bəst sözü azərbaycan dilində

bəst

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəst • 82.3529%
  • Bəst • 11.7647%
  • BƏST • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848-1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi.Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur. Təbriz qiyamçıları Təbrizdə bəst oturdular.
Şah Əbdül Əzim məscidində bəst
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Aleksandr Aleksandrov (bəstəkar)
Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883, Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[…], Berlin, Sovet işğalı zonası[d]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir. == Həyatı == Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir.
Anatoli Aleksandrov (bəstəkar)
Andrey Petrov (bəstəkar)
Andrey Pavloviç Petrov (2 sentyabr 1930 – 15 fevral 2006, Sankt-Peterburq) — məşhur sovet-rus kino bəstəkarı. == Həyatı == Andrey Pavloviç Petrov 2 sentyabr 1930-cu ildə Sankt-Peterburqda anadan olub. Rusiyanın tanınmış bəstəkarıdır. 15 fevral 2006-cı ildə dünyasını dəyişib.
Azərbaycan Bəstəkarlar İttifaqı
Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. 30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936–1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və milli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur. 1948-ci ildə Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948–1952) seçilir. Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953–1982) adı ilə bağlıdır.
Azərbaycan Bəstəkarlar İttifaqının binası
Azərbaycan Bəstəkarlar İttifaqının binası, Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı və ya Pionerlər evi ― XX əsrin əvvəllərində Xaqani küçəsində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada müxtəlif vaxtlarda Azərbaycan Mədənçilər İttifaqı, Pionerlər evi, Türkiyə səfirliyi, 2008-ci ildən etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib. == Haqqında == Azərbaycan Bəstəkarlar İttifaqının binası 1912-ci ildə Molokanskaya küçəsi 27 (indiki Xaqani küçəsi 55) ünvanında 3 mərtəbəli mülk kimi tikilib. 1922-ci ildən burada Dağ-mədən sənayesi işçilərinin mədəniyyət sarayı yerləşib. 1924-cü ildə heykəltaraş Stepan Erzyaya binanın fasadına yerləşdiriləcək heykəllərin düzəldilməsi üçün sifariş verildi. Fasaddakı heykəllər 3 horizontal üzrə yerləşdirilib. Heykəllərin yerləşdiyi ən alt səviyyəyə gücü və ağılı simvolizə edən iki dəmirçi heykəli, orta səviyyədə istehsalat prosesini simvolizə edən fəhlə və qazmaçı heykəli, ən üst səviyyədə isə xalqların proletar birliyini və gələcək uğrunda birlikdə mübarizəni simvolizə edən, bir borudan yapışmış azərbaycanlı və rus fəhlə təsvir edilib. Fəhlənin dəmirçinin və qazmaçının çarıq geyib araxçın taxması eləcə də bığlarının olması onların azərbaycanlı olduğunu bildirir. Mərmər və bürüncün çatışmadığına görə heykəllər sementdən və güclü turşu tərkibi ilə işlənmiş dəmir qalıqlarından tökülüb. Bu neftçi işçilərə həsr edilmiş ilk heykəllər idi.
Azərbaycan SSR Bəstəkarlar İttifaqı
Azərbaycan Bəstəkarlar İttifaqı – yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər. 30 iyun 1934-cü il Bəstəkarlar İttifaqının yaranma günüdür. Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin tarixi hesab oluna bilər. Bu təşkilat cəmiyyətin həyatının ən çətin zamanlarında yaranıb və şərəfli yol keçib. Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli (1936–1948) rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmiş və milli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur. 1948-ci ildə Ü.Hacıbəylinin vəfatından sonra İttifaqın sədri vəzifəsinə Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş Səid Rüstəmov (1948–1952) seçilir. Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin (1953–1982) adı ilə bağlıdır.
Azərbaycan bəstəkarları
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Azərbaycan bəstəkarlarının siyahısı
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir. == Məzmun == Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur.Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur. == Festival və mükafatlar == 1969-cu ildə Kiyevdə III Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Bəstam (Çaypara)
Bəstam (fars. بسطام‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəstam (Başdam) kəndi Qaraziyaəddindən 6 km, Xoydan isə 60 km arada yerləşərk, şimal-qərbdən Gözdəyən kəndi və Bəstam qalasıilə,cənubdan ağçayilə,qərbdən şorik kəndiilə və şərqdən çobraq ərazisilə həmsərhəddir. Kəndin yüksəliyi dəniz səviyyəsindən 1150m olaraq,yayları mötədil qışları isə soyuq keçir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (155 ailə). Əhalisi şiə inanclı azərbaycan türklərindən ibarətdir və daha çox burada əkinçilik, maldarlıq və əl işləri istehsalına önəm verilir.
Bəstambəy (Piranşəhr)
Bəstambəy (fars. بسطام بگ‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (44 ailə).
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). == Həyatı == 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s.
Bəsti Qasımova
Bəsti Qasımova (25 noyabr 1993, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı müğənni, AzTV-nin solisti. == Həyatı == Bəsti Vasif qızı Qasımova 1993-cü il noyabr 25-i Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2003–2005 illərdə Naxçıvan Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Rəsm ixtisası (Təsviri incəsənət) üzrə Ələsgər Əsgərlinin sinfində təhsil almışdır. 2005–2009 illərdə Naxçıvan şəhər 3 saylı Musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 2006–2008 illərdə Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs dərsi almışdır. 2006–2010-cu illərdə Naxçıvan Qızlar Lisseyində orta təhsil almışdır. 2010–2014-cü illərdə Naxçıvan Musiqi Kollecinin İfaçılıq fakultəsinin Vokal sənəti üzrə təhsil almışdır. 2014–2016 illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır. 2016–2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakultəsinin Solo oxuma ixtisası üzrə təhsil almışdır. 2018–2019 cu illərdə Bakı Musiqi Akademiyasının İfaçılıq Fakultəsinin Solo oxuma ixtisası üzrə Natəvan Şeyxovanın sinfində təhsil almış və məzun olaraq bakalavır təhsilini başa vurmuşdur.
Bəsti Sevdiyeva
Sevdiyeva Bəsti Sevdiyar qızı (1958, Bakı) – xanəndə, əməkdar artist. == Həyatı == Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır. Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973-1975-ci illərin qalibi olmuşdur. Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir. Artıq B.Sevdiyeva 17 yaşında Xalq artisti İ.Rzayevə anturaj olaraq M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir. 1977-ci ildə o, M.A.Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Tədris illərində o, məşhur Prima-tenor Xalq artisti L.İmanovdan dərs almışdır.
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Bəstək şəhristanı
Bəstək şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəstək şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 65,716 nəfər və 13,563 ailədən ibarət idi.
Bəstəkabad (Urmiya)
Bəstəkabad (fars. بستك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (67 ailə).
Bəstəkar
Bəstəkar — musiqi əsərlərinin müəllifidir. Musiqini adətən musiqi nəzəriyyəsinə əsasən yazırlar. Bəstəkarın ifaçıdan fərqi ondadır ki, o musiqini bəstələyir, ifaçı isə onu ifa edir. Bəstələmə prosesinin nəticəsi kimi notlar şəklində yazılmış musiqi əldə edilir. Notların tərtibi əlyazma və ya qrafik (kompüter ilə) yerinə yetirilə bilər. Bəstəkarın bəstələdiyi musiqi əsəri ifaçılar (müğənnilər, çalğıçılar və ya elektron vasitələr) tərəfindən səsləndirilirlər.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Bəstəkar Müslüm Maqomayev (film, 1976)
Bəstəkar Müslüm Maqomayev qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli bəstəkar, "Şah İsmayıl" operasının müəllifi Müslüm Maqomayev haqqındadır. == Məzmun == Film görkəmli bəstəkar, "Şah İsmayıl" operasının müəllifi Müslüm Maqomayevin 90 illiyinə həsr olunub. Filmdə bəstəkarın müasirləri çıxış edir. == Film haqqında == Uzun müddət it-bat olduqdan sonra film 2007-ci ildə tapılıb Dövlət Film Fonduna təhvil verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23

