* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. Sualı, ya fikri gücləndirmək üçün işlənir. Bəs harada idin? Bəs bizə nə vaxt gələcəksən? Bəs sənin şeylərin hanı? Bəs bu gün nə edəcəksən? Bəs sabah? – Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər; Bəs nə mənidən seçərsən Kəbədən bütxanəyi? Nəsimi. Rəngü ruyu, cismi, taqəti, canı; Külli varı gedən bəs ağlamazmı? M.V.Vidadi. Bəs əlli min manatlıq, ya iyirmi beş min manatlıq ev məgər göbələkdir ki, özü-özünə yerin altından pırtlayıb çıxsın? C.Məmmədquluzadə. [Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən? İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / bəs2 əd. [fars.] 1. Yetər, kafi, kifayət. İş apar, baş gedərsə, qoy getsin; Ad qalır bəs deyilmi millət ilə. M.Ə.Sabir. □ Bəs demək – kifayətlənmək, gözü doymaq. Bəs ki köhn. – 1) olduqca çox. Əqlin aparıb bəs ki baxır gündə qaraya. M.Ə.Sabir; 2) o qədər ki. Bir-birinə bəs ki sancıldı tənimdə oxların; Mürği-ruhum qeydinə oldu mürəttib bir qəfəs. Füzuli. Bəs ki dil aşiqi-göftari-şəkərbarındır; İstəyir nitqini, düşnamı duadən seçməz. S.Ə.Şirvani. Bəs qədər – olduqca, çoxlu, lazımınca. Bəs qədər yedi. Bəs olmaq, bəs etmək (eləmək) – kifayət etmək, yetmək, çatmaq. Odun ehtiyatı çatacaqmı, şəkər bəs edəcəkmi? S.Rəhimov. Bu da deyəsən bəs eləmədi. Ə.Əbülhəsən. [Camal:] Gözümlə gördüklərim mənə bəs oldu. S.Rəhimov. 2. Əmr şəklində: bəsdir, bəsdirin – yetər, kifayətdir, kifayət edər. Bəsdir mənə bu saqi ilə badeyi-gülgün. S.Ə.Şirvani. Şam ağacı bildi bu keyfiyyəti; Söylədi… Bəsdir, buraxın söhbəti! M.Ə.Sabir. Ey qələm! Bəsdir əritdin qəlbi-riqqətpərvəri. M.Hadi. [Çimnaz:] Bəsdirin qızlar, nə onu çiçəyə qərq edirsiniz. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / bəs3 BƏS f. kifayət, kafi, kifayət qədər. BƏ’S ə. 1) göndərmə, yollama; 2) dirilmə, dirçəlmə, oyanma; 3) səbəb olma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / bəs1 Farscadır, “kifayət” mənasını verən sözdür (“bəsdir” deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bəs1 BƏS I ədat [ fars. ] Yetər, kafi, kifayət. İş apar, baş gedərsə qoy getsin; Ad qalır bəs deyilmi millət ilə (M.Ə.Sabir). BƏS II ədat Sualı, ya da fikri qüvvətləndirmək üçün işlənir. Bəs niyə belə müsəlman məclisi qurmusunuz? (B.Bayramov).
Azərbaycan dilinin omonimlər lüğəti / bəs2 1 в сочет. с olmaq, etmək. Bəs olmaq хватать, хватить, быть в достаточном количестве. Qənd bəs olacaqmı? хватит ли сахару? bu da bəs eləməz? и этого не хватит? gözümlə gördüklərim mənə bəsdir достаточно того, что (я) видел своими глазами; bəs qədər в достаточном (нужном) количестве, в достаточной мере; bəs demək удовлетвориться, ограничиться каким-л. количеством чего-л.; bəs deyil не хватит, недостаточно. Gördükləri (elədikləri) bəs deyil … недостаточно того, что сделал 2 част. 1. а, же (употребляется для усиления выразительности вопроса, ответа и т.п.). Bəs, o hanı? а где же она? bəs, sonra? а потом? bəs, qonaq hanı? а где же гость? 2. разве. Bəs, mən sizə demədim? разве я вам не говорил?
Azərbaycanca-rusca lüğət / bəs1 əd. 1. but; oh!; Bəs mən sizə dedim But I told you; 2. (sual cümlələrində, bir qayda olaraq, ingilis dilinə tərcümə edilmir) Bəs siz getmirsiniz? Don’t you go?
Azərbaycanca-ingiliscə lüğət / bəs2 [fars.] кӀус. 1. бес; bəs deyilmi? бес тушни?; bəs qədər бес кьадар, лазим кьадар, гзаф; bəs olmaq, bəs etmək (eləmək) бес хьун, агакьун, акъакьун; 2. bəsdir, bəsdirin буйругъ. ф. бес я, беса.
Azərbaycanca-ləzgicə lüğəti / bəs