teatr sözü azərbaycan dilində

teatr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • teatr • 69.8083%
  • Teatr • 30.1647%
  • TEATR • 0.0270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 80.55 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 167.88
2003 •••••••• 61.81
2004 ••••••••• 75.12
2005 ••••••••• 68.83
2006 •••••••••• 82.89
2007 ••••••••••••••• 122.42
2008 ••••••••••••• 103.29
2009 •••••••••••• 96.47
2010 ••••••••••••••• 122.63
2011 ••••••••••••• 106.12
2012 ••••••••••• 89.75
2013 ••••••• 53.97
2014 •••••••• 61.78
2015 ••••• 35.38
2016 •••••••••• 79.48
2017 •••••• 47.48
2018 •••••••••• 78.81
2019 ••••••••• 68.15
2020 ••••• 34.61

teatr sözünün leksik mənası və izahı

  • 1 [yun. teatros] 1. İncəsənətin, aktyorların tamaşaçılar qarşısında göstərdikləri səhnə tamaşaları vasitəsilə həyatı bədii surətdə əks etdirən növü. Azərbaycan teatrının tarixi. – Hüseynin indi yadına düşdü ki, Həbib bəy o zaman teatrdan danışmışdı. S.Rəhman. 2. Səhnə tamaşaları göstərən və bunun üçün ixtiyarında hər cür lazımi imkanları (artist kollektivi, bina və s.) olan idarə, təşkilat, müəssisə. Opera və balet teatrı. Musiqili teatr. Dram teatrı. Kukla teatrı. – [Qoşqar:] İndicə yolda teatrın direktorunu gördüm. İ.Hüseynov. 3. Tamaşa göstərilən bina. [Nuriyyə:] …Ayna zorla məni yedirir, hər gecə kinoya, teatra aparırdı. İ.Əfəndiyev. // dan. Səhnə tamaşası; tamaşa. Teatr göstərmək. Bu axşam klubda yaxşı teatr var. 4. Bu və ya digər müəllifə, yaxud ədəbi məktəbə və s.-yə aid dram əsərlərinin məcmusu toplusu. M.F.Axundzadə teatrı. 5. məc. dan. Gülməli, masqaraya qoyulmalı, qeyri-ciddi hadisə, iş, adam və s. haqqında. İclas deyildi, teatr idi. Onun işi lap teatrdır.

    Azərbaycan dilinin izahlı lüğəti

teatr sözünün rus dilinə tərcüməsi

  • 1 1. театр; 2. театральный;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. театр: 1. род искусства, художественное отражение жизни посредством драматического действия, осуществляемого актёрами перед зрителями. Dram teatrı драматический театр, opera teatrı оперный театр, musiqili komediya театры театр музыкальной комедии 2. учреждение, организация, занимающиеся устройством представлений. Teatrın baş rejissoru главный режиссёр театра, teatrda işləmək работать в театре 3. здание, в котором происходят представления. Teatrın qarşısında çoxlu adam toplaşmışdı перед театром собралось много народу 4. разг. коллектив, труппа театра. Teatr Moskvada qastroldadır театр находится на гастролях в Москве, teatr mövsümü “Leyli və Məcnun” operası ilə açdı театр открыл сезон оперой “Лейли и Меджнун” 5. совокупность драматических произведений (писателя или литературной школы). M. F. Axundov teatrı театр М. Ф. Ахундова, C. Cabbarlı teatrı театр Дж. Джаббарлы 6. перен. разг. о чём-, о ком-л. смешном, несерьезном. İclas deyildi, teatr idi это было не собрание, а театр II прил. театральный: 1. относящийся к театру. Teatr zalı театральный зал, teatr afişası театральная афиша 2. связанный с деятельностью театра. Teatr mövsümü театральный сезон, teatr tənqidi театральная критика 3. предназначенный для театра, сцены. Teatr musiqisi театральная музыка; teatr məktəbi театральное училище

    Azərbaycanca-rusca lüğət

teatr sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. theatre; play-house; ~a getmək to go* to the theatre; ~da olmaq to be* at the theatre; opera ~ı opera-house; dram ~ı the drama; estrada ~ı music hall; kukla ~ı the puppet-show; ~da işləmək to work in the theatre; (aktyor kimi) to be* on the stage II. s. theatrical; theatre; ~ tamaşası theatrical performance; ~ bileti theatre ticket; ~ məktəbi drama school; ~ kassası box-office; ~ elanı playbill; ~ truppası theatrical company

    Azərbaycanca-ingiliscə lüğət

teatr sözünün fransız dilinə tərcüməsi

  • 1 is. théâtre m ; ~a getmək aller vi (ê) au théâtre ; dram ~ı théâtre dramatique ; estrada ~ı music-hall m ; kukla ~ı théâtre des marionnettes ; ~ tamaşası représentation f théâtrale ; ~ kassası guichet m de théâtre

    Azərbaycanca-fransızca lüğət

teatr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. teatros] 1. театр; // театрдин; 2. рах. тамаша; 3. драмадин эсерар; 4. пер. рах. хъуьруьн къведай хьтин кар, вакъиа, кас ва мс.

    Azərbaycanca-ləzgicə lüğəti

"teatr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#teatr nədir? #teatr sözünün mənası #teatr nə deməkdir? #teatr sözünün izahı #teatr sözünün yazılışı #teatr necə yazılır? #teatr sözünün düzgün yazılışı #teatr leksik mənası #teatr sözünün sinonimi #teatr sözünün yaxın mənalı sözlər #teatr sözünün əks mənası #teatr sözünün etimologiyası #teatr sözünün orfoqrafiyası #teatr rusca #teatr inglisça #teatr fransızca #teatr sözünün istifadəsi #sözlük