Bist sözü azərbaycan dilində

Bist

Yazılış

  • Bist • 77.7778%
  • bist • 17.2840%
  • BİST • 4.9383%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
II Bist körpüsü
II Bist körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndinin şərq tərəfindən keçən Nəsirvazçayın üstündə körpü. Yuxarıdan çatma tağla tamamlanan formada inşa olunmuş körpünün tikilməsində əsasən dağ daşından istifadə olunmuşdur. Çatma hissəsi yonulmuş dağ daşı ilə işlənib. Cənub tərəfdəki həmin daşlardan birinin üzərində “1869”-cu il tarixi yazılmışdır. Fikrimizcə, Rusiyaya birləşdirildikdən sonra, qeyd olunan ildə körpü təmir edilmişdir. Yuxarıdan çatma bağla tamamlanan və “Qozbel körpü”lər qrupuna daxil olan II Bist körpüsü tikinti texnikasına və materialına görə birinci körpü ilə müəyyən oxşar cəhətlərə malikdir. Körpünün uzunluğu 23 metr, eni 10 metr, hündürlüyü 4 metrdir. Bu körpünün salınmasında məqsəd Böyük İpək yolunun bu ərazidən keçən yardımçı qolu ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək və kəndə gediş-gəlişi asanlaşdırmaq olmuşdur. Əlincə mahalı kəndlərindən gələn adamlar bu körpüdən yararlanır, Tiviyə, Parağaçaya, Ordubada və şərqdəki yaşayış məskənlərinə gedir və qayıdır, şərq tərəfdə yaşayanlar da eyni qayda ilə bu körpüdən istifadə edərək qərbə gedirdilər. Körpünün inşa tarixi XVII-XVIII yüzilliyə aid edilir.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Bistritsa bölgəsi
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Banska Bistritsa diyarı
Banska Bistritsa diyarı (slovak. Banskobystrický kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Banska Bistritsa şəhəridir. Sahəsi 9454 km², əhalisi isə 661 343 nəfər (2001) təşkil edir. Banska Bistritsa diyarı Slovakiyanın mərkəzində yerləşir. Diyar Slovakiyanın Nitra, Trençin, Jilina, Preşov və Koşitse diyarları ilə, Macarıstan isə Peşt, Noqrad və Borşod Abauy Zemplen medyeləri ilə həmsərhəddir.
Bistam (Xoy)
Bistam — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Ziyəddin qəsəbəsindən 6 km qərbdədir.
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bistorta major
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Bistorta officinalis
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Bistritsa
Bistritsa (rum. Bistrița) - Rumıniyanın şimalında şəhər. Bistritsa-Neseud judetinin inzibati mərkəzi. 2012-ci ilin məlumatına əsasən şəhərin 70 mindən çox əhalisi var. Şərqi Karpatın dağarası çuxurunda, Bistritsa çayının (Someş hövzəsi) sahilindədir. 12 əsrdə Transilvaniyanın şimalında Macarıstan kralı II Geza tərəfindən salınmış, Almaniyadan gəlmələrlə məskunlaşmışdır. İlk dəfə şəhər kimi 1264-cü ildə qeyd olunur. 13 əsrdən Bistritsaya macarların axını güclənmişdir. 1241–1242-ci illərdə monqollar tərəfindən dağıdılmışdır. 1353-cü ildə macar kralı Böyük Layoş şəhərə yarmarka keçirmək hüququ vermişdir.
Bistritsa-Neseud (judets)
Bistritsa-Neseud judetsi (rum. Judeţul Bistriţa-Năsăud) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == Milli tərkibi: Rumınlar — 90,3 % Macarlar — 5,9 % Qaraçılar — 3,6 % Almanlar — 0,2 %Əhali sayının dinamikası: 1948 — 233 650 nəf. 1956 — 255 789 nəf. 1966 — 269 954 nəf. 1977 — 286 628 nəf. 1992 — 326 820 nəf. 2002 — 311 657 nəf. == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 3 şəhər və 56 kommuna daxildir.
Bistrişko Branişte
