşünmə proseslərini açıq şəkildə təssəvür etməyə istəksiz olurlar. Testə yaradıcısı İsveçrəli psixoloq Herman Rorşaxın adı verilmişdir. Rorşax 1960-cı ildə ən geniş istifadə edilən proyektiv test idi. ABŞ milli tədqiqatında Rorşax ambulator əqli sağlamlıq vasitələrində istifadə edilən psixoloji testlər arasında 8-ci yerlə qiymətləndirilmişdir. O, Şəxsiyyətin Qiymətləndirilməsi üçün Cəmiyyətin (Society of Personality Assessment) üzvləri tərəfindən istifadə edilən ən geniş yayılmış ikinci testdir və 25% məhkəmə psixoloji dəyərləndirmə hallarında psixiatrlar tərəfindən tələb edillir, adətən MMPI (Minnesota Multiphasic Personality Inventory) və MCMI-III (Milon Clinical Multiaxial Inventory) testin batareyasına tez-tez daxil edilir. == On mürəkkəb ləkəsi == Rorşaxın Rorşax Testi – Psixodiaqnostik Lövhələr-ində (Rorschach Test – Psychodiagnostic Plates,) çap edilmiş, bütöv şəkil yaxud ən çox önə çıxan təfsilatlar üçün müxtəlif müəlliflərə uyğun tez-tez verilən cavablarla on mürəkkəb ləkəsi aşağıda verilmişdir. == Qeydlər == == İstinadlar == Dana, Richard H. Handbook of cross-cultural and multicultural personality assessment. Lawrence Erlbaum.
Salli və Enn testi
Salli və Enn testi — İnkişaf etmiş psixologiyada bir şəxsin digərlərini səhv inanclara inandırmaq məsələsində sosial hesablama qabiliyyətlərini ölçmək üçün istifadə edilir. (Wimmer & Perner, 1983). Salli və Enn testi 1985-ci ildə Saymon Baron-Koen, Alan M.Lesli və Uta Frit tərəfindən tətbiq edildi, daha sonra 1988-ci ildə Lesli və Frit bu təcrübəni insan aktyorları (daha doğrusu kuklalar) ilə təkrarladılar və oxşar nəticələr tapdılar. == Testin məzmunu == Testdə "Salli" və "Enn" adlı iki kukla istifadə olunur. Salliinin bir səbəti və Enninin bir qutusu olur. Testə baxanlara (bu adətən uşaqlar olur) sadə bir test edilir. Sallinin səbətinə bir diyircək (kiçik metal təkərcik məs.: mebellərin, royalların ayaqlarında olan təkərciklər) qoyulur və Salli səhnədən ayrılır. Salli orada nə olduğunu görmədiyi halda, Enn Sallinin səbətindən diyircəyi götürür ve öz qutusuna qoyur. Salli daha sonra geri dönür, bu zaman uşaqlara Salli ilk olaraq öz diyircəyi üçün hara baxacaq deyə soruşulur. Əgər uşaqlar Sallinin diyircəyin səbətin içində olmadığını bilmədiyindən ilk olaraq elə öz səbətinə baxar deyərlərsə, testi keçmiş olarlar.
Testament
Testament — 1983-cü ildə yaradılan ABŞ Thrash metal musiqi qrupu. == Yaranışı və haqqında == 1983-ci ildə San-fransisko yaradılan qrup, gitara çalan Erik Peterson və və eyni zamanda gitarist əmisioğlu Derrick Ramirez tərəfindən yaradılıb. Onlar ilk olaraq The Legacy adında yaraılmışdır. Qısa zaman sonra heyətə basçı Qreq Kristian və zərb alətlərin də çıxış edən Mike Ronchette daxil oldu. Bu illər də qrupda bir çox üzv dəyişikləri baş verdi. İlk olaraq Derrick Ramirez daha sonra yerini Co Satrianinin tələbəsi olan gitaraçı Aleks Skolnicke ilə əvəz etdi. Ramirez qrupdan ayrılaraq və qrup öz adını daşıyan The Legacy adlı 4 trekdən ibarət demolarını buraxdılar. Ronchette qısa zaman ərzində qrupdan ayrıldı və yerinə Louie Clemente gəldi. Stiv Souza daha sonra Exodus qrupuna daxil olmaq üçün qrupdan ayrıldı və yerinə Chuck Bill onun əvəzinə qrupa daxil olmağı təklif etdi. Daha sonra onlar ilk albomlarını buraxarkən, adlarını Testament olaraq dəyişdirdilər.
Testland