bəst sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] tar. İranda hökumətin təqibindən və ya dini təqibdən qaçıb xarici səfarətxanalara və ya ziyarətxanalara pənah aparan şəxsin daldalandığı yer, sığnaq. Burada da, Təbrizdə olduğu kimi, bəst vardır. M.S.Ordubadi. Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Ə.Haqverdiyev. □ Bəstə girmək – təqibdən qaçaraq, müqəddəs sayılan bir yerə, yaxud nüfuzlu bir adamın evinə pənah gətirmək, oraya sığınmaq. [Mirzə Əhməd:] Get, o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyab ilə görüşüb onunla lazım olan söhbəti elədim. Ə.Haqverdiyev. Girərdi bəstə adam öldürən zaman qatil; Ona himayət edən şəxs əhlimənbər idi. M.Möcüz. [Molla:] Hərçənd ki, ağa bəstə girənləri qəbul eləmir, amma eybi yoxdur. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / bəst

bəst sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. убежище, приют, пристанище (место, где можно спастись от преследований)

    Azərbaycanca-rusca lüğət / bəst

bəst sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

BƏST1 f. 1) bağlı, əlaqəli; 2) bəzi ölkələrdə: hökumətin və ya dinin təqibindən qaçıb ziyarətgaha, səfarətxanaya, məşhur adamın evinə və s. pənah aparan adamın olduğu yer. BƏST2 ə. 1) döşəmə, sərmə, yayma; 2) döşənəcək.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"bəst" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəst nədir? #bəst sözünün mənası #bəst nə deməkdir? #bəst sözünün izahı #bəst sözünün yazılışı #bəst necə yazılır? #bəst sözünün düzgün yazılışı #bəst leksik mənası #bəst sözünün sinonimi #bəst sözünün yaxın mənalı sözlər #bəst sözünün əks mənası #bəst sözünün etimologiyası #bəst sözünün orfoqrafiyası #bəst rusca #bəst inglisça #bəst fransızca #bəst sözünün istifadəsi #sözlük