Bistrişko Branişte (bolq. Бистришко бранище) — Bolqarıstanda təbiət qoruğudur. Qoruğun sahəsi 1061.6 hektar, hündürlüyü isə 1430-2277 metr arasındadır. Qoruq 1934-cü ildə, tərkibində olduğu Vitoşa Təbiət Parkı ilə birlikdə yaradılmışdır. 1977-ci ildən Bistrişko Branişte UNESCO-nun İnsan və Biosfer (MAB) Proqramı çərçivəsində TƏBİƏT qoruğu olmuşdur. Ərazinin 50%-dən çoxu orta hesabla 100-120 yaşlı meşə (əsasən küknar) ilə örtülüdür. Qoruqda daha böyük heyvanlar arasına maral, qaban, canavar və ayı daxildir. Bistrişko Branişte qoruğun şimal-qərb sərhəddində yerləşən qonşu Aleko ərazisindən çox sayda turisti cəlb edir. Ziyarətçilərin Aleko, Bistritsa kəndi, Çerni Vrah və Jeleznitsa kəndini birləşdirən bir neçə təyin olunmuş yoldan uzaqlaşmasına icazə verilmir. == Mənbə == BG Globe: Bistrishko Branishte Virgin Forests of Bulgaria Vitosha Nature Park.
Bistro
Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır. == Adın mənşəyi == Populyar etimoloji versiyaya görə, bistro sözünü rus dilində işlədilən "быстро" (tez,cəld) sözü ilə əlaqələndirirlər. Belə ki,1814-cü ildə Parisin Rusiya tərəfindən mühasirəsi zamanı rus zabitləri və ya kazaklar fransız ofisiantlarından onlara tez qulluq etmələrini tələb etmişdir. Beləliklə, sifariş verildikdən dərhal sonra hazırlanan və süfrəyə verilən yeməklərin verildiyi yer belə adlanmağa başlamışdır. Fransız dilində "I" səsi olmadığından, fransızlar rus sözü olan "быстро" bistro kimi tələffüz etmişdilər.
Burhinus bistriatus
İkizolaqlı pərttəgöz (lat. Burhinus bistriatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Bəyazid Bistami
Bəyazid Bəstami ərəb. أبو يزيد البسطامي‎ Əbu Yəzid əl-Bəstami), (fars. بایزید بسطامی‎) — IX əsrdə yaşamış sufi. == Həyatı == İranın Simnan ostanında olan Bəstam şəhərinde 804-cü ildə doğulmuşdur. Künyəsi, Əbu Yeziddir. Adı Tayfur, atasının adı Isadır. Qəbri yenə Bəstamdadır. Babası İslamiyəti sonradan qəbul etmiş olan bir Zərdüşt idi. Babasının Adam, Tayfur ve Ali isminde üç oğlu vardı. Hamısı da zöhd (zahid) həyatı yaşamağı seçmiş adamlar olaraq tanınıyorlardı.
Dukla Banska-Bistritsa FK
Dukla (Banska-Bistritsa) — Slovakiyanın futbol klubu
Persicaria bistorta
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Pleurothallis bistuberculata
Acianthera recurva (lat. Acianthera recurva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Polygonum bistorta
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Polygonum bistortoides
İlanvari qırxbuğum (lat. Polygonum bistorta) — qırxbuğum cinsinə aid bitki növü.
Povajska Bistritsa
Povajska Bistritsa (slovak. Považská Bystrica, alm. Waagbistritz‎, mac. Vágbeszterce, bəzən rus. Поважская Быстрица) — Slovakiyanın şimal-qərbində Vaq çayının sahilində, Trençin bölgəsində şəhər. Əhalisi 42 320 nəfərdir (2004-cü il). Şəhərin adı ilk dəfə 1316-cı ildə macar səlnamələrində qeyd edilib. Şəhərin tarixi yaxınlıqda yerləşən və XIII əsrdə inşa edilən Bistritsa qəsri ilə sıx bağlıdır. 1918-ci ildə Bratislavadan buraya «Rot» silah istehsal edən zavod köçürülür və məhz bundan sonra, şəhərin sənayeləşdirilmə prosesinə start verilir. === Şəhər rayonları === Povaj şəhəri bir neçə hissəyə bölünür, şəhər 11 kiçik rayona bölünür (bunlar əvvəllər müstəqil bələdiyyələr idi).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2003 ••••• 0.39
2006 •••••••••••••••••••• 1.80
2007 ••••• 0.42
2009 •••••••••••••••••• 1.60
2010 ••• 0.18
2011 •• 0.17
2012 ••••• 0.43
2019 ••••• 0.42

bist sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. iyirmi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa, Zəngilan) dəyirmanın üst daşını hərəkətə gətirən dəmir ox. – Bist də:rman daşının oxudu (Culfa)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"bist" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bist nədir? #bist sözünün mənası #bist nə deməkdir? #bist sözünün izahı #bist sözünün yazılışı #bist necə yazılır? #bist sözünün düzgün yazılışı #bist leksik mənası #bist sözünün sinonimi #bist sözünün yaxın mənalı sözlər #bist sözünün əks mənası #bist sözünün etimologiyası #bist sözünün orfoqrafiyası #bist rusca #bist inglisça #bist fransızca #bist sözünün istifadəsi #sözlük