Children of Bodom - Finlandiyadan olan melodic death metal qrupu. == Yaranışı və Haqqında == 1993-ci ildə Aleksi Laiho və Jaska Raatikainen adlı iki dost tərəfindən Espoo, Finlandiyada yaradılıb. Əvvəlcə qrup Inearthed adlanırdı. Daha sonra qrupun adı dəyişilərək Children of Bodom olaraq dəyişdirildi. Bu adın meydana gəlməsinin səbəbi isə, 1960-cı ildə Helsinkiyə 20 km uzaqlıqdakı Bodom gölündə silahlı bir manyak tərəfindən, təcavüzə məruz qalan dörd Fin gəncinin qətlinnən gəlirdi. Onların ilk debüt albomları 1998-ci ildə "Something Wild" işıq üzü gördükdən sonra, qrup Avropada konsertlər də çıxış etməkdən ötrü, dünyaca məşhur Nuclear Blast albom şirkəti ilə müqavilə imzaladılar. Bu imzanın ardından onlar, öz adlarını daşıyan sinql çıxartdılar. Bu sinql həftələrcə boyu reytinqlər də bir nömrə olaraq qaldı, buda onların məşhurlaşmağına şərait yaratdı. == Konsertlər == Daha sonra hər şey daha da sürətlənməyə başladı. 1998-ci ilin Fevralında Hypochrisy, Benediction və Covenant kimi qruplarla çıxdıqları ilk Nuclear Blast qastrolu uğurla həyata keçirildi.
Testosefilozey
Testosefilozey (lat. Testaceafilosea) — İbtidailərin Filozey amöblər sinfinə daxil olan yarımfəsilədir. == Ümumi məlumat == Çanaqlarının sabit forması var. Daha çox zülal təbiətli lövhəciklərlə və ya ekzogen hissəciklərlə örtülür. Psevdopodiyaları sapşəkillidir, bəzən şaxələnir. Bölünməsi aqamdır. Əksər hallarda xırda su orqanizmləridir, ancaq torpaqda və döşənəcəkdə də aşkar edilir. == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Testosteron
Testosteron — androgen qrupundan olan steroid hormonu. Məməlilərdə testosteron ilkin olaraq, erkəklərdə xayalarda, dişilərdə yumurtalıqlarda, həm kişilərdə, həm də qadınlarda çox az miqdarda böyrəküstü vəzlərindən ifraz olunur. Erkək cinsiyyət hormonudur. Sağlamlıq, enerji, libido, immun sistemi ilə və osteoparoz ilə yaxından bağlıdır. Yetkin kişinin qanındakı miqdarı yetkin qadındakinin 40-60 qatı qədər ola bilər. Ancaq qadınlar davranış baxımından (anatomik və ya bioloji baxımdan deyil) bu hormona qarşı çox daha həssas olurlar. Kişilərdə saçların tökülməsinə səbəb ola bilər. Qadınlarda eritrositlərin sayısının kişilərə nisbətən daha aşağı olmasının səbəblərindən biri də testosteronun miqdarıdır. == Xaricdən testosteron hormonunun qəbulu == Bəzi idmançıların, xüsusilə də bodibilderlərin testosteronu xarici dopinq maddəsi kimi istifadə etdikləri məlumdur. Bunun səbəbi testosteronun əzələləri daha tez inkişaf etdirməsi və ya idmançının normal üsullarla əldə edə bilməyəci gücə çatmasına olan inancdır.
Testudines
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. === Müasir tısbağaların ölçüləri və çəkiləri === Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Testudinidae
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. == Xariçi görünüşü və ölçüləri == Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. == Yayılması == Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəlmək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150-200 il yaşayır.
Testudo
Aralıq dənizi tısbağaları (lat. Testudo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinə aid heyvan cinsi. Bu cinsə dörd nadir tısbağa növü daxildir ki, onlarında 35 sm uzunluğu vardır. Onlar əsasən Cənubi Avropa, Şimali Afrika, Qərbi Asiya ərazilərində yayılmışdır. == Növləri == Kənarlarıdişvari quru tısbağası (Testudo marginata) обитающий на Пелопоннесе подвид иногда рассматривают как отдельный вид Testudo weissingeri Aralıq dənizi tısbağası (Testudo graeca) bu növə 13 yarımnöv daxil edilir; bəzən isə Testudo graeca müstəqil növlər ayrıllır: Testudo zarudnyi, Testudo terrestris, Testudo perses, Testudo nabeulensis, Testudo buxtoni, Testudo floweri, Testudo antakyensis Balkan tısbağası (Testudo hermanni), bəzən növ başqa cinslərə aid edilir Eurotestudo, bura daxil yarımnövlər isə müstəqil növ hesab edilir Eurotestudo hermanni və Eurotestudo boettgeri Misir tısbağası (Testudo kleinmanni) şərq yarımnövü, Misir və İsraildə yayılmışdır. Bəzən ayrı növ hesab edilir Testudo werneri Ortaasiya tısbağası (Testudo horsfieldii), Qərb alimləri bu növü Testudo cinsinə daxildir.
Testudo graeca
Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü. == Qısa təsviri == Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. == Testin mexanizmi == Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.

