Sentr sözü azərbaycan dilində

Sentr

Yazılış

  • Sentr • 64.8438%
  • sentr • 32.8125%
  • SENTR • 2.3438%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sentr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Steypls-sentr
Staples Arena (ing. Staples Center) — 1999-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) açılmış çoxfunksiyalı idman kompleksidir. Los Angeles Convention Centerin yaxınlığında yerləşir. Müxtəlif idman yarışlarının və kütləvi tədbirlərin keçirildiyi məkandır. Staples Arena "Los-Anceles Kinqs", "Los-Anceles Klippers" və "Los-Anceles Leykers" (MBA), "Los-Anceles Sparks" (QMBA) komandaları üçün ev arenasıdır. Bu stadion, NBA-da iki komanda üçün ev sahibi olan yeganə Arenadır. Həm də ABŞ-də bir Liqanın iki komandası üçün ev sahibliyi edən iki stadiondan biridir. (digəri Metlayf Stadionu) Staples Arenanın sahəsi 88 257,9 m2 təşkil edir. Arenanın ölçüləri 28,7 m-ə 61,0 m bərabərdir. Arenanın hündürlüyü 45,7 m-dir.
Fundiseius sentralus
Fundiseius sentralus (lat. Fundiseius sentralus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu-York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Sentreyliya (Pensilvaniya)
Sentreyliya (ing. Centralia) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən ölü şəhər. 60-cı illərdə başlamış və indiyədək davam edən yeraltı yanğınlar səbəbiylə şəhərdə yaşayan əhalinin sayı 1000 nəfərdən (1981) 12 nəfərə (2005) düşmüşdür. 2007-ci ildə şəhərdə 9 nəfər, 2013-ci ildən isə cəmi 7 nəfər yaşamaqdadır. Sentreyliya şəhəri hal-hazırda Pensilvaniya ştatında ən az əhali məskunlaşmış şəhər hesab olunur. 1841-ci ildə Conatan Faust Nərildəyən Çay şəhərciyi (Roaring Creek Township) adlanan bölgədə "Bull`s Head" adlı aşxana açır. "Locust Mountain Coal and İron Company"-nin mədən mühəndisi olan Aleksandr V.Ria adlı şəxs bu ərazidə olaraq, burada küçə salma layihəsini hazırlayır. Bu məntəqə ilk öncələr Centreville adı ilə tanınmışdır. Buna baxmayaraq, Skulkil (Schuylkill) ətrafında artıq Centreville adlı şəhər olduğundan, poçt xidməti iki müxtəlif yaşayış məntəqəsinin eyni adla adlandırılmasına icazə verməmişdir. Bu səbəbdən də Aleksandr Ria 1865-ci ildə şəhərin adını dəyişərək Sentreyliya qoyur və 1866-cı ildə Sentreyliya şəhər statusu alır.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Sentriol
Balaca, silindir formasında vı 0,2 μm genişliyində ve 0,4 μm uzunluğundadı. Drosophila melanogaster embriyolarında, çift olaraq, Caenorhabditis elegans sperm hüceyrələrində və erken embriyolarında tək, amma doqquz dənə olaraq görülür. Hüceyrə sitoplazmasında birbirinə dik olaraq yerləşən ve matriksle çevrili olan sentriol çiftlərinə sentrozom deyilir. Her sentriol eninə dairəvi olaraq düzülmüş 9 fibrilden ibarətdir. Fibrillər bir matrikslə sarılıb. Sentriollar hüceyrə bölünməsi sırasında çoxalıb tək çift halına hüceyrənin her iki qütbünə gedərək aster deyilən ipliklərin oəmələ gəlməsi ve asterlər vasitəsilə xromosomların sentromerlerindən tutulub qütblərə çəkir. Hüceyrə bölünməsində iştirak edir. Replikasya sırasında, çütləşmiş her yeni sentriol qrubu, həm sentriol çiftini həm də original çifti özündə saxlayır. Əgər sentriollar özlüyündən hərəkət eden [[qamçı]nın ] şəkilləndirilməsində iştirak edərsə, sentriolların yaşlı tayı, ana sentriol, orqanoid quruluşunu təşkil edən əsas gövdə halına gəlir.
Sentrokaspi Diktaturası
Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır. Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi. Bakı Kommunasını devirən əsas şəxslər Xəzər donanmasından H.Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M.Sadovski, daşnaklardan A.Arakelyan və S.Məlik-Elçiyan idi. Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R.Keyworth başçılığında gəlib Bakıya çatdı.
Şarey-Sentra
Şarey-Sentra (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03059. 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 150 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.6%, 1999-cu ildə 70.4%). Fəal olan 150 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sentrpoliqraf
Sentrpoliqraf nəşriyyatı (rus. Центрполиграф) — Rusiyanın ən böyük özəl nəşriyyatlarından biri. Nəşriyyat sadalanan janrlarda kitablar təqdim edir: rus və xarici klassiklər; müasir nəsr; qadın, intellektual və macəra dedektivləri də daxil olmaqla detektiv və fəaliyyət ədəbiyyatı; sentimental nəsr; rus və xarici fentezi; biznes ədəbiyyatı; dərsliklər; istinad kitabları; ensiklopediyalar və lüğətlər; elmi-populyar və tətbiqi nəşrlər.

"sentr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sentr nədir? #sentr sözünün mənası #sentr nə deməkdir? #sentr sözünün izahı #sentr sözünün yazılışı #sentr necə yazılır? #sentr sözünün düzgün yazılışı #sentr leksik mənası #sentr sözünün sinonimi #sentr sözünün yaxın mənalı sözlər #sentr sözünün əks mənası #sentr sözünün etimologiyası #sentr sözünün orfoqrafiyası #sentr rusca #sentr inglisça #sentr fransızca #sentr sözünün istifadəsi #sözlük