test sözünün leksik mənası və izahı

  • 1 is. [ing.] 1. İnsanın zehni inkişafını, bacarığını yoxlamaq üçün standart tapşırıq. 2. Ali məktəblərə qəbul imtahanlarının aparılması üsulu.

    Azərbaycan dilinin izahlı lüğəti / test
  • 2 ing. test – sınaq, tədqiq etmə, sınama, yoxlama 1) insanın əqli (zehni) inkişafını, bacarığını, qabiliyyətini, iradəsini və başqa şəxsi keyfiyyətlərini yoxlamaq üçün standart (xüsusi) tapşırıq, tapşırıqlar forması; 2) kompyüter və onun proqram təminatının düzgün işlənməsini sınaqdan keçirən məsələ; 3) sosioloji tədqiqat üçün sorğu vərəqəsi; 4) psixologiya və pedaqogikada tədqiqat metodlarından biri; 5) ali məktəblərə qəbul imtahanlarının aparılması üsulu.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / test

test sözünün rus dilinə tərcüməsi

  • 1 пед. I сущ. тест (стандартное задание, применяемое с целью определения умственного развития, специальных способностей, волевых качеств человека и других сторон его личности). Testlərin tərtibi составление тестов II прил. тестовый: 1. относящийся к тестам, связанный с ними. Test sistemi тестовая система 2. проводимый с помощью тестов. Test imtahanları тестовые экзамены, test sınaqları тестовые испытания

    Azərbaycanca-rusca lüğət / test

test sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ing.] сущ. тест (1. синагъ, инсандин акьулдин вилик финиф, алакьун юхламишун патал стандарт тапшуругъ; 2. институтра ва мс. чӀехи школайра экзаменар тухунин къайда).

    Azərbaycanca-ləzgicə lüğəti / test

"test" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#test nədir? #test sözünün mənası #test nə deməkdir? #test sözünün izahı #test sözünün yazılışı #test necə yazılır? #test sözünün düzgün yazılışı #test leksik mənası #test sözünün sinonimi #test sözünün yaxın mənalı sözlər #test sözünün əks mənası #test sözünün etimologiyası #test sözünün orfoqrafiyası #test rusca #test inglisça #test fransızca #test sözünün istifadəsi #sözlük